230
QIRX YEDDİNCİ DƏRS
HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM
Bu dərs Qur'ani-Kərimin və İncilin həzrət İsa (ə) və onun anası həzrət Məryəm (ə)
haqda buyurduqlarına, eləcə də o iki böyük şəxsiyyətin təvəllüd və be'sətinə həsr
edilmişdir.
QUR'AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT MƏRYƏM (Ə)
Qur'ani-kərim Məryəmin anası və İmranın həyat yoldaşının nəzr əhvalatını belə
bəyan edir: İmranın həyat yoldaşı Məryəmə hamilə olduğu zaman nəzr etmişdi ki,
oğul dünyaya gətirərsə onu Allah dininə xidmətçi vəqf etsin».
«(Ya Məhəmməd!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim,
bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri)
məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən!» - dediyini xatırla.»
Amma övladını dünyaya gətirəndən sonra onun qız olduğunu gördü, kədərləndi;
həsrətlə öz nəzrinin yerinə yetirilməsində nakam qaldığını güman edib Allahla belə
razi-niyaz etdi:
«Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum», -
söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı
bilirdi. Hənnə: «Mən onun adını Məryəm qoydum, Məryəmi və onun nəslini
məl'un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram» -
dedi.».
Beləliklə, aydın olur ki, Allah-taala Məryəmi ilk əvvəldən Öz diqqətində saxlamış
və seçilmiş bir qadın kimi Öz mərhəmətinə layiq görmüşdü. Çünki,
qeyd olunan
ayələrin davamında Məryəm üçün gözəl tə'lim-tərbiyə
və inkişaf nəzərdə
tutulmuşdur.
Dostları ilə paylaş: