104
mümkündür ki, insan öz nəfsində yaxşı və bəyənilən işlərə şövq, rəğbəti hiss etsin,
canlı varlıqlara qarşı gördüyü yaxşılıqlara ürəkdən şad olsun. Bundan sonra
Buddanın dərgahında dua edib onu işraq və şuhud məqamına çatdırması, ruhunu
paklaşdırıb nurlandırması üçün kömək diləməlidir. Buddadan istəməlidir ki, onun
nirvanaya qovuşmasını tə'xirə salsın (uzun ömürlülük duası) ki, o canlı varlıqlar
üçün xeyir-bərəkət və xidmət mənşəyi ola bilsin. Yuxarıda qeyd olunan on mərhələ
və məqamları keçdikdən sonra Sətvəbudda ləyaqətini qazanacaqdır.”
Mahayana firqəsinin ardıcılları nicat, qurtuluş yolunun hamının üzünə açıq
olduğuna, hər kəsin Budda ola bilməsinin mümkünlüyünə inandıqlarına görə
hiniyana firqəsinin davamçılarını özü üçün, fərdi səadət və nicat istəyən, Buddanın
dediyi kimi dünya meşəsində kərkədan tək yalqız dolaşan eqoist və xudpəsənd hesab
edirdilər. Ancaq, bilmək lazımdır ki, Buddanın müxtəlif tə'limləri olmuş, onların hər
biri xüsusi auditoriyanın iste'dad və düşüncəsinə uyğun nəzərdə tutulmuşdur.
Məsələn, onun təqdim etdiyi səkkiz yol nəfsləri zəif olanlar üçün tə'yin olunmuşdur.
Daha
yüksək və ali nəfsə, idraka malik olan şəxslər üçün isə nəfslərini kamala
çatdırmaq, insana eşq və məhəbbət bəsləməklə Sətvəbudda məqamına
layiq
görülmək üçün tə'limlər də mövcuddur.
Mahayana firqəsinin ideoloji xüsusiyyətlərindən, əsas və prinsiplərindən biri də
monoteizmdir. Bu firqə ardıcılları bütün buddalar ilk buddanın təcəllisi olmasına
inanırlar. Bu firqənin nəzərində ilk budda brahmanizmdəki (qədim hinduizm)
Brahmaya bənzəyir. İlk budda kimsə tərəfindən yaradılmamış,
öz-özünə əmələ
gəlmişdir. O, həmişə nirvanada və mütləq nurdadır. Digər buddalar yalnız onun
məxluqu və yaratdığıdırlar. Bu ilkin budda həm də gvatamadır. Belə ki, gvatama
(buddizm ayininin banisi)
anadan doğulmuş, seyri-süluk, asketizm yollarını
ötdükdən sonra fəna və nirvana məqamına çata bilmişdir. Halbuki ilkin budda öz-
özünə yaranmış və öz vücudu ilə var olmuşdur. İlk buddanın zühur və təcəllisindən
biri də mə'nası
müxtəlif cür, o cümlədən: “varlıqlara mərhəmət nəzəri ilə baxan
mə'bud” və ya “nəzəri hər bir cəhətə və hər bir istiqamətə dikilmiş mə'bud” və s.
kimi izah olunan avalukityadır.
Avalukityanın özü ilahi fəzilət və xüsusiyyətləri ihtiva edən Sətvəbuddadır. O,
bəşəriyyəti
əzab-əziyyətdən, qəm-qüssədən xilas edəcəkdir. Onun mədhində
yazılmış nəğmələrdən birində oxuyuruq:
Dostları ilə paylaş: