Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və
Eynşteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı
iradı vardır:
1. Bu nəzəriyyə, səbəbləri mə'lum olmayan qeyri-təbii və təsadüfi hadisələr
əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların
əsaslanaraq istinad etdikləri sübutların ən mühümü “nəzm bürhanıdır”. Din alimləri
həmişə insanları kainatda mövcud olan nəzm və harmoniya dəlili, eləcə də varlıq
aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin
fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər.
Bu nəzəriyyənin başqa bir nöqsanı budur ki, burada maddi səbəblərlə Allah
arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi
və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya mə'lum olduqda, artıq o hadisə
Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini
tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir.
Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan
təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini
nöqteyi-nəzərdən Allah-Təala varlıq aləmində olan bütün səbəblərin əsl
səbəbkarıdır. Deməli, varlıqların və hadisələrin maddi səbəbləri ilə, onların
yaradılışının əsil səbəbi - yə'ni Allah - arasında heç bir qarşıdurma mövcud deyildir.
3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız e'tiqadlara istinad olunmuşdur ki,
adətən savadsız insanlar onlara e'tiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər
arasında dini inancların yaranması barədə qeyd olunan həmin e'tiqadlara rast gəlmək
olmaz.
4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və mə'lumatsızlığı ilə
əlaqələndirən alimlərin müqabilində alimlərin böyük bir dəstəsinin əqidəsi belədir
ki, onların elmi tədqiqatları artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin
varlığına qarşı olan iman və e'tiqadı da artmışdır. Misal üçün, Funtetel, Burlishaman,
Montnel, Herşel, Ədvinfəst, Kepler, Çestrreks, Buhler, Vinçester və s. alimlər bu
qəbildəndir. Məşhur bioloq Vinçester bu barədə deyir:
“ - Elm insanın bəsirətini və
Dostları ilə paylaş: