SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad



Yüklə 5,56 Mb.
səhifə23/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24

Haram yemək

Ümumiyyətlə insan istər qonaqlıqda istərsə də başqa süfrələrdə əyləşdikdə qarnını haram tikədən qorumalıdır. Çünki haram yemək insanın Allahdan, peyğəmbərdən və imamlardan uzaq düşməsinə səbəb olar. İnsan haram yeməyə öyrəşdikdə isə qəlbi qaralar və artıq ona öyüd-nəsihət təsir etməz.

İmam Hüseyn(ə) müharibə meydanında onunla döyüşmək istəyənlərə çox nəsihət etdi. Lakin onlar İmamın sözlərini qəbul etmədilər və belə dedilər: Bura moizə yeri yox meydandır.

İmam onlara buyurdu: Qarınlarınız haramla dolduğu üçün sizə moizə, öyüd nəsihət təsir etmir. Haram tikələrin təsirindən Quran ayələri sizə təsir etmir.

Haram yemək insanı küfrə yaxınlaşdırır. İnsan haram yedikcə ibadətdən soyuyar. Sonra Peyğəmbərin peyğəmbərliyini, sonra imamların imamətini inkar edər və nəhayət insanı küfr dəryasında qərq edər. Lakin qarnını haramdan qoruyan insanlar isə həmişə Allaha yaxın olarlar.

Bir gün Harunun hüzuruna yemək gətirdilər. Harun yeməyə baxdı və əmr etdi ki, onu Bəhlul üçün göndərsinlər. Harunun nökərləri Bəhlulu bir xarabalıqda tapıb yeməyi onun qabağına qoydular. Bəhlul soruşdu: Bu nədir? Dedilər: Harun öz yeməyini sənə göndərib. Bəhlul ətrafına baxdı, gözü xarabalıqda sülənən bir neçə itə sataşdı. Sonra üzünü Harunun nökərlərinə tutub dedi: Bu yeməyi aparıb o itlərə atın. Harunun nökərləri təəccüblə dedilər: Bu şahın öz yeməyidir! Onu sənin üçün göndərib, sən isə bunu itlərə atırsan? Bəhlul barmağını dodaqlarına qoyub yavaşca dedi: Sus! İtlərdə bilsə bu yeməyi Harun göndərib onlar da yeməzlər.

Bəhlul bilirdi ki, Harunun göndərdiyi yemək haramdır. Çünki Harun camaatın haqqını qəsb etmişdir. O bilirdi ki, əgər o yeməkdən yesə İmam Sadiqin(ə) məhəbbəti qəlbindən çıxacaq.

Əbul Əsvəd Dueli həzrət Əlinin(ə) ən yaxın səhabələrindən biri idi. Bir gün Müaviyə onun evinə bal göndərdi. Nökərlər balı gətirəndə Əbul Əsvəd evdə yox idi. Lakin onun yeddi yaşlı qızı qapını açdı. Nökərlər balı ona verib getdilər. Qız o baldan azacıq yedi. Əbul Əsvəd Duelii evə gəldikdə qız onu qarşılayıb Müaviyənin ona bal göndərdiyini bildirdi. Əbul Əsvəd Cüəyli qızına dedi: Qızım olmaya o baldan yemisən? Məbada o baldan yeyəsən. Çünki o, bal deyil. O elə bir zəhərdir ki, hər kim Müaviyənin göndərdiyi o baldan yesə Əlinin(ə) məhəbbəti onun qəlbindən çıxacaq. Əbul Əsvədin qızı çölə qaçdı və barmağını boğazına salıb yediyi balı qaytardı. Sonra gəlib belə bir şer yazdı:

Ey Hindin oğlu Müaviyə! Sən mənə bal göndərməklə Əlinin(ə) məhəbbətini qəlbimdən çıxarmaq istəyirsən? Pənah Allaha! Əli(ə) möminlərin əmiridir və heç vaxt onun məhəbbətini mənim qəlbimdən çıxara bilməzsən.

8

PEYĞƏMBƏR VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT GÖNDƏRMƏK

Həzrət İbrahim(ə) Peyğəmbərin gözəl xüsusiyyətlərindən biri də bu idi ki, İslam peyğəmbərinə və onun əhli-beytinə çox salam salavat göndərərdi.

قال الصادق(ع): إتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لكثرة صلاته على محمد و آل محمد

İmam Sadiq(ə) buyurur: “Allah-təala İbrahim(ə) peyğəmbəri Mühəmməd və ali Mühəmmədə çoxlu salam salavat göndərməsinə görə Özünə dost (xəlil) seçmişdir”

Allah-təala yer üzündə insanlarla Özü arasında xüsusi bir yol təyin etmişdir. Bütün insanların hamısını o yolun vasitəsilə qəbul edir. Yəni Allaha yaxın olmaq istəyən şəxs yalnız o yolun vasitəsilə yaxın ola bilər. O yoldan başqa heç bir yolun vasitəsilə Allaha yaxın olmaq mümkün deyildir. Allahın yer üzündə insanlarla Özü arasında təyin etdiyi həmin yol Peyğəmbər(s) və Əhli-beytdidir.

Camieyi-kəbirə duası çox dolğun və fəzilətli dualardan biridir. Başqa sözlə desək imamşünaslıq və imamət dərsinin xülasəsi olan bir duadır. Bu duada Əhli-beytə xitab edərək belə buyurur: “Allaha çatmaq istəyəın bir şəxs əhli-beytdən başlamalıdır. Və tövhidi dərk etmək istəyən və mərifət tapmaq istəyən şəxs yalnız siz Əhli-beytin yolu ilə tapa bilər.” Yəni Allah-təala Öz mərifətini nübüvvət və imamətə bağlamışdır. Və onların bir-birindən ayırı olmasını istəmir. Allahın Əhli-beytə xüsusi məhəbbəti vardır. Hər kəs Əhli-beytin yolu ilə Allaha tərəf gələrsə Allah həmin şəxsi qəbul edər. Çünki onlar Allaha hamıdan yaxın olan insanlardır. Allah-təala onları insanlarla Öz arasında bir vəsilə kimi təyin etmişdir. Hər kəs Əhli-beytin vasitəsilə Allaha yaxınlaşarsa Allah həmin şəxsi qəbul edər. Məsələn, bir şəxs birinin uşağını maşınla vurur. Uşağın valideynləri onu heç cür bağışlamaq istəmir. Uşağı vuran şəxs çarəsiz qalaraq uşağın valideynlərinə ən yaxın və onların yanında ən hörmətli olan şəxsdən onun üçün (uşağın valideynlərindən) üzr istəməyi və onları razı salmağı xahiş edir.

Allah-təala da həmiçinin öz bəndələrini bağışlamaq üçün və onlara izzət və şərəf vermək üçün Əhli-beyti yer üzündə vasitə qoymuşdur.

Hər kəsin qəlbində Əhli-beytə məhəbbət olarsa qiyamət günü Əhli-beyt ona şəfaət verəcəkdir. Lakin onları qəbul etməyən şəxsin namazı, orucu və s. əməlləri belə qəbul olmaz. Çünki Allah insanların əməllərini qəbul etməsi üçün yer üzündə Əhli-beyti vəsilə təyin etmişdir.

Hətta İslam Peyğəmbərindən əvvəl gələn bütün peyğəmbərlərin hamısı Mühəmməd və onun Əhli-beytinə salam-salavat göndərird. Həzrət Nuh(ə) peyğəmbər öz zamanında tufandan öncə Həzrət Əlinin(ə) qəbrini qazıb hazırlamışdı. İmam Əli(ə) ömrünün axırlarında vəsiyyət etdikdən sonra üzünü İmam Həsənə(ə) tərəf tutaraq belə vəsiyyət etdi: “Oğlum Həsən, mən öləndən sonra mənə qüsl verib, kəfənə bükərsiniz və tabuta qoyarsınız. Tabutun arxa tərəfindən siz tutarsınız, tabutun qabaq tərəfindən mələklər yapışacaqlar. Mələklər harada dayansalar, siz də orada dayanıb tabutu yerə qoyarsınız. Namazı qıldıqdan sonra oranı qazarsınız. Oradan bir lövhə çıxacaq. O lövhədə Nuh(ə) peyğəmbərin öz dəsti-xətti ilə bu sözlər yazılmışdır. “Bu qardaşım Əli ibn Əbi Talibin qəbridir.”

Həzrət Əli(ə) dünysını dəyişəndən sonra, İmam Həsən və İmam Hüseyn(ə) o Həzrətə qüsl verib, kəfənlədilər. Sonra tabuta qoydular. Tabutun qabaq tərəfi yerdən qalxdı. İmam Həsən(ə) və İmam Hüseyn(ə) tabutun arxa tərəfindən tutdular. Kufədən Nəcəf şəhərinə (Həzrət Əli(ə)-ın indiki məzarı olan yerə) qədər getdilər. Gördülər ki, tabutun qabaq tərəfi aşağı əyildi. Tabutu yerə qoydular. İmam Həsən(ə) özü namazı qılandan sonra tabutu kənara qoydular və onun yerini qazıdılar. Gördülər ki, doğurdanda Həzrət Əli(ə)-ın buyurduğu kimi oradan bir lövhə çıxdı. O lövhədə belə yazılmışdır. “Bu qəbri tufandan əvvəl sonuncu Peyğəmbərin vəsisi qardaşım Əli ibn Əbi Talibə hazırlamışam.”1

Əlbəttə bu rəvayətdə sünni və şiə arasında heç bir ixtilaf yoxdur. Əli(ə)-ın bu cür kəramət sahibi olduğunu hamı bilir və sünni və şiə bu kimi rəvayətləri qəbul edərək öz kitablarında yazmışlar. Bəziləri elə başa düşməsinlər ki, Həzrət Əli(ə) da bu fəzilətlər olmayıb. Əlinin(ə) hər bir hərəkəti, xütbəsi, müharibəsi və bu kimi işləri çox heyrətamiz bir işlər idi. O cümlədən sonuncu etdiyi bu vəsiyyət onun adi gündəlik gördüyü işlərdən və sözlərdən biridir.

Ümumiyyətlə bütün peyğəmbərlərin hamısı Mühəmməd(s) və onun pak Əhli-beytinə salam göndərirdilər. O cümlədən Həzrət İbrahim(ə) da xüsusiyyətlərindən biri Mühəmməd və ali Mühəmmədə salam-salavat göndərmək idi.

Allah-təala Peyğəmbər və ali peyğəmbərə salavat göndərməyi insanlara əmr etmişdir. Əhzab surəsinin 56-cı ayəsində buyurur:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib onu layiqincə salamlayın.”

Ümumiyyətlə İslam firqələrinin hamısı öz namazlarında həzrət Peyğəmbərə(s) salavat göndərirlər. Çünki Allah bunu Quranda bütün iman gətirənlərə əmr etmişdir.

قال رسول الله(ص): اصلاة على نور على الصراط

Həzrət Peyğəmbər(s) buyurur: “Mənə salavat göndərmək sirat körpüsündən keçmək üçün bir çıraqdır”1

قال رسول الله(ص): حيثما كنتم فصلوا على فإن صلاتكم تبلغنى

Başqa bir hədisdə belə buyurur: “Harada olsanız mənə salavat göndərin. Çünki o salavatlar gəlib mənə yetişir.”2

قال رسول الله(ص): كل دعاء محجوب حتى يصلى على النبى

Həzrət Peyğəmbər(s) buyurur: “Peyğəmbərə salavat göndərilmədən heç bir dua qəbul olunmaz.”3

Yəni hər kəs dua edərkən Peyğəmbər(s) və onun Əhli-beytinə salavat göndərməzsə Allah o şəxsin dualarını qəbul etməz.

Həzrət Əli(ə) bizlərə dua etməyin qaydasını öyrədərək belə buyurur: Hər kəs dua edərkən dualarının qəbul olunmasını istəyirsə, duaların əvvəlində və axırında Peyğəmbər və Əhli-beytə salavat göndərsin.

...قالو يا رسول الله وكيف نصلى عليك؟ قال رسول الله(ص): اللهم صل على محمد و آل محمد كما صليت على ابراهيم و على آل ابراهيم

Həzrət Peyğəmbər(s)-dən soruşdular: “Ya Rəsuləllah Allah bizə sənə salavat göndərməyi əmr etmişdir. sənə salavat göndərməyin qaydası necədir?

Həzrət Peyğəmbər(s) buyurdu: Mənə salavat göndərdikdə belə deyin: Allahın salamı olsun Mühəmməd və onun ailəsinə, necə ki, İbrahim və onun ailəsinə olmuşdur.

“Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” “Allahın salamı olsun Mühəmməd və onun əhli-beytinə.”

Bir insan dünyadan köçəndən sonra onun üçün salavat göndərmək yaxşı əməllərdən biridir. Əlbəttə rəhmətə getmiş insanların həmişə gözləri möminlərin əlində olmuşdur. Çünki, dünyadan ketdikdən sonra insanın əli hər şeydən üzülür və kiminsə onlara bir savab əməl göndərməsinə möhtacdılar. Salavat da ölülər üçün kiçik və ən gözəl, qiymətli bir hədiyyədir. Məsələn, elə hədiyyələr vardır ki, böyük və qutusunun gözəl olmasına baxmayaraq qiyməti azdır. Lakin elə hədiyyələr də vardır ki, kiçik olmasına baxmayaraq çox qiymətli bir hədiyyə olur. Odur ki, salavatın özü də kiçik və az olmasına baxmayaraq ölülər üçün çox qiymətli bir hədiyyə hesab olunur. Ola bilsin ki, o salavata xatir Allah onu bağışlayıb cəhənnəm əzabından qurtarsın.

İnsan bu dünyadan ketdikdən sonra hətta kiçik bir savab da olsa ona möhtacdır. Məsələn məktəbdə imtahan zamanı uşaqların bəziləri sualı yadlarına sala bilmədiklərindən kiminsə onlara o sualın cavabından bir neçə kəlmə də olsa belə deməsinə möhtac olduğu kimi, ölülərində hansısa mərhələdən keçmələrinə görə kiçik bir savaba ehtiyacı vardır.

Ona görə də insan dünyadan köçənləri üçün əlindən gələn savabı onlara göndərərsə çox yaxşı olar. Bu əməlin həm insanın özünə həm də ölülərə xeyri vardır.

Kitablarda belə bir rəvayət yazmışlar ki, bir cavan oğlan həmişə qəbristana gedər və öz ata-anasının qəbri üstə fatihə surəsini oxuyurı. O deyir: Bir gün yuxuda ata anamı gördüm. Onlar gəlib mənə öz minnətdarlıqlarını bildirdilər və dedilər: Oğul, sən hər dəfə qəbristana gəldikdə bu qəbristanda yatan bütün ölülər sənin gəlməyini bizə müjdə verirlər. Mən yuxudan ayıldım və təəccübləndim. Öz-özümə fikirləşirdim ki, görəsən mənim ata-anam üçün fatihə surəsini oxumağımın başqa ölülərə nə dəxli vardır? Həmin gecə yatıb yuxuda gördüm ki, bir dəstə insan gəlib mənə öz minnətdarlıqlarını bildirdilər. Onlardan kim olduqlarını soruşduqda belə cavab verdilər: Biz sənin ata-anan dəfn olunan qəbristanın əhliyik. Sən gəlib ata-anan üçün fatihə və salavat oxuyanda onun savabından bizlərə də çatır. Ona görə də biz sənə öz təşəkkürümüzü bildirmək üçün gəlmişik. Və səndən xahiş edirik ki, bu ehsanı bizlərə əsirgəməyəsən.

Odur ki, insan hər bir iş görəndə o işin savabını öz ölülərinə göndərsin. Hətta su içərkən, və ya bir uşağa su verərkən “ölənlərimin ehsanı” deyib niyyət etsin. İnsanın əlindən gələn qədər öz ölənlərinə salavat göndərməsi həm onun özünə, həm də ölülərinə xeyri vardır.

Bəhsimizin sonunda qeyd etmək lazımdır ki, həzrət İbrahimdə(ə) olan bu xüsusiyyətlər onun Allahla dost olmasına səbəb olmuşdur. İnsan əgər o xüsusiyyətləri özündə təcəssüm etdirərsə Allahın razılığına səbəb olar və Onun ən sevimli bəndəsinə çevrilər.

Allah-təala bizlərə də belə xüsusiyyətdə olmağı nəsib etsin!

MÜNDƏRİCAT

Allahın insana məhəbbəti

Xəlilullah

Heç kəsi əliboş qaytarmamaq

Allahdan başqa heç kəsə ağız açmamaq

Allaha səcdə

Gecə namazı

Allaha məhəbbət

Qonaqpərvərlik

Peyğəmbər və Əhli-beytinə salavat



göndərmək


1 Hücərat ayə-14,15

1Nəhcül-bəlağə

1 Mizanul hikmə-c.2, s.213


1 Mülk –10


1 Şəhid Sani İslamın böyük fəqihlərindən biridir.

1 Müyətül-Mürid. s.106

1 Müyətül-mürid-s100

1 Ənfal- 2,3,4

1 Münyətül-mürid-s100

1 Münyətül-mürid-s101.

1 Əllamə çox bilikli şəxsə deyilir.


1 Yasin-13

1 Həməc gecələr insanı narahat edən ağcaqanadlara deyilir. Lakin bir azacıq külək əsdikdə onları götürüb aparır.

2 Rüa qanmaz insanlara deyilir.

1 Əraf - 175, 176


1 Ənam - 151

1 Tühəfül-üqul-s115

1 Bəqərə - 143

1 Mizanulhikmə-c7-s232

2 Asarus-sadiqin-c15-s444

3 Asarus-sadiqin-c15-s444

4 Asarus-sadiqin-c15-s445

1 Asarus-sadiqin-c15-s445

2 Asarus-sadiqin-c15-s447

3 Mizanul-hikmə-s448

1 Mizanul-hikmə-s454

2 Asarus-sadiqin-c15-s445

1 Asarus-sadiqin-c15-s445

2 Asarus-sadiqin-c15-s445

1 Asarus-sadiqin-c15-s472

1 Asarus-sadiqin-c15-s474

1 Asarus-sadiqin-c15-s475

2 Asarus-sadiqin-c15-s475

1 Asarus-sadiqin-c15-s474

2 Asarussadiqin c.15. s.449

1 Loğman - 17

1 Mizanul-hikmə-c6-s256

2 Mizanul-hikmə-c6-s255

1 Mizanul-hikmə-c6-s255

2 Mizanul-hikmə-c6-s255

1 Nəhcül bəlağə 31-ci hikmət

2 Mizanul-hikmə-c6-s256

1 Mizanul-hikmə-c6-s256

1 Mizanul-hikmə-c6-s256

1 Mizanul-hikmə-c6-s262

2 Mizanül-hikmə –c.6, s.263

1 Mizanul-hikmə-c6-s264

1 Mizanul-hikmə-c6-s264

1 Mizanul-hikmə-c6-s 268

2 Mizanul-hikmə-c6-s 268

1 Mizanul-hikmə-c6-s 269)

2 Şüəra surəsinin 157, 158-ci ayələrində

1 Nəhcül-bəlağə - 201-ci xütbə.


1 Al-İmran - 183

2 Mizanul-hikmə-c6-s 269

1 Mizanul-hikmə-c6-s 269

1 Taha surəsinin 43, 44-cü ayəsində

1 Loğman-31

1 Məcməül-bəyan, təfsiri nümunə, səfinətül-bəhar və s.


1 Həcc surəsinin 11-ci ayəsində

2 Biharül-ənvar, c78-s117.

1 Məaric -19, 20, 21

1 Qiyamət-1,2,3,4

1 Ələq - 14

1 Təfsiri-nümunə, c.27-səh-168.

1 Təfsiri nümunə c20-s65


1 Təfsiri nümunə-c22-s252

1 Hücərat ayə-14

1 Ənam – 122


1 Camius-səadat, c-3. səh-49.

2 Hucurat, 1.

1 Biharul-ənvar , 77. s208.

2 Mizanul-hikmə-c1.s547

3 Mizanul-hikmə-c1.s547

1 Üsuli-Kafi c. 4, s. 23


1 Mizanul-hikmə c1. s550

1 Biharül ənvar-c6. s20

1 Üsuli Kafi-c.3-s130


1 Üsuli Kafi-c.3-s130

2 Mizanul hikmə c6 –s12


1 Mizanul hikmə c.6, s.15

1 Mizanul hikmə c6 –s21

2 Mizanul hikmə c6 –s21

1 Mizanul hikmə c.6 –s23

2 Mizanul-hikmə .c.3. səh-448


1 Mizanul-hikmə-c.3. səh.465



1 Mizanul-hikmə –c.3. səh -459

1 Mizanul hikmə-c.3-səh.456. Nəhcül-bəlağə

2 Kənzül-ümmal, c.15. s.549.


1 Hökmüz-zahirə, səh-113,

2 Hökmüz-zahirə-səh114

3 Hökmüz-zahirə-səh114

4 Hökmüz-zahirə, səh-112

1 Hökmüz-zahirə-səh112

1 Nəhcül-bəlağə, Hikmət-130“ Nəhcül bəlağədə” və “Mühasibətün-nəfs” kitabının 67-ci səhifəsində

1 Hökmüz-zahirə, səh-112.

2 Hökmüz-zahirə, səh-112.

3 Müzzəmmil, 20.

1 Təfsiri-numunə. c.12 səh.228

2 Təfsiri-numunə. c.12 səh.228

3 Təfsiri-numunə. c.12 səh.228

4 Təfsiri-numunə. C.12 səh.229

1 Təfsiri-numunə. C.12 səh.229


1 Kontrole-ğəraiz kitabı, səh-214.

2 Üsuli-Kafi, c.3. səh-296.

1 Kəhf-110


1 Mzanul-hikmə.c.3. səh.62.

1 Mzanul-hikmə.c.3. səh.63

1 Mzanul-hikmə.c.3. səh.63

2 Mzanul-hikmə.c.3. səh.63.

1 (Mzanul-hikmə.c.3. səh.57.)

1 Mzanul-hikmə.c.3. səh.59

2 Təfsiri nümunə-c.26. səh.67

1 Saib Təbrizi


1 Maidə-35

1 Yusif - 97,98


1 Bəqərə -37

1 Təfsiri nümunə-c.4. səh367

1 Nurus-səqəleyn, c.2. səh-416.

2 Vəfaül-vəfa, səh-1372.

1 Təfsir-nümunə, c.4, səh.368.

1 Təfsiri nümunə.c.4-s.369. Ruhul –məani. c.4-səh.115

2 Ət-təvəssülü ila həqiqətit-təvəssül-c.331

1 Böyük sünni alimi Züməxşərinin yaxdığı kitab



1 Şura-23

3 Şura, 23.

1 Təfsiri-nümunə, c-20. səh-410


1 Zəməxşəri (Kəşşaf)



1 Əhzab, 33.

1 Əhzab, 33.


1 Təfsiri-FəxriRazi, c-27. səh-165. Təfsiri-Qürtəbi, c-8. –səh-58. Təfsiri-Kəşşaf, c-4. – səh-220.

1 Aişı deyir: Peyğəmbərə vəhy nazil olarkən ona heç kəs yaxın getməzdi. O anda mən qapını bağlamışdım.

1 Təff - Kərbəlanın adlarından biridir.

1 İmam Hüseynin(ə) bu sözü kinayə idi. Yəni səni yaxşı tanıyıram. Sən bu işi mənim üçün görmə.


1 Yezidin əlindəki ağac.

2 Müsnədi-Əhməd ibn Hənbəl, c.5-səh.122.

1 O vaxtlar İmam Hüseynin(ə) ziyarətini qadağan etmişdilər. Hər kim o Həzrətin ziyarətinə getsəydi, onu ya tutub incidər ya da öldürərdilər.


1 İmam Hüseynin(ə) nə üçün şəhid olmasını və Allahın yer üzündə höccəti olmasını bildiyi halda.

1 Yəni Kərbəla türbəti meyyitin arxa tərəfində qalmasın. Ya sinəsinə ya da üzünə qoyulsun.

1 Qaçılmaz immun çatışmazlığı sindromu.


1 Şüəra-88-89.

1 Həbib ibn Məzahir Qeyri bəni Haşimin ağsaqqalı idi. Hamı onun sözünə qulaq asıb dediklərinə əməl edirdi.

1 İmam Hüseyn(ə) Aşura günü oruc tutmuşdu. İmam Sadiq(ə) İmam Hüseyndən(ə) sonra Aşura günü oruc tutmağı məkruh etmişdi. Çünki, İmam Hüseynin(ə) qatilləri dəo günü şadlıq edib oruc tutduqları üçün onlarla müxalifətçilik olsun deyə məkruh hesab etmişdir.

1 Yezidin əlindəki ağac.

1 Fatir-28

1 Hədislərdə vardır ki, insan uşaq vaxtlarında dünyadan gedərsə, sorğusuz sualsız Cənnətə gedər.

2 Yəni Öz kəramət və mərhəmətin olan yerə apar.

1 Peyğəmbərin meracından.

1 bayraq

2 başı uca

3 bəhrə

2 İmtahanın əlibasından kəsilib

1 Rum -7

1 Məhəmməd-12

1 Səcdə-21

1 Qaf – 22

1 məsti-xumar

1 Cənnətdə hər bitkidən soruşsan.

1 Fərhənge süxənane imam Hüseyn(ə). S.289

1 Onlar bilirdilər ki, Əgər Həzrətin bu təklifi ilə razılaşsalar vəziyyət tamami ilə dəyişəcək. Buna görə də o Həzrətin sözlərini qəbul etmədilər.

1 Fərhənge süxənane imam Hüseyn(ə). S.312

1 kərbəladan mədinəyə. s. 180

1 kərbəladan mədinəyə. s. 214

1 Əcəm- qeyri ərəblərə, yəni ərəblərdən başqa olan millətlərə deyilirdi. O vaxtlar bu söz ən çox farsların barəsində işlənirdi.

1 Əraf-172

1 Əcəm- qeyri ərəblərə, yəni ərəblərdən başqa olan millətlərə deyilirdi. O vaxtlar bu söz ən çox farsların barəsində işlənirdi.

1 Əraf-172

1

Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin