68
Brahma ayininə inananların nəzərinə görə Upanişadlar toplusu bəşər tərəfindən
yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki-dünya həyat
tərzi keçirərək öz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hökmlərinin
dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cümlə və ifadələr şəklini
almışdır. Upanişadların tarixi miladdan 500-800 il əvvələ gedib çıxır. Hal-hazırda
200 nüsxəyə qədər Upanişad mövcuddur ki, onların bə'ziləri şe'r, bə'ziləri isə nəsr
şəklində yazılmışdır. Bu nüsxələrdən bə'ziləri əslində sonralar brahman ayinində
yaranan bir çox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu
kimi, brahman ayininin ideoloji dünyagörüşü və ictimai quruluşunun əsasları
Upanişadların tə'limləri üzərində qurulub. Buna görə də, həmin kitablar brahman
ayininin ən mühüm və ən əsas kitablarından sayılır.
Brahman ayinində ehtirama layiq görülüb müqəddəsləşdirilən və bu ayinin əməli
əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keçmişi miladdan
250 il əvvələ gedib çıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və
əməli tövsiyələr, ardıcılların vəzifələri, o cümlədən cəza qanunları, hər bir kasta
üzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan
olunmuşdur. Bu kitabda brahmanlarla əlaqədar oxuyuruq:
“ - Brahmanların vəzifəsi
Dostları ilə paylaş: