SeyiD ƏHMƏd mahmudi /j


bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə41/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   37   38   39   40   41   42   43   44   ...   200
Dinlərlə tanışlıq

bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə 
görünməz, eşidilməz və dərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir 
nəzarətçi!” 
Bu ifadələrdən belə mə'lum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün 
varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, 
diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, 
yə'ni “sənin ruhun” sözü işlədilmişdir. 
Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur 
və ona atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, 
və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu mə'na sanskrit dilində 
“tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir. 
Atmən ilə brahman arasında müəyyən mə'nada ayrılmaz birlik vardır və onun 
müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. 
Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə 
barədə belə oxuyuruq: 
“ - Mənim qəlbimin daxilində olan ruh - düyü dənəsindən, yaxud buğda 
dənəsindən, yaxud xardal dənəsindən, yaxud ərzən dənəsindən, yaxud ərzən 
dənəsinin məğzindən daha kiçikdir. Qəlbimin içindəki ruh yerdən-göydən böyük, 
səmadan və bütün dünyadan əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan 
brahmadır!” 
Brahman ayininin yuxarıda qeyd olunan fəlsəfəsi əsasları üzərində tədqiqat aparan 
alimlər brahmanla atmən arasında vəhdəti-vücudun olmasını bəyan etdikdən sonra, 
irfan sahəsinə daxil olaraq bu ayinin ardıcıllarına tövsiyə etmişlər ki, nəfsi 
kamilləşdirmək üçün nirvana - fəna mərhələsinə keçsinlər. Yə'ni, insanın ruhu 
dünyəvi ruhla vəhdət təşkil edib qovuşma mərhələsinə çatdıqdan, brahma ilə 
birləşdikdən sonra bu vüsalın özündən agah olur; bu birlik və agahlığın özü də onun 
daxilində bir növ cazibə, coşqunluq və məftunluq yaradır. Ondan sonra insan yəqin 
mərhələsinə çatdığı üçün təsvirəgəlməz səadət və ləzzətə nail olur. Sözlər və ifadələr 
onun həqiqi mə'nasını şərh etməkdə acizdir, əql onu dərk edə bilmir. Artıq bundan 
sonra arif şəxs brahmaya qovuşmuş hesab olunur və eyni halda onu mütləq sükunət 
və nəzarət bürüyür. Yəqin gözü ilə özünün brahma ilə olan ruhani vəhdətini hiss edir. 
Belə ki, öz ətrafında mövcud olan və hiss olunan əşyaları başqa bir şey kimi deyil, 
vahid bir vücuda malik olan halda görür. Arif insan bu halətdə özünü hər biri vahid 
və əzəli varlığın ayrı-ayrı təzahürləri olmalarına baxmayaraq onun yanında olan 
ağacla bir görür. Brahman dinində varlıqlar brahmanla vəhdətdə olmaqla eyni 
zamanda brahmandan ayrılır və seçilir. Zahirdə bütün aləm çoxluqlardan təşkil 
olunmuşdur, gerçəkdə isə belə deyildir. Çoxluqlar varlıq aləminin bəsit və fərdi 
həqiqətindən ayrılıq və əksliklərin təzahürləridir. 


62 
Buna görə də öz özlüyündə nöqsana, şərlərin meydana gəlməsinə və kamaldan uzaq 
düşməsinə səbəb olurlar. Əgər bu müxtəliflik və çoxluq olmasaydı əzab-əziyyətin, 
çətinlik və kədərin mə'nası olmaz, aradan gedərdilər. Buna görə də insan fəna 
mərhələsinə yetişdikdə çoxluqdan yaxa qurtardıqda qurtuluş, səadət, xoşbəxtlik və 
kamala çatmaq hissi keçirir. 
Brahmanların e'tiqadına görə atmən (yə'ni, varlığın ruhu və məğzi, insani 
mahiyyəti və batini) əzəli və əbədidir. Yaradılış və xilqətin bir dövrünə şamil edilən 
dünya dövranlarından hər biri (brahmanlar ona karpa deyirlər) bir gün sona 
çatacaqdır. Həmin gün bütün varlıqların ruhu öz cəsədlərindən ayrılacaq, asılı və 
sükunətdə olacaqlar. Uzun bir müddəti qət etdikdən sonra “pralaya” adlandırılan 
sükunət, yoxluq başa çatacaq, xilqət və yaradılış yenidən başlanacaq, yox olmuş 
aləm təzədən yaranacaqdır. Bu zaman ruhlar ətalət və donuqluq vəziyyətindən 
çıxacaq, yenidən hərəkətə, canlanmaya gələcəklər. Bütün kainat - bitkilər, canlılar, 
insanlar, şeytanlar və mə'budların hamısı - yeni bədənlərdə öz həyatına 
başlayacaqlar. İctimai sinif və təbəqələr yenidən təşəkkül tapacaq və yeni karpa 
başlanacaqdır. Bu dövr də özünün yekun nöqtəsinə doğru hərəkət edəcəkdir. 
Beləliklə, dünyanın mövcudluq tarixi əzəli, əbədi şəkildə yeniləşmə və 
təkrarlanmaqdadır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin