SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə85/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   81   82   83   84   85   86   87   88   ...   200
Dinlərlə tanışlıq

2. İBADƏT VƏ PƏRƏSTİŞ 
Hinduizmdə ibadət və pərəstiş üç yolla yerinə yetirilir: 
1. Fərdi; 
2. Ailəvi; 
3. İctimai. 
Fərdi ibadət adətən hindus şəxsin zərurət və ehtiyac olan hallarda evdə və ya 
mə'bəddə, yaxud da nəzərdə tutduğu tanrının sitayiş olunduğu yerə getməklə yalvarış 
və ahu-zarla ibadət rituallarını yerinə yetirilməsi formasında olur. 
Ailəvi ibadət mərasimi ailənin bütün üzvlərinin iştirakı və üzvlərdən birinin və 
yaxud də'vət olunmuş brahmanın rəhbərliyi ilə ailənin mə'budu sayılan heykəl, təsvir 
və ya hər hansı digər bir əlamət qarşısında yerinə yetirilir. 
İctimai ibadətlər də xüsusi vaxtlarda bütün camaatın iştirakı, eləcə də brahmanların 
rəhbərliyi və yol göstərməsi ilə şəhərin, kəndin, yaxud məhəllənin mə'bədində yerinə 
yetirilir. 
3. MƏ'BƏDLƏR 
Hindistanda çoxlu mə'bəd və ziyarətgahlar var. Bunun səbəbi əslində hinduizm 
e'tiqadlarında saysız-hesabsız mə'budların olması və ilahi təzahürlərin çoxluğudur. 
Varlıq aləminin təzahürlərindən hər birinin xüsusi bir mə'budu olduğu halda təbiidir 
ki, bütün təbiət aləmində və insan cəmiyyətində saysız-hesabsız mə'budların şahidi 
olacağıq. Hindistanda əvvəllər dua, ibadət mərasiminin yerinə yetirilməsi üçün 
tikilən və hindusların dini mərasimləri üçün toplantı yeri olan mə'bədlərdən əlavə, 
camaatın e'tiqadına əsasən mə'budların təcəlli və zühur yeri, yaxud onlardan birinin 
diqqət yetirdiyi məkan olan çoxsaylı ziyarətgahlar da vardır. Bu ziyarətgahlar 
şəhərin, kəndin, dağların içində, çeşmələrin kənarında, çayların sahilində, çöldə, 
səhrada və bir sözlə hər bir yerdə tikilə bilər. Əgər bir şəxs “ - Bu ziyarətgahlar 
nədir?” deyə soruşarsa, güman ki, ona “ - Mə'budlardan hansı birisə xüsusi bir 
zamanda və xüsusi bir məqsədlə burada təcəlli etmiş”, yaxud “ - Bu yerdə onun 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin