SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə80/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   76   77   78   79   80   81   82   83   ...   200
Dinlərlə tanışlıq

POLEMİKA VƏ TƏDQİQAT 
Hinduizm fəlsəfə məktəblərinin hər birinin nəzəri əsaslarını qısaca araşdıraraq 
bir-biri ilə müqayisə edin.


117 
İYİRMİNCİ DƏRS 
HİNDUİZM (3) 
TRİMURTİ 
Bundan əvvəlki bəhsdə brahmanizm ayinini araşdırarkən bu ayinin əvvəlcə həyat 
atributlarından hər biri üçün xüsusi mə'buda e'tiqad etdiyini, tədriciən öz 
dəyişikliklər prosesi boyunca çoxsaylı tanrıları kənara qoyaraq, onlardan yalnız 
üçlük tanrılara inandığını öyrəndik. Üçlük tanrılar əslində çoxsaylı mə'budların 
təcəllisi və simvolu olmaqla onların bütün sifətlərini özlərində daşımışlar. Üçlük 
təşkil edən bu mə'budlar qrupuna sanskrit dilində trimurti deyilir. Onların adları 
aşağıdakılardır: 
1. Brahma - yə'ni yaradan mə'bud; 
2. Vişnu - yə'ni qoruyan mə'bud; 
3. Şiva - yə'ni məhv edən mə'bud. 
Bilməliyik ki, hinduizmdən əlavə, başqa məktəblərdə də üç mə'buda, yaxud üç 
həqiqətə e'tiqad bəslənilir. Qədim Misirdə “Ozirs”, “Əniris” və “Huros”adlanan 
üçlük tanrının Flutin fəlsəfəsində qədim və əsildən ibarət olan üç həqiqəti
xristianlıqdakı üçlüyü (ata, oğul və müqəddəs ruh) tao ayinində isə səma, yer və 
insan həqiqətlərini üç mə'budun nümunələri kimi qeyd etmək olar. 
Əlbəttə, müxtəlif məktəblərdə üç həqiqətə, yaxud üç mə'buda e'tiqad 
bəslənməsinin eyni mənşədən qaynaqlanması və ya bu məsələnin sırf təsadüf olması 
dəqiq mə'lum deyil. Xüsusilə də, yuxarıdakı üçlüklərin mahiyyət və məzmunu bir-
birindən tamamilə fərqlənir və onlardan birinin digərinin mənşəyi olmasını dəqiq 
iddia etmək mümkün deyil. 
Hinduizmin ardıcılları, varlıq aləmində üçlük tanrıların dünyanın işlərini birgə 
idarə etməsinə inanırlar. Əlbəttə, vaxt keçdikcə və hinduizmdə müxtəlif firqələr 
yarandıqca firqələrdən hər biri üç mə'buddan birini digərindən üstün tutmuşdur. Belə 
ki, Şivanın digər mə'budlardan üstün sayıldığı Şiva firqəsində Vişnu və Brahma 
surətində də təcəlli edən Şiva varlıq aləminin mənşəyi və mütləq əsasdır. Vişnu 
firqəsinin ardıcılları Vişnu mə'budunu ali qəbul edərək, Brahma və Şivanı onun 
təcəllisi kimi təsəvvür edirlər. Ancaq, hinduizm məktəbinin əsas e'tiqadları 
baxımdan bu üç mə'bud üç simvolun vücudunda təcəlli etmiş bir-birindən ayrılmaz 
vahid həqiqətdir. Hindus mə'budlarının bizə gəlib çatmış heykəl və təsvirlərin də 
trimurti üçbaşlı bir bədən şəklində təsvir olunur. 
Bu dərsdə hinduizmin üç mə'budla əlaqədar baxışlarını şərh edirik: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin