SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad


İNSANIN QİYMƏTİNİN ÖLÇÜSÜ



Yüklə 5,56 Mb.
səhifə12/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

İNSANIN QİYMƏTİNİN ÖLÇÜSÜ

Bu müqəddimdə bir neçə mətləb vardır ki, onları bir-bir əziz möminlərin nəzərinə çatdırıram. Birinci mətləb budur ki, insanın qiyməti nədədir? Biz haradan öyrənə bilərik ki, hansı insanın qiyməti başqa bir insanın qiymətindən çoxdur? İnsanların qiymətini ölçmək üçün bir mizan və meyar varmı?

Bu məsələni hikmət sahiblərinin və alimlərin fikri ilə açıqlayıram. Alimlərin buyurduqlarına əsasən insanın qiymətinin ölçüsü onun elmindən, təfəkküründən, düşüncəsindən və mərifətindən asılıdır. Hər hansı bir insanda bunlar çoxdursa, demək onun qiyməti də çoxdur.

قال على(ع): قدر كل إمرئٍ ما يحسن

Həzrət Əli(ə) buyurur: “Hər bir şəxsin qiyməti onun bilik və düşüncəsindən asılıdır.”

Həzrət bu kəlamı buyurmaqla bizlərə öyrədir ki, insanın qiyməti onun elm və mərifəti ilə bərabərdir. Nəticədə belə alınır ki, hər kimin elm və mərifəti çoxdursa, deməli qiyməti də çoxdur.

İkinci mətləb belədir ki, elmlərin içində hansı elm və mərifət daha üstün və daha fəzilətlidir?

Bu sualın da cavabı aydındır ki, hansı elmin insanın səadətə və təkamülə çatmasında rolu çox olarsa, elmlərin içində həmin elmin və mərifətin qiyməti də çoxdur. Məsələn, tibb elmi ilə riyaziyyat elminə nəzər salaq. Bunların hansının qiyməti çox olduğunu biz haradan bilməliyik? Bunu bilmək üçün baxmaq lazımdır ki, insanın yaşayışında onun kamal, mərifət və səadətə çatmasında tibb elminin rolu çoxdur, yoxsa riyaziyyat elminin? Hansı elmin rolu və təsiri çox olsa həmin elmin qiyməti də başqa elmlərdən daha üstün və fəzilətlidir.

Üçüncü mətləb budur ki, belə olduqda, yəni, hansı elmin insanın kamal və mərifətə çatmasında rolu çoxdursa, həmin elmin qiyməti də çox olduğu bir halda, Allaha mərifətli olmağın, yəni Allahı tanımağın qiyməti bütün elmlərin qiymətindən daha çox olmalıdır. Çünki insanın kamal və mərifətə çatmasında Allaha mərifət gətirməyin rolu bütün elmlərdən artıq və üstündür.

قال على(ع): مَعْرِفَةُ الله اَعلَى الْمَعَارِف

Həzrət Əli(ə) bu barədə belə buyurur: “Allaha mərifət gətirmək mütün mərifət və elmlərdən üstündür.”

Allaha mərifət və Onu tanımaq insanın bütün elmlərini kamilləşdirir. Əgər bir insan Allahı tanımasa onun elmi hər nə qədər çox olsa da onun elmi belə bu varlığa nisbət yenə də azdır. Çünki, bu varlığın hamısını yaradan Allahdır. Əgər bir şəxs Allahı tanımasa, Onun məxluqunu hər nə qədər yaxşı tanısa da belə həmin şəxsin elm və mərifəti nöqsanlıdır. Deməli insan Allahı tanımaqla öz elmini bütün məxluqların barəsində kamilləşdirə bilər.

قال على(ع): مَنْ عَرَفَ الله كَمُلَتْ مَعْرِفَتُهُ

Həzrət Əli(ə) buyurur: “Hər kim Allahı tanısa elm və mərifəti kamilləşər.”

Ola bilsin ki, bir şəxs dünyada olan elmləri çox gözəl bilsin. Əgər Allahı tanımasa onun bütün bildikləri yenə də nöqsanlıdır. İnsan yalnız Allahı tanımaqla öz elmini kamilləşdirə bilər. Əgər bir insan Allahı tanısa elmin ən gözəl nöqtəsindən başlamışdır.

Bir gün bir şəxs Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya rəsuləllah, olarmı mənə elmin qəribəliklərindən danışasan? Həzrət Peyğəmbər(s) buyurdu: Sən elmin başının və əsasını harasından bilirsən ki, qəribəliklərindən də soruşursan? Həmin şəxs təəccüblə soruşdu: Elmin başı və əsası harasıdır? Həzrət buyurdu: Allahı olduğu kimi tanımaq elmin başıdır.

Bu müqəddimədə dördüncü mətləb belədir. Əgər bir şəxsin ağlı sağlam olsa, xəstə olmasa, mümkün deyil ki, dünyanı, yaradılışı tanısın, amma Allahı tanımasın.

قال على(ع): اَلْإِيمانُ وَ الْعِلْمُ اَخَوَان تُعَمَان وَ رَفِيقَان لَا يَفْتَرِقَان

Həzrət Əli(ə) buyurur: “İmanla elm əkiz qardaşlardır. Onların hər ikisi ayrılmaz dostlardır.

Bu hədis bizə bildirir ki, həqiqi elmi imansız təsəvvür etmək mümkün deyil. Elmin o zaman qiyməti olar ki, iman da onun yanında olsun. Gərək insanın öyrəndiyi elm həqiqətən də elm olsun. Bəzi insanlar müəyyən formul və düsturları öyrənməklə özlərini alim hesab edirlər. Riyaziyyatın düsturlarını və kimyəvi elementlərini öyrənməklə insan elm və mərifətli olmur. Bunlar insanın fikrində olan müəyyən formul və düsturlardır ki, hamı bunları bilir. Bu düsturlara elm demək olmaz. Həqiqi elm odur ki, insan dünyanı və yaradılışın barəsində biliyi olmaqla yanaşı yaradanı da tanısın. Mümkün deyil ki, insan hündür və gözəl binaları görsün, amma onları düzəldən mühəndislərin gözəllik və incəlikləri barədə düşünməsin. Mümkün deyil ki, insan gözəl bir maşını görsün, amma onu düzəldən şəxsin barəsində fikirləşməsin.

Buna görə də Allah-təala Quranda alimlərin barəsində belə buyurur:

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء

Həqiqətən Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybəi və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar.)1

Bu ayədən başa başa düşürük ki, Allahı yalnız Alimlər tanıyıb ibadət edirlər. Əgər bir şəxs Allahı tanımasa necə ibadət edə bilər? Bunun mənası belədir ki, Allaha ibadət etməyənlər nə qədər savadlı olsalar da belə alim deyillər. Dünyəvi və üxrəvi elmləri bilən insanlar o demək deyil ki, alimdirlər. Elə insanlar vardır ki, bir çox elmləri bilirlər. Bəzi insanlar da vardır ki, Quran və təfsir yazır və çox kitablar oxuyurlar. Lakin namaza gəldikdə isə avam bir adam onlardan gözəl namaz qılır.

Elm o deyil ki, insan onu bilsin. Elm odur ki, insana hərəkət verib onu kamilləşdirsin. Alim o şəxsə deyilir ki, malik olduğu elm onda təsir qoysun. Çox bilmək şərt deyil. Əsas şərt odur ki, insan o elmə əməl etsin. Kompüterə nəzər salanda görürük ki, onun yaddaşına milyonlarla kitab və məlumatları yükləmək olur. Əgər çox elm öyrənməklə insan alim hesab olursa, onda kompüter hamıdan bilikli və elmlidir. Lakin kompüterə alim demək olmaz. Çünki alim üçün çox bilmək şərt deyil. Əsl alim odur ki, bildiyi elm onda təsirini göstərsin və ona hərəkət verib hidayət etsin. Buna görə də Allah-təala Quranda buyurur: “Həqiqətən Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybəi və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar.)”

Elmi olan şəxslər hər nə qədər elmli olsalar da belə əgər Allahdan qorxmasalar (itaət etməsələr) elmlərinin onlara xeyri yoxdur. İndi əgər bir şəxs bu dünyanı bütün incəlikləri ilə çox gözəl şəkildə tanısa, lakin Allahı tanımasa, onun elmi o qədər qiymətsizdir ki, yox dərəcəsindədi. Amma əgər mərifətullahı öz elminin üstünə əlavə edərsə, yəni Allahı olduğu kimi tanıyarsa, onun elmi kamilləşər.

İmam Hüseynin(ə) ərəfə duasında bu barədə Allahla gözəl və dəyərli bir münacatı vardır. O Həzrət Allahla münacat edərkən belə deyir:

الهى ماذا وجد من فقدك و ما الذى فقد من وجدك

İlahi, Səni tapan nəyi itirər? Səni itirən nəyi tapar?

Həzrət bu münacatı ilə bildirir ki, Allahı tanıyan və Onunla yaxın münasibətdə olan şəxsin hər bir şeyi olar və heç vaxt möhtac qalmaz. Amma Allahla münasibəti soyuq olan insanın hər nəyi olsa da belə yenə də möhtacdır. Həzrətin bu sözü fikrimizə daha yaxın olsun deyə bir misalı əziz möminlərin nəzərinə çatdırıram. Məsələn, bir şəxs bir ölkənin şahı ilə yaxın dostdur. O ürəyi istədiyi vaxt həmin ölkəyə getmək istədikdə birbaşa şahın yanına gedir. Hamı bilir ki, bu şahın yaxın dostudur. Həmin ölkədə ürəyi hər nə istəsə onun üçün o saat təşkil edəcəklər. Oranın şahı ilə yaxın dost olduğundan o ölkədə ürəyi istədiyini tapa bilər. Amma başqa bir şəxs o ölkəyə daxil olur. Nəinki o ölkənin şahı ilə, heç vəziri ilə də tanışlığı yoxdur. Həmin şəxs o ölkədə hər istədiyinə nail ola bilməz.

Odur ki, İmam Hüseyn(ə) buyurur: Allahı tanıyan şəxsin hər şeyi vardır. Allahı tanımaya-nın isə hər nəyi olsa da belə yenə möhtacdır.

Hədislərdə vardır ki, əgər bir insan Allahı tanısa dünyanın özü və bütün qiymətli əşyaları həmin şəxsin ayağının altındakı tozundan da qiymətsizdir.

قَالَ الصَّادِقُ(ع): لَوْ يَعْلَمُ النَّاس مَا فِى فَضْلِ مَعْرِفَةُ الله مَا مَدُّوا اَعْيُنَهُمْ اِلَى مَا وَتَّعَ اللهُ بِهِ الْأَعْدَاءَ مِنْ ظَهْرَة الْحَياة الدُّنْيَا وَ نَعِيمِهَا كَانَتْ دُنْيَاهُمْ اَقَّلَ عِنْدَهُمْ مِنْ مَا يَتَقُونَهُ بِأَرْجُلَهُم

İmam Sadiq(ə) buyurur: “Əgər insanlar Allah mərifətinin fəzilətinin nə qədər çox olduğunu bilsəydilər, heç vaxt buna göz tikməzdilər ki, görüm Allah kimə nə verib. Onların dünyası həmin şəxslərin nəzərində ayağının altındakı torpaqdan da qiymətsizdir.”

Bu hədis bizlərə öyrədir ki, hər kim Allahı həqiqətən olduğu kimi tanıyarsa, dünyanın özü və qiymətli əşyaları ilə birgə həmin şəxsin ayağının altının torpaqından da qiymətsizdir.

Ərəbcə. ....... ağanın dəftərindən...............

Burada həzrət Əli(ə) gözəl cümləsi var. Həzrət buyurur: Əgər məndən soruşsalar, ya Əli istərdinmi uşaq olan vaxtlarında dünyanı dəyişib cənnətə gedəsən?1 Əgər mənə bu sualı versələr, belə cavab verərəm. Xeyr, mən istəyərəm ki, böyüyüm, Allahımı tanıyım, ondan sonra cənnətə gedim.

Bu hədisi öz dilimizlə desək Həzrət buyurur ki, Mən uşaq deyiləm ki, mənim başımı şirniyyat və ya mer-meyvə ilə aldadasınlar. Mən istəyirəm ki, böyüyəm Allahı tanıyam, ondan sonra O, məni hara aparır aparsın. Ən əsası budur ki, mən Onu tanıyım, onun qarşısında səcdə edim və bu vasitə ilə öz izzət və kamalımı tapım, ondan sonra Allah məni hara aparır aparsın.

Həzrət Əli(ə) Allahla münacat edərkən belə deyərdi: İlahi, əgər məni Cəhənnəmə atsan orada balası ölmüş ana kimi ağlayıb Cəhənnəmin əhlinə şikayət edib belə deyərəm. Mən Allahı sevirdim, amma O, məni bura atıb. İlahi, mən Sənə Cəhənnəmin qorxusundan ibadət etmirəm. Mənim qorxum budur ki, Səndən ayrı düşərəm. İlahi, mən Səndən heç vaxt ayrı düşmək istəmirəm. Mən Sənə Cənnətin nemətlərinə görə ibadət etmirəm. Əgər məni Cənnətə də aparsan Öz yanına apar.2

Həzrət Əli(ə) Allahla beləcə münacat edərdi. Çünki o Həzrət bilirdi ki, kimin qarşısında dayanıb. O, Allahı olduğu kimi tanıyırdı. Buna görə də heç vaxt Ondan ayrı düşməyini istəmirdi. Cənnətə də getsəydi belə Allahdan Onun yanınına getməsini diləyərdi.

Tarixə nəzər salanda görürük ki, Fironun yoldaşı mömin bir qadın idi. O, Firona iman gətirmədi. Firon allahlıq iddiası edirdi. Amma yoldaşı onu qəbul etmirdi. Firon gördü ki, onun həyat yoldaşı evin içində əks-təbliğat aparsa, bütün işlər korlanacaq. Ona görə də əmr etdi ki, yoldaşını çarmıxa çəkib cəzalandırsınlar. O xanımın əllərinə və ayaqlarına mismar vurub çarmıxa çəkdilər. O, göyə baxıb gülürdü. Firon dedi: Belə bir vəziyyətdə adam gülərmi? Sən demə bu qadın dəli imiş. Mən nahaq yerə dəli bir insanı belə cəzalandırmışam. Onun həyat yoldaşı oradan dilləndi. Mən dəli olmamışam. Dəli sən özünsən. Mənim əl-ayağıma vurduğun mismarların ağrısını hiss etmirəm. Göydə mənə cənnətdəki məkanımı göstərirlər. Mən də ora baxıb gülürəm.

Allah-təala Quranda onun barəsində bundan daha yüksək bir söz buyurur və onu bütün möminlərə misal çəkir.

وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ إِذْ قَالَتْ

رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ

Allah iman gətirənlərə Fironun zövcəsini (Asiyanı) məsəl çəkir. O zaman o: “Ey Rəbbim! Mənim üçün öz yanında – Cənnətdə bir ev tik.

Fironun həyat yoldaşı o halda Allahla münacat edərkən belə dedi ki, İlahi əgər mənə cənnətdə yer verirsənsə Öz yanında qərar ver.

Allah-təala başqa bir ayədə təqvalı insanlara belə vədə verir.

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ

Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında, (heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın yanında olacaqlar!

Bu ayədən də məlum olur ki, təqvalı insanlar, Allahı sevib Ona itaət edən insanlar cənnətdə olmaqla bərabər Allahın yanında, yəni Alahın rəhmət və mərhəmətinin olduğu bir yerdə olacaqlar ki, orada yalnız sədaqət və düzlük olacaq.

Bu bəhsdə və bu müqəddimədə biz bildik ki, insanın qiyməti Allah qarşısında səcdə etməsindən asılıdır. Əgər insan Allaha səcdə edərsə və Onun qarşısında təslim olarsa qiymət tapacaq.

Allah-təala Aşura günü bütün aləmə bir insaniyyət sərgisi nümayiş etmişdi. Dünyanın bir çox yerlərində böyük sərgilər təşkil olunur və insanları həmin sərgiyə baxmağa dəvət edirlər. Məsələn maşın sərgiləri qurulur. Dünyanın ən gözəl və mütərəqqi maşınlarını gətirib həmin sərgiyə baxmaq üçün qoyulur. Bütün camaat həvəslə gəlib həmin sərgiyə qoyulmuş maşınlara baxıb heyran qalırlar.

Allah-təala Aşura günü Kərbəlada ən kamil və mütərəqqi insanı sərgiyə qoymuşdu. Göyün bütün pərdələrini kənara çəkib mələklərə həmin sərgiyə baxmağı əmr etdi. Allah-təala İmam Hüseyni(ə) o sərgiyə qoyaraq bütün aləmləri insaniyyət sərgisinə tamaşa etmək üçün dəvət etmişdi. Bir zaman mələklər insanın yaranmasına etiraz etmişdilər. Allah-təala mələklərə insanı yaradacağını xəbərini verdikdə mələklər dedilər: İlahi, insanı yaratma. O gəlib yer üzündə qan töküb fəsad törədəcək. Biz sənin şəninə təsbih deyib şükür edirik. Allah-təala onların cavabında buyurdu: Mən bildiyimi siz bilmirsiniz.

Allah-təala Aşura günü İmam Hüseyni(ə) mələklərə göstərib buyurdu: Bir zaman siz insanın yaranmasını istəmirdiniz. Amma bu gün baxın mənim bəndəmə. Görün necə eşq və məhəbbətlə Mənə səcdə edir?

Odur ki, Kərbəla hadisə deyil. Kərbəla insaniyyət sərgisidir! Kərbəla böyük bir məktəbdir! Kərbəlanın hər bir bölümü insanlar üçün böyük dərslərdir! Kərbəla Quranın təfsiri, Peyğəmbərin hədəfidir! Kərbəla insaniyyətin izzəti və şərəfidir! Kərbəla hadisə deyil. Kərbəla iki ərəbin müharibəsi deyil!

İmam Hüseyn(ə) ömrünün son anlarında da belə mübarək üzünü isti qumların üzərinə qoyub böyük eşqlə Allahla münacat edirdi. O Həzrətin hər bir hərəkəti, danışığı hətta münacatı belə insaniyyətin ən yüksək dərsləridir. O Həzrət son anlarında Allahla münacat edərkən bütün mələklər, peyğəmbərlər, Həzrət Əli(ə), Həzrət Fatimə(s.ə) ona tamaşa edirdi.



Ya Rəbb, tamame aleme imkan səninkidür.

Zərrate kainat kəma-kan səninkidür.

Əvvəldən afərineşə vabəstə hər nə var,

Ayəndəvu güzəştəvu əlan səninkidür.

Məndə səninkiyəm, Nəyim olsun nəyim mənim?

Bir xeymələr ki, orda daldalanır əhli beyti şam,

Od vursa düşmən, eyləsə talan səninkidür.

Səs gəldi qeybidən, Mən özüm yarüvəm sənün,

Bu qəmsəraye eşqidə qəmxarüvəm sənün.

Qoymullar gər ziyarətüvə əhli-beytüvi,

Ərvahi ənbiya ilə zəvvarüvəm sənün.

Eşqün bir olsun at nəzərünnən Rüqəyyəni,

Mən saxlaram o tifli nigəhdarüvəm sənün.

İmam Hüseyn(ə) Kərbəlada imtahan verdi. Onun bu imtahanına tamaşa etmək üçün mələklər, peyğəmbərlər gəlmişdi.

Şairlərdən biri İmam Hüseynin bu imtahanını çox gözəl şəkildə qələmə almışdı. Allah-təala bu şeri yazmağı ona inayət etmişdir.

Gördü yarın düşübdü yaradən,

Səs gəlib zati paki əladən

Topraq üstən cəbinüvi qalxız!

Rubəru bax bizə müsəlladən.

Eşq meracını eylədün kamil.

Kamə yetdün rümuzi isradən.

Hüseyn! Qanlı mehrabi bilmə kəm rütbə,

Qabə qovseynidən tədəlladən.1

Cəvabi ərniye Musayə lən demişik,

Sənə lən yoxdur heç təmənnadən.

Pərçəme1 eşqi sərbolənd2 etdin,

Sədri irfandasan məzayadən3.

Xatəme eşqi kibriyaisən,

Bul bəşər rədd olub əlifbadən.2

Qoyma topraq üstə vəchi gülnari,

Ənbiya doymayıb təmaşadən.

Beləliklə übudiyyətin, Allaha təslimin, səcdənin, ibadətin fatehi və birinci yeri tutan insanlardan biri İmam Hüseyndır(ə) ki, Allah-təala onu bütün aləmlərə nümunə göstərir.



ALLAH MƏRİFƏT GƏTİRMƏİNİN

YOLLARI

Birinci müqəddimədə quran ayələri və Peyğəmbərin(s) hədislərinə əsasən qeyd olundu ki, insanların içində ən qiymətlisi və şərəflisi o şəxslərdir ki, Allahı olduğu kimi tanıyıb Ona mərifət gətirsinlər və Onun qarşısında səcdə edib, qanı, malı və canı ilə birlikdə ona təslim olmağı bacarsınlar. Qeyd olundu ki, belə insanlardan biri də Hüseyn ibn Əlidir(ə). İmam Hüseyn(ə) Allahı olduğu kimi tanıdı, Onun qarşısında layiqincə səcdə etdi və öz malını, canının, övladını, bir sözlə desək hər şeyini Allah yolunda qurban verdi. Allah-təala onu Kərbəlada aşura günü nümunəvi və kamil insan kimi bütün aləmlərə göstərdi.

Bu bəhsdə ikinci müqəddiməni əziz möminlərin nəzərinə çatdırıb sonda bu iki müqəddimədən nəticə alarıq. Bu müqəddimədə də birincidə olduğu kimi bir neçə mətləb vardır ki, onları da bir-bir nəzərnizə çatdırıram.

Birinci mətləb budur ki, insanların mərifətə, ürfana və mənəviyyata çatması üçün, xüsusən bütün varlığın və yaradılışın həqiqətini dərk etmələri üçün Allah-təala onlara üç mənbə və imkan vermişdir. Hər bir insan əgər bu mərifətə və yaradılışın hədiqətlərinə çatmaq istəyirsə bu üç mənbəin vasitəsi ilə çata bilər.

O mənbələrdən biri insanın bədənində olan hissiyyat üzvləridir ki, insan bunların vasitəsi ilə zahirdə olan həqiqətləri hiss edir. Hamı bilir ki, insanın bədəninin beş hissiyyat üzvü vardır. Onlardan biri göz, biri qulaq, biri burun, biri dil biri isə toxunma vasitəsi ilə olan hissiyyatdır. İnsan bu beş hissiyyatla aləmin zahirini hiss edir və əşyanın həqiqətini dərk edir.

İnsanda olan ikinci mənbə ağıldır. Bir çox şeylər də vardır ki, insan onu ağlı ilə hiss edib dərk edir. İnsan hər şeyi gözü və ya qulağı ilə hiss edib başa düşə bilmir. Çox məsələlər və həqiqətlər vardır ki, insan onları yalnız ağlı ilə hiss edir.

Allahın insana verdiyi üçüncü mənbə və imkan qəlbdir. İnan qəlbin, vicdanın və qəlbinin gözləri ilə yaradılışın bəzi həqiqətlərini görə bilər. Belə deyil ki, insan gözü ilə hər nə görürsə o var, görmürsə yoxdur. Məsələn bədəndə olan ağrını gözlə görmək mümkün deyil. Bu o demək deyil ki, ağrı yoxur. Bəhlul Danəndənin dövründə bir nəfər Allahın varlığını inkar edərək belə deyirdi. Əgər Allah varsa gözə görünməlidir. Bəhlul yerdən bir kəsək götürüb onun başını yaraladı. O başını tutub ağrının şiddətindən nalə etməyə başladı. Bəhlul soruşdu: Əgər başın ağrıyırsa, həmin ağrını mənə göstər.

Buna görə də insan gözü ilə görmədiyi bir şeyi deyə bilməz ki, aləmdə belə şey yoxdur. İnsanın qəlbi çox şeyləri gərər ki, gözü onları görə bilməz və hissiyyat üzvləri onu hiss edə bilməz.

İmam Sadiqin(ə) Əbu Bəsir adlı bir dostu var idi. Onun gözləri anadangəlmə kor idi. Dünyada hər şeyin adını eşitmişdi amma kor olduğundan onların heç birini görməmişdi. Bir gün İmam Sadiq(ə) ona buyurdu: Əbu Bəsir, istərdinmi gözlərin açılsın və bu aləmi görəsən? Əbu Bəsir dedi: Ağa, çox yaxşı olardı ki, mənim gözlərim açılsın. Çünki bu aləmdə hər şeyin adını eşitmişəm, amma görməmişəm. Çox istərdim ki, gözlərim açılsın onları görüm. Həzrət imamət qüdrəti ilə əllərini Əbu Bəsrin gözlərinə çəkdi. Onun gözləri açıldı və birinci İmam Sadiqi(ə) gördü. Əbu Bəsir hər yerə baxdıqca hər şey ona qəribə gəlirdi. Dağın, daşın, bağların, meşələrin, bulaqların adını eşitmişdi. İndi isə onların hamısını gördü. Bir neçə gündən sonra İmam Sadiq(ə) ondan soruşdu: Əbu Bəsir, istərdinmi əvvəlki halına qayıdasın? Yoxsa belə qalmağını istəyirsən? Əbu Bəsir dedi: Ağa, nə qədər ki, mənim bu gözlərim görmürdü, qəlbimin gözü ilə çox şeyləri görüb həqiqətlərini dərk edirdim. Bu gözlərim açılandan sonra başımı dünyaya yaman qarışdırıb. Ona görə də elə bil içəridən qafil olmuşam.

Odur ki, Allah-təala bu üç mənbəyi insanlara vermişdir ki, onlar aləmi, yaradılışın həqiqətlərini görüb dərk etsinlər.

İkinci mətləb budur ki, insanlardan eləsi vardır ki, bir sıra işləri görürməklə, o iki mənbəin qapılarını öz üzlərinə bağlayırlar. Onlarda yalnız bir mənbə qalır ki, o da zahirdə olanları hiss etmək üçün bədəndə olan hissiyyat qüvvələridir. İnsan zahirdə olan əşyalara bu hissiyyat üzvləri ilə başa düşür. Amma ağlın və qəlbn qapılarını öz üzlərinə bağladığlarına görə bir çox həqiqətlərdən qafil olurlar. Allah-təala belə insanlar barədə Quranda buyurur:

يَعْلَمُونَ ظَاهِرًا مِّنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ

Onlar dünyanın zahirini bilirlər axirətdn isə qafildirlər.1

Bu ayə açıq aydın bəyan edir ki, belə insanlar ağıl və qəlbin qapılarını öz üzlərinə bağlayıb həqiqətdən uzaq düşən insanlardır. Onlar yalnız başqa heyvanlar kimi dünyanın zahirini başa düşürlər. Bu ayədən məlum olur ki, onların yaşayışları heyvanların yaşayışları ilə heç fərqlənmir.

Başqa bir ayədə Allah-təala buyurur:

وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ

Kafir olanlar (Allaha inanmayanlar, ağlın və qəlbin gözünü kor edənlər) (dünyada) səfa sürər, heyvan kimi yeyib içərlər.1

Bu ayə bir daha bəyan edir ki, belə insanlar heyvanlarla fərqlənmirlər. Başqa heyvanlar görüb eşidirlər, bərki yumşağı hiss edirlər, iyləri duyub acı və şirini başa düşdükləri kimi bunlar da hiss edirlər. Bir sözlə desək ağlının və qəlbinin qapılarını öz üzlərinə bağlayan insanlar heyvan kimidirlər. Çünki insanlar əsas üstünlüyü o iki mənbə vasitəsilə tapırlar. Əgər bir insan o iki mənbədən məhrum olarsa onda heyvanlarla fərqi olmayacaq. Belə olduqda da onlar aləmin həqiqətlərindən və batinlərdən qafil olarlar. Bundan əlavə belə insanlara batini həqiqətlərdən, mənəvi fəzilətlərdən, insanın mənəvi həyatından hər nə qədər danışılsa da belə yenə də başa düşməzlər. Düzdür insanlardan bir çoxu mənəviyyat sözünü dildə tez-tez işlədir amma mənəviyyatın özünün nə olduğunu başa düşmürlər. Belə insanlara mənəviyyatın nə olduğunu başa saldıqda, yenə də anlamazlar. Məsələn, elə bil bir insan anadan dünyaya kor gəlib və heç bir insanı görməyib. Əgər gözəl bir insanı ona başa salmaq istəsək, o başa düşməyəcək. Məsələn, həmin şəxsə Yusifin qaşlarının, gözlərinin, dodaqlarının gözəlliyindən ona danışdıb tərif etdikdə o belə şeyləri başa düşməyəcək. Çünki o, nə gözəlliyi nə də ki, çirkinliyi görməmişdir. Əgər həmin şəxsə yaşıllıqları, bağları, təbiətin gözəlliyindən danışılıb tərif olunsa, yenə də o heç bir şey anlamayacaq. Çünki o, nə dağ görüb, nə yaşıllıq, nə də ki, təbiəti görməyib. Ona bir mənzərəni başa salmağa çalışsaq, yenə də o başa düşməyəcək. Çünki onun gözləri olmayıb ki, bunları görsün və başa da düşsün. Buna görə də gözü olmayan insanın həmin mənzərələri və təbiətin gözəlliklərini başa düşmədiyi kimi, eləcə də ağlının və qəlbinin gözlərini kor edən insanlar heç bir mənəviyyatdan xəbərləri olmaz və onun nə olduğunu başa düşməzlər.

Üçüncü mətləb budur ki, əgər insan əllərinə əlcək geyərsə, onun əllər yenə də həmin hissləri keçirə bilərmi? İnsan əlcək geydikdə daha yalın əli ilə keçirdiyi hissi hiss edə bilməz. İnsanın burnunu bağlasalar daha o, iy duya bilməz. Əgər insanın qulaqlarını tutsalar, səs eşidə bilməz. Beləcə də əgər insanın ağlının və qəlbinin qarşısında maneə yaranarsa, onlar da kor olub həqiqətləri görə bilməz. İnsanın dilində, gözündə və qulağında maneə yarandıqda bir şeyi hiss etmədiyi kimi, ağlın və qəlbin qarşısında maneə olarsa, onda insan həqiqəti başa düşməyəcək. Bu aydın bir mətləbdir. Lakin burada qarşıya maraqlı bir sual çıxır. Hansı əməl və hərəkətlər insanın ağlında və qəlbində həqiqətləri görməyinə maneəçilik törədir? Bu barədə bir çox hədislər və Quran ayələri vardır. Lakin bu sualın ümumi cavabı bir cümlədədir. O cümlə budur ki, əgər insan öz qəlbində həvayi-nəfsə yol versə ki, insan hər istədiyini etsin, həmin şəxsin həm ağlının, həm də qəlbinin gözü kor olar. Belə olduqda insanın qəlbinin güzgüsünün üstünü toz alar və həqiqətləri görməz. Çünki həvayi-nəfs elə bir şeydir ki, hər hansı bir insan onu öz qəlbinə daxil etsə, onun qəlbinin gözü kor olar. Fərq etməz ki, həvayi nəfs istər kin-küdurət, istərsə də məhəbbət surətində olsun. Çünki həvayi nəfs insanın qəlbinə bəzən kin-küdurət, bəzən də məhəbbət surətində yol tapır. Hər halda bunların ikisi də insanın ağlının və qəlbinin gözlərini kor edir. Belə olduqda insan artıq həqiqətdi anlaya bilməz. O, inadkarlığa, təəssübkeşliyə düşər və haqqı ona hər nəqədər başa salsalar, qəbul etməz.

Leyli və Məcnunun hekayəsini hamı bilir. Bu hekayəni çox şairlər yazıb qələmə almışlar. Məlumdur ki, Məcnun Leylini sevirdi. Leyli çox da göyçək qız deyildi. Onun dili pəltək, rəngi qara və bədənində bəzi qüsur və çatışmamazlıqlar olduğuna baxmayaraq Məcnun onun dərdindən dəli divanə olmuşdu. Bir gün Leylidən soruşdular:



Qoft Leylira xəlife kan toi,

Kəz to Məcnun şod pərişano ğəvi,

Əz degər xuban to əfzun nisti.

Qoft xamuş, çun to Məcnun nisti.

Niyə görə Məcnun sənin dərdindən dəli divanədir. Sən ki, belə gözəl deyilsən niyə Məcnun səni bu qədər sevir? Leyli dedi: Sən mənə Məcnunun gözü ilə baxsan, məni hamıdan gözəl görərsən.

Eşq və məhəbbət Məcnunun gözlərini kor etdiyi üçün o, Leylidə olan nöqsanların heç birini görmürdü. O, Leylidə yalnız gözəlliyi görürdü. Məcnunun özündən də bunu soruşdular:

Be Məcnun qoft ruzi eybcui

Ke peyda kon veh əz Leyli nikui

Ke gər Leyla be çeşmane to hurist,

Be hər uzvi ze əzayəş qüsurist.

Ze hərfe eybcu Məcnun bər aşuft,

Dər an aşuftegi xəndan şudo qoft,

Əgər bər dideye Məcnun neşini,

Be coz əz xubiye Leyli nəbini.

To mu mibini və mən piçeşe mu.

To əbru, mən işarəthaye əbru

Leyli belə də gözəl qız deyil. Onun bədəninin hər bir üzvündə nöqsan və çatışmamazlığı var. Sən onu niyə bu qədər çox sevirsən? Məcnun onun sözlərindən narahat oldu. Sonra gülümsəyib dedi: Əgər sən Leyliyə mənim gözümlə baxsan, onda gözəllikdən başqa heç bir şey görməzsən.

Eşq məhəbbət insanın həm ağlının həm də qəlbinin gözlərini elə kor edər ki, həqiqəti görüb dərk edə bilməz. Allah-təala Quranda bu məsələyə işarə edir.

Allah-təala Yusifi(ə) çox gözəl yaratmışdı. Züleyxanın gözü ona düşdü. Onun bu hərəkəti şəhərdə qadınlar arasında söz-söhbətə səbəb oldu. Onlar Züleyxanın haqq yoldan azdığını və pozğunlara qoşulduğunu iddia edirdilər. Yusif surəsinin 30, 31-ci ayələrində Yusiflə Züleyxanın məsələsini belə bəyan edir:

وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَةُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَن نَّفْسِهِ قَدْ شَغَفَهَا حُبًّا إِنَّا لَنَرَاهَا فِي ضَلاَلٍ مُّبِينٍ

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِّنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلّهِ مَا هَـذَا بَشَرًا إِنْ هَـذَا إِلاَّ مَلَكٌ كَرِيمٌ

Şəhərdə qadınlar dedilər: Vəzirin övrti cavan qulunu tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onun bağrılarını qan edib (gözlərini kor edib). Biz onun açıq-aşkar (doğru yoldan) çıxdığını görürük.

(Züleyxa) qadınların gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. O, hər qadına (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra Yusifə: “Qadınların qabağına çıx!” deyə əmr etdi. Qadınlar Yusifi gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib) əllərindəki meyvəni soymaq əvəzinə) əlləriini kəsdilər. Onlar dedilər: “Aman Allah! Bu, bəşər deyildir! Bu ancaq Allah yanında əziz olan bir mələkdir!”

Züleyxa qadınlara sübut etdi ki, Yusifin bu gözəlliyi məndədə o təsiri qoyar, sizdə də. Onun gözəlliyi sizin də ağıl və qəlbinizin gözlərini mənim kimi elə kor edər ki, əllərinizi də kəsərsiniz heç xəbəriniz də olmaz.

Odur ki, məhəbbət insanın qəlbini elə kor edər ki, insan həqiqətdən qafil olar.

Ərəbcə............................................................................

Həzrət Peyğəmbər(s) buyurur: “İnsan bir şeyə çox məhəbbət bağlasa, həmin məhəbbət onun gözlərini kor, qulaqlarını kar edər.”

Ərəbcə.............................................................................

Həzrət Əli(ə) buyurur: “İnsan bir şeyə çox aşiq olsa, məşuqunun məhəbbəti onun qəlbinin gözlərini kor və qulaqlarını kar edər. Belə olduqda həmin şəxs həqiqəti görə bilməz.”

Dördüncü mətləb budur ki, insan nəyin vasitəsi ilə bu təhlükədən nicat tapa bilər? Yəni əgər bir insan belə bir çətinliyə düşsə, onu bu çətinlikdən hansı vasitələr qutara bilər?

Quranın buyurduğuna əsasən insan iki şeyin vasitəsi ilə bu böhran və çətinlikdən çıxa bilər. Onlardan biri möizə, nəsihət, biri isə bəladır. Əgər insana moizə və nəsihət etsələr o, bu çətinlikdən nicat tapar. Lakin həvayi-nəfs güclü olarsa, moizə ona təsir etməz. İnsanda həvayi-nəfs zəif olarsa moizə onun qəlbində öz təsirini göstərər. Hədislərdə vardır ki, moizə və nəsihət insanın qəlbini təmizləyər.

İnsanı hidayət edən və qəlbini ayıldıb nicat verən ikinci amil bəladan ibarətdir. Əgər bir insana moizə təsir etmirsə, Allah-təala həmin şəxsə hərdən bir bəla göndərər ki, ayılsın. Çünki bəlanın təsiri moizədən güclüdür. Allah-təala Quranda belə buyurur:

وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ

“Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından göndərəcəyik. Bəlkə tövbə edib düz yola qayıdalar.”1

Bu ayədən məlum olur ki, bəla insanı ayıldıb hidayət edər. Amma bəlanın bir şərti vardır. Bəla o insanı ayıldıb hidayət edər ki, həmin şəxs ayıq olsun. Yəni insanın qəlbi diri olsun, yuxuda olarsa bəla həmin şəxsi ayıldıb hidayət edər. Lakin insanın qəlbi ölü olarsa, onu nə moizə, nə də bəla təsir etməz. Yuxuya getmiş insanı çağırdıqda oyanır. Amma ölünü hər nə qədər çağırsalar da belə yenə də ayılmaz.

Hədislərdə vardır ki, Allah Öz bəndələrini hidayət etmək üçün ona bir bəla nazil edər ki, başa düşüb tez tövbə etsin.

Əgər insan bəlanın ona hansı əməlinə görə nazil olduğunu başa düşsə, bu həmin şəxsi hidayət edər. Amma başa düşməsə, həvayi nəfsi çox güclü olsa, moizə də ona təsir etməz, bəla gəlsə də onu ayıltmaz.

Beşinci və axırıncı mətləb budur ki, həvayi nəfsi həddən artıq güclü olan insanı moizə və bəla hidayət edib oyada bilməz. Amma ölüm belə insanları ayıldır. Belə insanlar da iki növdür. Onlardan bəziləri ölümü gördükdə, bəziləri isə öləndən sonra ayılıb başa düşür. Belə ayılımağın da onlara heç bir faydası olmayacaq. Tarixdə belə insanların nümunələrinə çox rast gəlmək olar. Ölümü gözləri ilə görüb ayılan insanlardan biri Firon idi. Firon o qədər təkəbbürlü idi ki, axırda özünü Allah hesab edirdi. Onun həvayi nəfsi çox güclü və qəlbinin gözlərini kor etdiyi üçün moizə və bəla onu ayıltmadı. Quran buyurur ki, Musa peyğəmbər onu nə qədər moizə etdi, onunla elmi söhbətlər apardı lakin xeyri olmadı. Həzrət Musa(ə) ona doqquz möcüzə göstərdi. Yenə də ona təsir etmədi. Allah-təala ona iqtisadi və ictimai bəlalar nazil etdi ki, bəlkə ayılıb hidayət olsun. Firon bunların heç birindən ayılmadı ki ayılmadı. Lakin ölümlə üz-üzə gəldikdə o Allaha iman gətirdi. Allah-təala Quranda onun barəsində belə buyurur:

إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنتُ أَنَّهُ لا إِلِـهَ إِلاَّ الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَاْ مِنَ الْمُسْلِمِينَ

(Firon) boğulub batacağını gördükdə belə dedi: “İsaril övladlarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam.”1

Firon bu sözləri ölümlə üz-üzə gəldikdə dedi. Bu qədər moizələr, möcüzələr və bəlalar onu ayılda bilmədi. Amma ölümü gözləri ilə gördükdə axır saatlarında iman gətirdi. Onun bu iman gətirməyinin də ona heç bir faydası olmadı. Allah-təala onu dəryada qərq edib, ölüsünü camaata ibrət olsun deyə sahilə atdı.

Firon elə bir insan idi ki, ölümü görəndə ayılıb Allaha iman gətirdi. Lakin tarixdə elə insanlar da vardır ki, Firondan da pisdilər. Onlar ölümü gözləri ilə görəndə də ayılmadılar. Amma öləndən sonra onların gözləri ixtiyarsız olaraq açılacaq.

Hədislərdə vardır ki, insanlar yuxudadırlar. Öləndən sonra ayılacaqlar.

Quran bu növ insanların barəsində belə buyurur:

لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

(Qiyamət günü ona belə deyəcəklər): “Sən (dünyada) bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”

Belə insanlar dünyada qəflətdə idilər. Peyğəmbərlər və imamlar onları çox moizə və nəsihət etdilər. Allah-təala bəlalar göndərdi lakin heç biri onlara təsir etmədi. Öləndən sonra Allah onların gözlərini açacaq.

Beləliklə ölümü görüb başa düşənlərin nümunəsi Firondur. Firondan da pis ölümü görərkən ayılmayan insanlardır ki, onların nümunəsini bir hədislə nəzərnizə çatdırıram.

İbn Abbas deyir: Bədr döyüşü sona yetdi. Həzrət Peyğəmbər(s) gəlib döyüş meydanına baxdı və bir-bir düşmənlərin cənazələrinin yanından keçərkən bir yerdə dayanıb onlara baxdı və belə buyurdu: “Allah sizə pis cəza versin. Siz mənə böhtan atıb deyirdiniz ki, Məhəmməd yalançıdır. Halbuki mən ömrümdə bir kəlmə də olsun yalan danışmamışam. Allah sizə pis cəza versin. Siz mənə böhtan atıb deyirdiniz Məhəmməd xain və xəyanətkardır. Halbuki, mən ömrü boyu zərrə qədər xəyanət etməmişəm.

Sonra Həzrət gəlib Əbu Cəhlin cənazəsinin başı üzərində dayandı və ona bir kəlmə söz buyurdu: Bu insan Firondan da pisdir. Firon ölümlə üz-üzə gəldikdə Allaha iman gətirdi. Amma bu öləndə də ayılmadı və iman gətirmədi.

Beləliklə ölümü görəndə də belə ayılmayan insanların nümunəsi Əbu Cəhl və Əbu süfyan kimi insanlardır ki, dünyada onları heç bir şey hidayət edə bilmədi. Çünki onların həvayi nəfsləri ağıl və qəlblərinin gözlərini tamamilə kor etmişdir. Buna görə də onlar həmişə Peyğəmbərin və İslamın qarşısında dayanmış və həmişə İslamın əleyhinə planlar qurmuşlar. Onları nə moizə, nə bəla nə də ki, ölüm ayılda bilmədi.

Həzrət Peyğəmbər(s) onların cənazələrinin kənarında dayanıb buyurdu: Bunlar Firondan da pisdilər.

NƏTİCƏ

Bu iki müqəddiəmənin nəticəsində qeyd edirəm ki, Həzrət Peyğəmbər(s) dünyasını dəyişəndən sonra Həzrət Əlini(ə) xanənişin etdilər. İyirmi beş ildən sonra o Həzrəti məscidə aparıb dördüncü xəlifə təyin etdilər. İmam Əli(ə) dünyasını dəyişəndən sonra İmam Həsən(ə) mənbərə çıxıb özünü təqdim edərək buyurdu: “Camaat! Allah mənə əmr edib ki, sizlər üçün höccət və imam olum. Siz məni qəbul edirsinizmi?”

Müaviyə bu xəbəri eşitdikdə İmam Həsənə(ə) belə bir xəbər göndərdi. Ey Həsən, ya çıx get işinlə məşğul ol, yada qoşununu gətir müharibə edək.

İş o yerə çatdı ki, axırda İmam Həsənlə(ə) Müaviyə sülhnamə imzalamalı oldu. O sülhnamənin maddələrindən biri belə idi ki, Müaviyə özündən sonra heç kəsi həta oğlu Yezidi belə öz yerinə qoymayacaq. Müaviyə bu sülhnaməyə qol çəkib imzaladı.

Müaviyənin ömrünün axırlarında oğlu Yezidə belə bir vəsiyyətnamə yazmışdı. Üç nəfəri sənə tapşırıram. Onlardan biri Abdullah ibn Zübeyr, biri Abdullah ibn Ömər, biri də Hüseyn ibn Əlidir. Abdullah ibn Zübeyrə dəymə. O qoca kişidir və sənin hökümətinlə işi olmayacaq. Abdullah ibn Öməri harada gördün onu mütləq öldür. Amma Hüseyn ibn Əlidən qorxuram. Onunla işin olmasın.

Müaviyə bilirdi ki, İmam Hüseyn(ə) hansı işləri görə bilər. O bilirdi ki, Yezid onunla bacarmayacaq. Ona görə də Yezidə vəsiyyət etdi ki, İmam Hüseynlə(ə) işi olmasın.

Müaviyə öləndən sonra Yezid Mədinənin valisinə xəbər göndərdi ki, Hüseyndən ya beyət almalısan, ya da onun başını mənə göndərməlisən.

İmam Hüseyn(ə) gördü ki, Peyğəmbərin vəfatından hələ əlli il keçməyib. Peyğəmbəri görənlərin bəzisi hələ də yaşayır. Nəslin hamısı dəyişməyib. Belə olan halda indi Yezid Peyğəmbərin(s) yerində əyləşib İslamda xəlifəlik etmək istəyir. O Yezid ki, Peyğəmbər onların barəsində buyurmuşdur: “İslamda xilafət Əbu Süfyanın nəslinə haramdır.” Peyğəmbərdən(s) sonra əlli il keçməmiş Yezid onun yerində oturmaq istəyir. Amma İmam Hüseyn(ə) buna razı olmadı və Yezidin qarşısında dayandı. O heç vaxt razı olmazdı ki, Yezid kimi alçaq, şərəfsiz, itbaz, pozğun bir insan Peyğəmbərin(s) yerində əyləşib İslama xəlifə olsun.

Mərvan ibn Həkəm Yəhudi bir kişinin oğlu idi. Onun atası Peyğəmbəri(s) o qədər incitdi ki, axırda Peyğəmbər(s) onu şəhərdən uzaqlaşdırdı. Peyğəmbərin(s) vəfatından bir neçə il sonra Mərvan gəlib bəzilərinə kürəkən oldu. Kürəkən olandan sonra vəzifəyə çatdı. Vəzifə başına gələndən sonra atasının intiqamını Peyğəmbərin(s) əhli-beytindən və nəslindən almağa başladı.

Bir gün o, küçələrin birində İmam Hüseynlə(ə) rastlaşdı. O, İmama dedi: Mənim sənə bir təklifim var. Yaxşı olar ki, sən Yezidə beyət edəsən. Əgər sən ona beyət etsən, həm sənin dünyanın, həm də dininin xeyrinə olar.

İmam Hüseyn(ə) ona baxıb bu ayəni oxudu:

اِنّا لله وَ اِنّا اِلَيْهِ رَاجِعُون

Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq.

Həzrət bu ayəni oxuduqdan sonra buyurdu: Sən danışdığın sözlərin mənasını bilirsənmi? Bu o deməkdir ki, ümmət Yezidə giriftar olub. Yezidə beyət etmək İslamla sağollaşmaq və ayrılmaq deməkdir.

Sonra Həzrət buyurdu: “Cəddim Peyğəmbərdən eşitdim ki, İslamda xilafət Əbu Süfyanın övladlarına haramdır.”

Müaviyə həmin əbu-Süfyanın oğlu idi. O İslamın və Peyğəmbərin(s) əleyhinə çox planlar qurmuşdu. Müaviyə həmin Hindənin oğlu idi ki, ühüd müharibəsində Həmzə seyyidüş-şühədanın cənazəsini parçaladı və qara ciyərini çıxardaraq dişləyib yerə atdı. Onun qəlbində Həmzəyə qarşı bu qədər kin-küdurəti var idi.

Peyğəmbərdən(s) təxminən əlli il sonra həmin Müaviyənin oğlu İslam taxtının üstünə çıxıb xəlifə olmaq istəyir. Amma İmam Hüseyn(ə) onun qarşısında dayanıdı və razı olmadı ki, İslamın taleyi şərəfsiz bir insanın əlində məhv olub aradan getsin. İmam Hüseyn(ə) iman idi ki, küfrün qarşısında dayandı.

Mərhum ayətullah Şirazi Nəcəf şəhərinin böyük alimlərindən biri idi. Onun avropada alimlərin biri ilə belə bir söhbəti olmuşdu. Avropalı alim ona dedi ki, sizin əlinizdə çox böyük və qiymətli xəzinə var. Amma çox təəssüflər olsun ki, siz ondan istifadə etməyi bacarmırsınız. Əgər hər millətin Hüseyni olsaydı, indi həmin millət bütün dünyada hakim olardı. Biz həmişə camaatı bir yerə yığıb öz sözümüzü orada demək üçün çox çətinlik çəkirik. Məsələn, on min nəfər insanı bir yerə yığmaq üçün günlərlə təbliğ edib milyonlarla pul xərclədikdən sonra iki-üç min insanı güclə bir yerə yığıb sözümüzü onlara deyirik. Amma sizdə isə hara qara bir ələm vurulsa, o saat camaat onun altına yığışır. Bu sizin əlinizdə böyük bir xəzinədir. Amma çox heyflər olsun ki, siz müsəlmanlar bundan istifadə etməyi bacarmırsınız.

Müaviyənin tərəfdarlarından biri öz zamanına görə bir alim idi. O yazır ki, əgər biz öz şəhərlərimizdə yolların kənarında müaviyənin heykəlini qızıldan da qoydursaq, yenə də onun haqqını ödəyə bilmərik. Çünki, əgər Müaviyə olmasaydı indi yer üzündə müsəlmanlar bütün dünyaya hakim olardı. Bunun qarşısını müaviyə aldı.

Həm Müaviyə, həm atası əbu Süfyan, həm də oğlu Yezid qoymadılar ki, İslam inkişaf etsin. Onlar İslamın qarşısını kəsdilər. Əgər İmam Hüseyn(ə) Yezidin qarşısında dayanmasaydı, indi İslamdan əsər əlamət qalmayacaqdı.

Kərbəla hadisəsindən sonra İmam Səccad(ə) yeganə kişi səksən dörd nəfər qadınla mədinə şəhərinə qayıtdı. Kişilərdən yalnız İmam Səccad(ə) qalmışdı. Allah onu imamət yolunun davamçısı olaraq saxladı. Əsl kişilərdən yalnız o Həzrət diri qalmışdı. Başqa şəhərlərdə olanlar isə kişi surətində olan qadınlar idilər ki, onların heç biri İslamın xətərə düşdüyü bir vəziyyətdə dinə yardım etmədilər. Onlar qorxularında, dünyaya bağlı insanlar olduğu üçün din onları heç də maraqlandırmırdı.

İmam Səccad(ə) şəhərə daxil olanda bir nəfər o Həzrətə tənə vuraraq belə dedi: Ağa, gördünüzmü Kərbəlaya getdiz, başınıza nə iş gəldi? İmam buyurdu: Bəli, mən gördüm ki, nə oldu! Amma sənin xəbərin yoxdu ki, əgər getməsəydik nə olacaqdı? Mənim getməyimdən xəbərim var, amma sənin xəbərin yoxdu ki, əgər biz getməsəydik, İslamdan əsər-əlamət qalmayacaqdı.

Odur ki, İmam Hüseyn(ə) o şərəfsizlərin qarşısında dayandı və onların qurduğu planlarını qanı ilə pozub dağıtdı. Onların zərrə qədər də olsun insafları, şərəfləri və mürüvvətləri yox idi.

Bu biinsafu bimiqdarilər zahirdə insandi,

Namazu ruzə əhli peyrovi İslamu Qurandi,

Vəli batində bədbavərdi, hiylətgərdi, şeytandi

Bunlar tarixə ləkkə, ruzigarə nəngu xizlandi,

Bunlar pozmuş nizame fəzlu, ədlu, elmu imani,

Bunlar mənaye lənətdi!

Bunlar dəryaye qəflətdi!

Bunlar came cəhalətdi!

Bunlar ruhe şəqavətdi!

Bunlar dəste cinayətdi!

Bunlar məste riyasətdi!

Bunlar ziddi vilayətdi!

Bunlar ğərqe cinayətdi.

Bunlar mövla hüzurunda ucaldıb ərşə ğövğani!

Əgər İman Hüseyn(ə) bunların qarşısını almasaydı yer üzünü, qəflət, şəqavət, cinayət bürüyərdi. Bunların qarşısında elə bir şəxsiyyət dayandı ki:



Bunun əbruləri beytül-hərame cane cövhərdi,

Bunun hülqumunu öpsən əlli min həccə bərabərdi,

Buna hər bir nəfəsdə can deyən yüz min peyəmbərdi,

Bunu güldəstələrdə səsləyən Allahu Əkbərdi,

Bunu məscid tanır, tərif edər mənbər bu mövlani.

Bunun xaki qüdumindən təyəmmüm etsə kim,

Şahe səfaye səcdəsi məxmur1 edər səhərgahi.

Riyaze ədnidə hər səbzədən etsən nəzərxahi,1

Deyər gül də Hüseyndür, ədnidə, govsər də vallahi!

Hüseyndir ayəte-rəhmət, Hüseyndir qayəte-rəhmət,

Hüseyndir qibleye-qeyrət, Hüseyndir məniye-heyrət

Hüseyndir ruhe-hürriyyət, Hüseyndir fəxre-heysiyyət,

Hüseynsiz neynirəm fəzli, Hüseynsiz fəzlə min lənət.

Hüseynsiz bir görər aşiq, tikanlıqla gülüstani

İmam Hüseyn(ə) o bişərəflərin qarşısında izzətlə dayandı. Bəziləri elə başa düşməsinlər ki, İmam Hüseyn(ə) orada aciz qalmışdı. O Həzrət izzətlə, şərəflə, qeyrətlə onların qaşısında dayandı və öz qanı ilə onların məhv etdi. O Həzrət izzətlə yaşadı, izzətlə də şəhid oldu. Əgər İmam Hüseynin(ə) izzətini altı milyard insanların arasında bölsələr, onların hamısını əziz edər, artıq da qalar.



KƏRBƏLA MƏSƏLƏSİ İKİ ƏRƏBİN

MÜHARİBƏSİ DEYİL

Kərbəla, aşura və İmam Hüsneynin(ə) bu hərəkatı barədə bəzi insanlar belə deyirlər: “Bu iki ərəbin müharibəsidir. Bu məsələnin bizə nə dəxli var?” belə insanlar səhv düşüncəli insanlardır. Qısaca desək onlar Kərbəlanın mahiyyətini başa düşmürlər. Onların savadları, elmləri, İslami sahədə anlayışları və təmiz, pak qəlbləri olmadığı üçün belə sözlər danışırlar. Kərbəla hadisəsi iki ərəbin müharibəsi yox, imanla küfrün qarşı-qarşıya dayandığı bir məsələdir. Bu məsələnin bütün İslam əhlinə dəxli və adiyyatı var. Çünki kərbəlada İslamın varlığı ilə yoxluğu məsələsi həll olunur. Bir müsəlman necə deyə bilər ki, bunun mənə dəxli yoxdur. Məsələn, elə bil bir tacirin şirkətinə girib bütün malını və varını əlindən alıb aparırlar. Tacirə də deyirlər ki bu məsələnin sənə dəxli yoxdur. Əgər bir tacirin ticarətinin ona dəxli yoxdursa, onda bəs nəyin ona dəxli var? Əgər tacirin ticarətinin ona dəxli olmasa, bəs həmin şəxsə nə üçün tacir deyilir? Nəyə görə onun adını dəyişmrlər? Əgər bir sürücünün maşınını əlindən alıb, ona: “bunun sənə dəxli yoxdur” desələr, onda bəs bunun kimə dəxli olar? Əgər onun maşını yoxdursa, ona sürücü deməzlər. Çünki sürücü adı ona maşın etibarı ilə verilir.

İndi əgər İslamı aradan ararıb müsəlmana: “bunun sənə dəxli yoxdur” desələr, necə olar? Belə söz danışan insan öz danışdığı sözün mənasını bilirmi? Kərbəla məsələsinin hər bir müsəlmana dəxli və adiyyatı var. “Bu məsələnin mənə dəxli yoxdur” deyən şəxslərin sözlərindən belə çıxır ki, İslamın ona dəxli yoxdur.

Burada İmam Hüseynin(ə) iki xütbəsini əziz möminlərin nəzərinə çatdırıram. Ötən bəhslərdə qeyd olundu ki, İmam Həsən(ə) Müaviyə ilə sülhnamə imzalamışdı. Həmin sülhnamınin maddələrindən biri bu idi ki, Müaviyənin özündən sonra yerinə heç kəsi hətta oğlu Yezidi belə təyin etməyə ixtiyarı yoxdur.

Müaviyə ömrünün axırlarında İmam Həsənlə imzaladığı sülhnaməni pozmaq fikrinə düşdü. O mənbərə çıxıb həmin sülhnaməni ayaqlarının altına qoydu və camaata belə dedi: Camaat bilin! Həsən ibn Əli ilə imzaladığım sülhnamə ayağımın altındadır. Bir zaman bu sülhnaməni yazıb imzalamışdım elə məsləhət bilirdim. Bu gün də onu ayağımın altına qoyuram və belə məsləhət bilirəm.”

Yəni Müaviyə bu sözləri deməklə bildirirdi ki, hesab-kitab, söz, vədə, peyman, şərəf, hürriyyət və insaniyyət bunların hamısı mənim ayağımın altındadır. Müaviyə bu sözləri açıq şəkildə camaata deyirdi.

Bir gün o, İmam Hüseyni(ə) məclisə dəvət etdi. Müaviyə orada da açıq şəkildə İmam Hüseynə(ə) dedi ki, qardaşınla imzaladığım sülhnaməyə etina və əməl olunmayacaq. Sən də mənim oğlum Yezidə beyət etməlisən. Müaviyə orada bir xütbə oxudu və öz fikrini bildirdikdən sonra oğlu Yezidi tərifləməyə başladı. Məclisdə bir çox adam o cümlədən Yezidin özü də orada əyləşmişdi. Onlar elə bildilər ki, İmam Hüseyn(ə) müaviyənin bu sözlərindən bəlkə sakit qalıb bir söz deməyə. Elə oradaca bu məsələni həll edib ondan söz alsınlar və Müaviyədən sonra Yezidi xilafətə təyin etsinlər. Müaviyə Yezidi tərifləyib sözünü qutardıqdan sonra İmam Hüseyən(ə) ayağa qalxıb özünə və imamətə layiq bir xütbə oxudu: Həzrət bismillahda və salam salavatdan sonra bir neçə cümlə buyurdu. Sonra üzünü Müaviyəyə tərəf tutaraq belə xitab etdi:

Ərəbcəsi mütləq yazılmalıdır.................

.................................................................

Müaviyə! Yezidin barəsində dediyin sözləri başa düşdüm. Onun qabiliyyətindən və siyasətindən danışdın. Bunların hamısı mənə aydın oldu. Müaviyə! Elə bil ki, Yezidin barəsində camaata başqa cür danışırsan. Elə bil bizim tanımadığımız adamın barəsində söhbət edirsən. Elə bil özü burada olmayan adamın barəsində danışırsan. Elə bil xüsusi məlumatı olan insanlar kimi danışırsan. Halbu ki, Yezid indiyə qədər özünü camaata çox yaxşı tanıtdırıb. Hamı onun siyasi fikrini bilir. Onun ictimai pozğunluqlarını və çirkinliklərini hamı gözəl bilir. Yezid öz əməlləri ilə özünü camaata çox gözəl tanıtdırıb. Ehtiyac yoxdur ki, sən yalandan onu camaata tərifləyəsən. Müaviyə sən əgər düzgün adamsansa Yezidi olduğu kimi camaata tanıtdır. Müaviyə! Yaxşı olar ki, sən bir az Yezidin itbazlığından və quşbazlığından danışasan. Müaviyə! Bir az da Yezidin əyyaşlığından, gecə-gündüz pozğun qadınlarla əylənib çal oynamağa məşğul olmasından danış! Əgər beynində başqa fikirlər varsa, onları burax getsin. Müaviyə ömrü boyu qazandığın günahlar sənə azlıq edirmi, indi də özündən sonrakıların günahını boynuna götürüb Allah məhzərinə həmin günahlarla getmək istəyirsən? Müaviyə! Səninlə ölüm arasında bir göz qırpımı qədər vaxt qalıb. Bu nə sözlərdir ki danışırsan? Müaviyə! Bir az da axirətdə dərdinə dəyən sözlərdən danış! O sözlərdən danış ki, camaata xeyri olsun! Özün məgər az zülm etmisən ki, indi də oğlun Yezidi özündən sonraya hazırlaşdırmısan? Elə bilirsən Əmr ibn Ası yanında əyləşdirməklə bir iş görəcəksən? Bir halda ki, onun nə səhabə olduğuna etibar var, nə dininə etibar var, nə də ki, onun bir insanla qohum əqrəba və ya dost olduğunun etibarı var. Bütün bu işləri onun vasitəsi ilə görmək istəyirsən? Müaviyə! Günahkar, dünyaya aldanmış dəli oğlunu bizə hakim etmək istəyirsən? Sən bu işlərlə insanları şək-şübhəyə salırsan. İstəyirsən ki, ləzzəti səndən sonrakılar aparsın və qiyamətdə əzab əziyyət sənə qalsın?1

Həzrətin bu sözlərindən Müaviyə elə bir vəziyyətə qaldı ki, on dəfə ölsəydi ondan yaxşı olardı.

Müaviyə öləndən sonra Yezid Mədinəni valisi Vəlid ibn Ütbəyə namə göndərdi. Namədə belə yazılmışdı: Hüseyn ibn Əlidən iki şeydən birini mütləq mənə göndərməlisən. Ya ondan beyət al, ya da ki, onun başını mənə göndər. Vəlid naməni oxuduqdan sonra İmam Hüseyni(ə) dəvət etdi. O Həzrət Bəni Haşimin bir qrup şərəfli cavanları ilə ora getdi. İmam Hüseyn(ə) onlara buyurdu. Mən içəri daxil olandan sonra orada səsin ucaldığını görsəniz siz də daxil olarsınız. Yox əgər səs küy ucalmasa elə burada qalarsınız. Həzrət içəri daxil olduqda gördü ki, Mərvan ibn Həkəm də oradadır. Onlar Həzrətə yer göstərdilər. Həzrət keçib əyləşdikdən sonra Vəlid ona bildirdi ki, Yezid məktub göndərib ki, sən ona beyət edəsən. İmam Hüseyn(ə) buyrudu: Yəqin ki, məndən beyəti camaata bildirmək üçün alırsınız? Vəlid dedi: Bəli. Həzrət buyurdu: Burada məndən beyət almağın xeyri yoxdur. Yaxşı olar ki, sən bir məclis təşkil edəsən və camaatı ora yığasan. Mən də gəlim orada beyət edim. Vəlid Həzrətlə razılaşdı. Amma Mərvan vəlidin qulağına dedi ki, biz Hüseyni yaxşı tanıyırıq. O, beyət etməyəck.1 Yaxşısı budur ki, məsələni elə buradaca həll edəsən. Ya onu tutub zindana sal, ya da ki başını bədənindən ayırıb Yezidə göndər. Vəlid Mərvanın bu sözlərindən sonra sözünü dəyişdi və Həzrətə dedi: Sən gərək Yezidə beyət edəsən.

Həzrət orada üzünü Vəlid ibn Ütbəyə tutub Müaviyənin və Yezidin gözlərinin içinə deydiyi həmin sözləri buyurdu:



Ərəcə.........................................................................................

Ey Əmir! Biz əhli-beyt Peyğəmbərin(s) varisiyik. Allah dini bizimlə başlayıb və bizimlə də qutaracaq. Həzrət orada özünü bir daha tanıtdırdıqdan sonra belə buyurdu:

Yezidə gəldikdə isə o, fasiq, içki içən, adam oldürən və açıq aşkarda fəsad törədən bir insandır. Mənim kimi insanlar heç vaxt onun kimi insana beyət etməz!1

Buna görə də hamı bilməlidir ki, Kərbəla məsələsi iki ərəbin savaşı yox, haqq ilə batilin müharibəsidir. Yezid kimi alçaq bir insan İslama son qoymaq istəyirdi. Belə bir insan İslamda xəlifə olub, Peyğəmbərin yerində əyləşmək istəyirdi. Bir halda ki, Peyğəmbər dodaqlarından öpdüyü Hüseyn hələ sağdır. Nəslin hamısı dəyişilməmişdi. Peyğəmbəri görənlərin bəziləri hələ da sağ olduğu bir halda Yezid İslama xəlifə olmaq istəyirdi. İmam Hüseyn(ə) ömrünün sonuna qədər onunla mübarizə etdi. O Həzrət heç vaxt razı olmadı ki, Yezid kimi alçaq, fasiq, günahkar bir insan İslamda xəlifə olub Peyğəmbərin yerində əyləşsin. Həmin müharibə də məhz bu məsələnin üstündə idi.

Odur ki, dünyada hər nə qədər müsəlman varsa bu məsələnin onların hamısına dəxli və adiyyatı var. Hər kəs desə ki bu məsələnin mənə dəxli yoxdur, deməli İslamın ona dəxli yoxdur. İslamın da ona dəxli yoxdursa, bu məsələ qalar müsəlmanların özlərinə və onlar özləri bilərlər. Daha həmin şəxsə ehtiyac yoxdur ki, müsəlmanların barəsində fikir söyləsin və onların işlərinə qarışsın.

İmam Hüseyn(ə) öz ailəsini götürüb Mədinədən çıxdı. O Həzrətin körpə balası Əli Əsğər on yeddi gün idi ki, anadan olmuşdu.



Etdim sual bu sözü Loqmani Əqlidən,

On yeddi gündə cəngə məgər südəmər gedər?

Verdi cəvab görsə ki, Quran xətərdədi,

Ari, Rübabın oğlu da döşdən küsər gedər.

Kərbəlaya gedərkən Həzrət şəhərlərdə yol boyu insanlara moizə edib onları haqqa dəvət edirdi. Kərbəlaya çatandan sonra İmam orada bir xütbə oxudu. O xütbənin bir neçə cümləsini əziz möminlərin nəzərinə çatdırıram.

Həzrət camaata üzünü tutub belə buyurdu:

Ərəbcə....................................................



Görmürsünüzmü haqqa əməl olunmur?! Görmürsünüzmü batildən çəkinən yoxdur?! Belə bir zamanda çox yaxşı olar ki, möminlər Allahı ziyarət etsinlər. (Şəhid olsunlar). Mən ölümü səadətdən başqa bir şey görmürəm. Zalımlarla yaşamağı isə özümə zillət hesab edirəm.

Sonra Həzrət belə buyurdu: Camaat dünya quludur. Din onların dillərinin lağlağasına çevrilmişdir. İslamı müdafiə edərlər o vaxta qədər ki, onların yaşayışlarına ziyan gəlməsin. Amma bəla ilə üz-üzə gəldikdə, yaşayışları xətərə düşdükdə dindarlar çox az tapılarlar.1

İslamı dildə qəbul edən çox tapılar. Amma onların qarşısına bu yolda çətinlik çıxdıqda geri çəkilib dindən üz çevirərlər. İmam Hüseyn(ə) camaata çox moizə etdi. Lakin onlar İslamın belə bir çətin vəziyyətində öz həyat və yaşayışlarının çətinliyindən qorxub Allah dininə kömək etmədilər. Aşura günü kərbəlada İmam Hüseynin(ə) ətrafında cəmi yetmiş iki nəfər kişi qalmışdı. O qədər camaatdan cəmi bu qədər insan qaldı. Aşura günü İmam Hüseynin(ə) imaməti ilə sübh namazı qılındıqdan sonra həzrət üzünü qalanlara tutub buyurdu:

Ey kəramətli və şərəfli insanlar. Ölüm bir körpüdür. Ölüm çətinlikdən asanlığa və cənnətə sarı olan bir addımdır. Kim istəməz ki onu zindandan çıxarıb saraylara aparsınlar? Mən özüm cəddim Rəsuləllahdan(s) eşitdim ki, dünya möminin zindanı, kafirin isə cənnətidir.”1

Aşura günü günorta namazından sonra da Həzrət yenə moizə və nəsihət etdi. Onun bu sözlərini hamı eşidirdi. Həzrət buyurdu: Mənim vəzifəmdir ki sizə moizə edim. Sizə bildirməliyəm ki kiminlə müharibə edirsiniz. Sabah Allah məhzərində deməyəsiniz ki, biz bunu tanımırdıq. Bizə demişdilər ki, bu xaricidir. Xeyr. Camaat bilin ki, mən Əlinin(ə) oğluyam, mən Zəhra(s.ə) balasıyam. Mən Allahın höccətiyəm. Mən Hüseynəm! Məni Peyğəmbərin qucağında dəfələrlə görmüsünüz. Peyğəmbərdən eşitməmisiniz ki, Hüseyn Cənnətin ağasıdır?

İmam Hüseyn(ə) sonuncu dəfə onlara bu moizələri edib onları başa saldı. O həzrətin sözləri düşmən ordusunda kimsəyə təsir etdi, kimsəyə də təsir etmədi. Təsir altına düşənlərdən biri Hürr oldu. O, İmam Hüseynin(ə) yanına gəlib dedi: Ağa mən bilmirdim ki, iş bu yerə gəlib çıxacaq. Əgər mən tövbə etsəm Allah məni bağışlayarmı? Həzrət buyurdu: Bəli, Allah tövbəni qəbul edib səni bağışlayar. Hürr tövbə edib Həzrətin icazəsi ilə döyüş meydanına girdi. Hürrü vurub atdan yerə saldılar. Onu yarımcan halda xeymələrə tərəf gətirdilər. İmam Hüseyn(ə) gəlib onun başı üzərində dayandı və bu sözü buyurdu: “Bu şəhidlər Peyğəmbərlərin şəhidləri kimidir.”

Həzrət Hürrün başı üzərində deydiyi bu sözləri oğlu Əli Əkbərin və başqa şəhidlərin də başı üzərində deyirdi. Bu sözlə aşura günü o həzrətin dilinin əzbəri idi.

Hürr bir an fikirləşməklə haqqı tapdı və İmam Hüseynə(ə) qoşuldu. Sonda da Allah yolunda şəhid oldu.

Həzrətin sözləri Əmr Seydavi adlı bir şəxsə də təsir etmişdi. O da həmçinin İmamın hüzuruna gəlib dedi: Ağa, sənə qurban olum, mən bu vaxta qədər başa düşməmişdim. Amma indi bildim ki, sən və səninlə olanlar haqq yoldasınız. Mən sizin tək qalmağınızı istəmirəm. Həzrət ona baxıb buyurdu: elə isə buyur. Daxil ol döyüş meydanına. Bir neçə saatdan sonra biz də sənə qoşulacağıq.

Əbu Şəsa ləqəbi ilə tanınmış Yezid ibn Ziyad Şəsa adlı bir şəxs də Həzrətin hüzuruna gəlib öz peyşamçılığını bildirdi və tövbə etdi. Həzrətin icazəsi ilə döyüş meydanına girib şəhid oldu.

Həzrətin moizələri bu kimi insanlarda öz təsirini göstərmişdi. Lakin bir çoxu da var idi ki, onlara moizə və nəsihət təsir etmədi. Onlardan da bir neçəsini nümunə üçün qeyd edirəm. Onlardan biri Ömər Səd idi. İmam Hüseyn(ə) onunla çox söhbət etmişdi. Axırıncı dəfə Həzrət ona buyurdu: Ömər Səd, heç Allahdan qorxmursan?! Məni öldürmək istəyirsən?! Bir halda ki, mənim kim olduğumu sən hamıdan yaxşı bilirsən. Ömər Səd! Sənə nəsihət edirəm ki, bu çirkin əməllərini kənara qoyub haqqa tərəf gələsən.

Ömər Səd dedi: Ağa, mənim hicazda evim və mal dövlətim var. Əgər sənə qoşulsam, qorxuram ki, mal-dövlətimi əlimdən alıb, evimi dağıtsınlar.

Həzrət buyurdu: Sənə söz verirəm ki, Hicaza qayıdandan sonra sənin evini əvvəlkindən də gözəl düzəltdirib, öz malımdan sanə səninkindən də çox verərəm. Razısanmı?

Ömər Səd dedi: Ağa, mənim mənim əhli-əyalım və uşaqlarım oradadır. Qorxuram ki, sənə qoşulsam onlara bir ziyan vursunlar.

Həzrət buyurdu: Ömər Səd, Allah səni bağışlamasın.

Ömər Səd İmamın moizə və nəsihətlərini qəbul etmədi.

Abdullah ibn Hürr Cüəfi də Yezidin tərəfdarlarından idi. Mənzillərin birində İmam Hüseyn(ə) onunla rastlaşdı. Həzrət ona buyurdu: Mən bilirəm ki, sən çox günahkar bir adamsan. Amma səni elə bir tövbəyə dəvət edirəm ki, bütün günahların təmizlənər.

Cüəfi dedi: Ağa, mən hamıdan gözəl bilirəm ki, hər kim gəlib sənə qoşulsa və kömək etsə, izzət və səadətə çatacaq. Mən gəlib sənə qoşuldum qoşulmadım onsuz da səni öldürəcəklər. Buna görə də sənə qoşulmağımın heç bir xeyri olmayacaq. Amma mənim gözəl və bərk qaçan bir atım var. Əgər istəyirsənsə onu sənə bağışlayım. Bundan əlavə gözəl və möhkəm bir qılıncım var ki, hər kəsə bir zərbə endirsən, ikinci zərbəyə ehtiyac olmaz. Onu da sənə verirəm.

Həzrət ona baxıb buyurdu: Ey Hürrün oğlu, elə bilirsən sənin atına və qılıncına ehtiyacım var? Mən səni hidayət etmək istəyirəm. İstəyirəm ki, sən Peyğəmbərin əhli-beytinə kömək edəsən. Əgər özün gəlmək istəmirsənsə, sənin at və qılıncın mənə lazım deyil.

İmam Hüseynin(ə) sözləri onlarda təsir qoymadı. Çünki onlar dünyaya aldanmış elə insanlar idi ki, qəlblərində zərrə qədər də olsun hidayət yeri qoymamışdılar.

Aşura günü Həzrətin bütün yar və ənsarları gedib şəhid oldu. Axırda Həzrət altı aylıq balasını da oxladılar. Uşağın boğazından qan açıldı. Həzrət onu əllərinin çində tutub belə buyurdu: bu mənzərəni görmək mənə çox asandır. Çünki bu mənzərəyə mənim Allahım da tamaşa edir.

Hamı şəhid olmuşdu. Həzrət izzətlə meydana tərəf irəliləməyə başladı. Xanım Zeynəbin səbri tükəndi və dözə bilməyib qardaşını səslədi. Zeynəbin səsi Həzrəti saxladı. Həzrət ona tərəf gəlib gördü ki, bacasının səbri tükənir.

Dil dedi, Zeynəb! dilə gəldi İmam,

Aşiq –dilvapəsini etdi ram.



Sənlə mənimdür dedi, xunin qiyam,

Nişləri nuş eyləyib qıl davam.

Yar baxır, ağlama. Ay zi-məqam!

Olma belə, qalibe bicane eşq

Sinəvi qəmlər oxuna baz elə

Hikməte nasutiyə sən naz elə

Aləme lahutiyə pərvaz elə

Fatimə tək eşqdə ecaz elə

Əhməde Muxtari sərəfraz elə.

Səy elə, ol silsilə cunbane-eşq

Ruzi əzəl mətrəh olanda bəla

Çatdı bəla ilə bizə Kərbəla

Mən bu biyabanidə ollam fəda

Ta nəfəsin var, sənə var ibtila

Eşq giriftarinə yoxdur dəva.

Dərdidür tənha, bacı, dərmane-eşq

Eşqimizin var əbədi dövləti.

Həqq özü vermiş bizə bu neməti,

Neyləyirəm cano səro itrəti,

Bəsdi mənə dilbərimin vəsləti,

Xəncəru-şəmşir ilə var ləzzəti,

Yar baxa doğrana qurbane-eşq.

Xanım Zeynəb İmam Hüseynin(ə) bu sözlərdən sonra sakitləşdi. Qardaşını meydana yola salıb özü isə xeymələrə tərəf qayıtdı.

Həzrət İmam Hüseyn(ə) döyüş meydanına daxil oldu. Uzun çəkən döyüşdən sonra Həzrəti oxlayıb atdan yerə saldılar. düşman bundan istifadə edib qarət etmək üçün xeymələrə hücum çəkdilər. Həzrət başını qaldırıb son sözünü onlara belə buyurdu:

Ey Əbu Süfyanın üməti! Əgər dininz yoxdursa, heç olmasa mərd və azad insanlar olun! Qayıdın öz ata babanızın adətinə! Ərəblər heç vaxt insanın gözü baxa baxa onun ailəsinə tərəf getməz. Bəs siz ərəb deyilsiniz?! Öz ərəbliyinizi də unutmusunuz?! Mən sizinlə döyüşürəm, siz də mənimlə döyüşün! Qadınların burada günahı nədir?!

Bu sözlər İmam Hüseyn əleyhis-salamın son sözləri idi. O Həzrətin hər bir sözü və hər bir hərəkəti bütün insanlara həyat, əbədiyyət, insaniyyət, şərəf və izzət dərsləridir. Dünyada azad və izzətlə yaşamaq istəyən hər bir insan üçün İmam Hüseyn(ə) ən gözəl nümunədir. O Həzrət izzətlə yaşadı və izzətlə də şəhid oldu. Heç vaxt zalıma baş əymədi. O Həzrət dəfələrlə buyurmuşdur: Mən ölümü izzət, zalımlarla yaşamağı isə özümə zillət hesab edirəm.


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin