SeyiD ƏHMƏd mahmudi /j


müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə98/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   94   95   96   97   98   99   100   101   ...   200
Dinlərlə tanışlıq

müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir 
və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, “haqq adı” 
sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır.” 
O, başqa bir yazısında bu barədə belə deyir: 
“ - Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın 
adı olmadan nicat tapsın?” 
O başqa bir yerdə deyir: 
“ - Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer 
tapır.” 
Tamamilə aydındır ki, siqh e'tiqadının bu hissəsi sufi e'tiqadlarından 
tə'sirlənmişdir. Allahı zikr etmək və bu işdə ardıcıllıq müsəlman sufilərin ən mühüm 
və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində 
müşahidə edilməmişdir. 
3. İNSAN VƏ DÜNYA 
Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət 
etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin 
yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən 
hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi 
səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə
bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. 
Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz 
vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun 
fərmanı ilə “tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, 
heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şe'rlərinin birində belə 
deyir: 
“ - Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; 
razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?” 


138 
Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da nicat və 
qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman 
sufilərin irfani əqidələrinə əsaslanmış, onların tə 
'siri altında 
olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının 
mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq 
failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət 
aləminə baxışı İslam e'tiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və 
davamsız olmasına toxunaraq deyir: “ - Bu dünyanın işləri davamsız və ötəridir, 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin