133
Bu müracitə cavab olaraq Nanak cabci adlı nəğmə və şe'rlər oxudu. Ardıcılları
həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu
oxuyarlar.
Bu şe'rin məzmunu belədir: “ - Allah birdir və onun adı haqdır. Yaradan qəzəbdən
uzaq, qorxmaz, təmiz, qəyyum, böyük və mehribandır. Haqq əzəldən mövcuddur və
əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olub, var və olacaqdır.”
Nanak bundan sonra meşədən çıxdı və sükut içində keçirdiyi bir gündən sonra
özünün məşhur cümləsini belə bəyan etdi:
“ - Hindu və müsəlman yoxdu.” Bu da
onun siqh adı ilə məşhurlaşan yeni ayininin yaranışının və təbliğatının başlanğıcı idi.
Dostları ilə paylaş: