SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad


Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar



Yüklə 5,56 Mb.
səhifə3/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

Qəzəbini yatıran şəxsi Allah Öz qəzəbindən saxlayar


Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Allaha xatir qəzəbini söndürən xəxsin savabı həddən çoxdur. Allah-təala qəzəbinə qələbə çalan şəxsi cəhənnəm əzabınnın qoruyar.

1.عَنْ اَبى عَبْدالله(ع): مَنْ كَفَّ نَفْسَهُ عَنْ إِعْرَاضِ النَّاسِ كَفَّ اللهُ عِنْدَ عَذابِ يَوْمِ الْقِيامَةِ

1. İmam Sadiq(ə) buyurur: “Hər kəs camaata əziyyət etməkdən çəkinərsə Allah qiyamət günü onun qiyamət əzabından qoruyar. Və hər kəs camaata qarşı öz qəzəbini boğub saxlayarsa Allah qiyamət günü o şəxsi əzabdan saxlayar.”2

1.قَال رَسُول الله(ص): اَلا وَمَنْ حَفَظَ نَفْسَهُ عِنْدَ الْغَضَبِ فَهُوَ كَالْمُجَاهِدِ فِى سَبِيلِ اللهِ

2. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəbləndiyi zaman öz qəzəbini saxlayan şəxs, Allah yolunda cihad edən şəxs kimidir.”

Allah rizası üçün qəzəblənmək

Bəzən elə yerlər olur ki, orada Allaha xatir qəzəblənmək lazımdır. Ümumiyyətlə insanın qəzəblənib qəzəblənməməsində əsas meyar Allahın razılığı olmalıdır. Əgər Allahın razılığı olmayan yerdə insan qəzəblənərsə bu qəzəblənmək insanı həqiqətdən ayrı salar və imanını əlindən alar. Lakin elə yerlər də vardır ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Onlaın bir bir neçəsini nəzərnizə çatdırıram.

قَالَ عَلِىُّ(ع): مَنْ اَحَدٌ سِنانًا اَلْغَضَبُ لِلّهِ سُبْحَانَهُ تَعَالَى قَوى عَلى قَتْلِ أَشِدّاءِ الْبَاطِل

1. Həzrət Əli(ə) buyurur: Hər kəs batil və nahaqlığın qarşısında qəzəblənərsə, Allah ona batili və nahaqqı aradan aparmaq üçün kömək edər.”1

Odur ki bəzən qəzəblənmək insana vacib olur. Elə yerlər olur ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz.

2. Əbuzər Ğəffari həzrət Əlinin(ə) ən yaxın dostlarından və Peyğəmbərin(s) səhabələrindən idi. Müaviyə onu Rəbəzəyə sürgün edərkən Əli(ə) ona buyurdu:

يَا أَبْاذَر, إِنَّكَ غَضِبَتْ لِلّهِ فَارْجُ مَنْ غَضِبْتَ لَهُ إِنَّ الْقَوْمَ خَافُوكَ عَلى دُنْيَاهُمْ وَ خِفْتُمْ عَلَى دِينِيكَ

“Ey Əbuzər, Sən həqiqətən Allah rizası üçün qəzəblənmisən. Belə isə kimə xatir qəzəblənmisənsə, Ona da təvəkkül et. Onlar öz dünyalarının əllərindən çıxacağından qorxub səni sürgün edirlər. Sən də öz dininə zərər gəlməsindən qorxub onlara qəzəbləndin.”1

Bu hədislərdən məlum olur ki, Allah razılığı olan yerdə qəzəblənmək lazımdır. Lakin Allahın razı olmadığı yerdə qəzəblənmək qadağan və günahdır. Biz qəzəbin mənfi və müsbət cəhətlərindən söhbət açdıq. İndi bilmək lazımdır ki, insan qəzəbləndikdə öz qəzəbini hansı vasitələrlə söndürə bilər.



Qəzəbi sakitləşdirən amillər

Yuxarıda qeyd olundu ki, öz qəzəbini sakitləşdirən şəxsə Allah-təala savab verər və belə şəxslər Allah yolunda cihad edən şəxslər kimidir. Burada qarşıya belə bir sual çıxır ki, insan qəzəblənərkən öz hirsini hansı vasitələrlə sakitləşdirməlidir bu barədə Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədislərimiz vardır. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram.

Həzrət Peyğəmbərin(s) buyurur ki, insan qəzəblənərkən vəziyyətini dəyişməlidir. Məsələn, ayaq üstə qəzəbləndikdə əyləşməklə, danışarkən qəzəbləndikdə sakit qalmaqla qəzəbini sakitləşdirə bilər.”

1.قَال رَسُول الله(ص): اِذَا غَضِبْتَ فَاجْلِس

1. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəbləndiyin zaman əyləş.”1

2.قَال رَسُول الله(ص): اِذَا غَضِبَ اَحَدُكُمْ فَلْيَسْكُتْ

2. Həzrət Peyğəmbər(s) buyurur: Qəzəbləndiyin zaman sakit qal.2

3.قَال رَسُول الله(ص): اِذَا غَضِبَ الرَّجُولُ فَقَالَ: اَعُوذُ بِالله سَكَنَ غَضَبُهُ

3. Həzrət Peyğəmbər(s) buyurur: “Qəzəblənən zaman Allaha pənah aparan “əuzu billah” deyənin qəzəbi sakitləşər.”1

4.كَانَ النَّبِى(ص): اِذَا غَضِبَ وَ هُوَ قَائِمٌ جَلَسَ وَ إِذَا غَضِبَ وَ هُوَ جَالِسٌ اِضْطَجَعَ فَيَذْهَبَ غَيْظُهُ

4. Həzrət Peyğəmbər(s) qəzəblənən zaman öz vəziyyətini dəyişməklə hirsini soyudardı. Hədislərdə o Həzrətin barəsində belə nəql edirlər: Həzrət Peyğəmbər(s) ayaq üstə qəzəbləndikdə əyləşər, əyləşdiyi zaman qəzəblənsəydi böyrü üstə uzanardı. Beləliklə qəzəbi soyuyardı.

Əgər bir şəxs qəzəbləndiyi halda Allaha pənah apararsa yavaş-yavaş onun qəzəbi sakitləşər.

5.قَال رَسُول الله(ص): قَالَ اللهُ عَزَّ وَ جَلَّ: مَنْ ذَكَرَنِى حِينَ يَغْضِبُ ذَكَرْتُهُ حِيْنَ اَغْضِبُ وَلا اُمْحِقْهُ فِيمَنْ اُمْحِقُ

5. Allah-təala Həzrət Peyğəmbərə(s) buyurur: “Hər kəs qəzəbləndiyi zaman Məni yada salıb xatırlasa, Mən də ona qəzəbləndiyim zaman onu xatırlayıb həlak etmərəm.”2

Buna görə də insan qəzəbləndiyi zaman Allahı yadına salıb Ona zikr edərsə “sübhanəllah”, “əlhəmdulillah” kimi zikrləri deyərsə, o şəxsin qəzəbi sakitləşər.

6.قَال رَسُول الله(ص): فَإِذَا غَضِبَ اَحَدُكُمْ فَلْيَتَوَضَّأ

6. Həzrət Peyğəmbər(s) buyurur: Qəzəbləndiyiniz zaman dəstəmaz alın.

Bu bəhsdə biz qəzəbin barəsində söhbət etdik və onun insan üçün nə qədər zərərli bir şey olduğunu bildik. Qeyd olunan hədis və rəvayətlərdən istifadə etdik və bildik ki, qəzəbli insanı qanun idarə və islah edə bilmir. Buna görə də insana qanundan əlavə qəlbində iman olmasına ehtiyacı vardır. Əgər insanın qəlbində iman olmasa qanun onu xəlvətdə olduğu halda hidayət edə bilməz.



YAXŞILIQLARA DƏVƏT

VƏ PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏ

(Əmr be-məruf və nəhy əz-münkər)

İnsanı idarə və islah edən amillərdən dördüncüsü cəmiyyətdə insanların bir-birini pis işlərdən çəkindirib yaxşı işlərə dəvət etməsindən ibarətdir. Bu əməl insanlara təkid olunmuş əməllərdən biridir. Buna görə də insan bacardığı qədər buna riayət etsin və bu əməldən boyun qaçırmasın. Allah-təala Qurani-Kərimdə bu əməli əmr be-məruf və nəhy əz-münkər adlandırır.

Əgər bir cəmiyyətdə insanlar arasında əmr be-məruf və nəhy əz-münkər olarsa, yəni insanlar bir-birini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət edərsə o cəmiyyət idarə və islah ola bilər və heç bir çətinliklərlə qarşılaşmaz.

İslam dini əmr be-məruf və nəhy əz-münkərə çox böyük əhəmiyyət verir və bu əməldən boyun qaçıranları tənqid edir. Allah-təala Quranın müxtəlif ayələrində əmr be-məruf və nəhy əz-münkəri insanlara təkid və tövsiyə edir. Onlardan bir neçəsini nümunə üçün qeyd edirəm.

1. Allah-təala “Tövbə” surəsinin 71-ci ayəsində möminlərin xüsusiyyətləri barədə belə buyurur:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ...

“Mömin kişi və qadınlar bir-birinin tərəfdarı və dostudurlar. Yaxşılığa əmr edib, pisliklərdən çəkindirərlər.

2. Ali-İmran surəsinin 110-cu ayəsində belə buyurur:

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ...

“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir və Allaha inanırsınız.”

3. Allah-təala “Əsr” surəsində belə buyurur:

وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“And olsun əsrə ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)”

Bu qəbildən olan bir çox ayələr bu əməlin cəmiyyətdə çox böyük rol oynadığını və insanlara təkid olmasını vurğulayır.

4. Allah-təala yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi insanlara təkid edərək Ali-İmran surəsinin 104-cü ayəsində belə buyurur:

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri çəkindirən bir camaat olsun. Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir!”

5. Həzrət Loğman hikmət sahibi olduğu üçün Allah-təala onun adına Quranda bir surə nazil etmişdir. Bu surədə onun öz oğluna etdiyi nəsihətlərdən biri elə bu barədədir:

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu, (dediklərim) vacib əməllərdəndir!”1

Biz bu ayələrdən əmr be-məruf və nəhy əz-münkərin çox böyük əhəmiyyət daşıdığını başa düşürük.

Peyğəmbər(s) və İmamlar(ə) da öz hədislərində əmr be-məruf və nəhy əz-münkərin insanlar üçün ən mühüm hökmlərdən olduğunu vurğulamış və onu insanlara təkidlə tövsiyə etmişlər. Çünki bu əməlin hər bir cəmiyyətə xeyri vardır. Əgər bir cəmiyyətdə camaat bir-birini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməzsə o cəmiyyət idarə və islah ola bilməz və o cəmiyyətin aqibəti fəlakət və həlakətlə nəticələnər. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram:

1.عَنْ اَبى جَعْفَرٍ(ع): اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ خُلْقَانِ مِنْ خُلْقِ اللهِ عَزَّوَجَلَّ فَمَنْ نَصَرَهُمَا أَعَزَّهُ اللهُ وَ مَنْ خَذَلَهُمَا خَذَلَهُ اللهُ

1. İmam Baqir(ə) buyurur: “Əmr be-məruf və nəhy əz-münkər Allahın xislətlərindəndir. Hər kəs bu əməlləri uca tutarsa Allah da onu ucaldar. Hər kəs onları alçaldarsa Allah o şəxsi alçaldar.”1

2.قَال رَسُول الله(ص): مَنْ أَمَرَ بِاالْمَعْرُوفِِ وَنَهى عَنِ الْمُنْكَرِ فَهُوَ خَلِيفَةُ اللهِ فِى الْأَرْضِ وَ خَلِيفَةُ الرَّسُولِهِ

2. Həzrət Peyğəmbər(s) buyurur: “Əmr be-məruf və nəhy əz-münkər edən şəxslər yer üzündə Allahın və Onun rəsulunun xəlifələridir.2

Biz keçən bəhslərdə qeyd etdik ki, Allahın xislətlərini özlərində təcəssüm edən və o xislətləri özlərində daşıyan şəxslər Allahın yer üzündə xəlifələridir. Əmr be-məruf və nəhy əz-münkər də Allahın xislətlərindəndir. Bu xislətə malik olan şəxslər Allahın və Peyğəmbərin(s) yer üzündə xəlifəsi hesab olunur.

Əmr be-məruf və nəhy əz-münkərin insanlara təkid və tövsiyə olunmasının əsas səbəblərindən biri də budur ki, əgər bir cəmiyyətdə bu əməl tərk olunsa demək şəriət tərk olunmuşdur.

3.قَالَ عَلِىُّ(ع): قوام الشريعة اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ وَ اِقَامَةُ الْحُدُودِ

3. Həzrət Əli(ə) buyurur: “Şəriət hökmləri əmr be-məruf, nəhy əz-münkər və ilahi həddlərin icrası vasitəsi ilə diri qalır.” 1

4.قَال رَسُولُ الله(ص): جَائَنِى جِبْرِئيلُ فَقَالَ لِى: يَا اَحْمَدُ اَلْإِسْلاَمُ عَشَرَةَ اَسْهَمٍ... اَلسَّابِعَةُ: اَلْأَمْرَ بِالْمَعْرُوفِ وَ هُوَ الْوَفَاءُ. اَلثَّامِنَةُ: اَلنَّهْىُ عَنِ الْمُنْكَرِ وَ هُوَ الْحُجَّةُ

4. Həzrət Peyğəmbər(s) buyurur: Cəbrail(ə) mənə nazil olub buyurdu: “Ya Əhməd! İslam dini on hissədən ibarətdir:...

Yeddincisi yaxşı işlərə dəvət etməkdən ibarətdir ki, dini hökmlərə vəfalı olmaq deməkdir. (Yəni insan Allahla əhd bağlayıb, Onun qayda-qanununa əməl edərək insanları yaxşı işlərə dəvət etsin. Əgər insan əmr be-məruf edərsə demək Allahla bağladığı əhd-peymanına vəfa etmiş olar.)

Səkkizinci insanları pis işlərdən çəkindirməkdən ibarətdir ki, bu da höccəti tamamlamaq deməkdir. (Yəni yoldan çıxmış bir insanı düz yola gətirməyə və ona pis işlərin ziyanını başa salmağa höccəti tamamlamaq deyilir.)2

Bu hədislərdən belə nəticə alırıq ki, əgər cəmiyyətdə insanlar bir-birlərini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət etsələr və höccəti tamamlasalar o cəmiyyət hidayət olaraq düz yolu tapmış olar.

5.قَالَ عَلِىُّ(ع): مَنْ اَمَرَ بِالْمَعْرُوفِ شَدَّ ظُهُورِ الْمُؤْمِنِينَ

5. Həzrət Əli(ə) buyurur: “Əmr be-məruf edən şəxslər möminlərin dayağıdır.1

6.قَال رَسُول الله(ص): إِنَّ اللهَ لَيَبْغَضُ الْمُؤْمِنَ الضَّعِيفَ الَّذِى لا دِينَ لَهُ. فَقِيلَ: وَما الْمُؤْمِنُ الضَّعِيفَ اَلَّذِى لا دِينَ لَه؟ قَالَ: اَلَّذِى لا يَنْهَى عَنِ الْمُنْكَر

6. Həzrət Peyğəmbər(s) buyurur: “Allah dini olmayan zəif möminə qəzəblənər. Soruşdular: Ya Rəsuləllah, dini olmayan zəif mömin kimdir? Buyurdu: Nəhy əz-münkər etməyən şəxs.”2

7.عَنْ أَبِى بَصِير قَالَ: سَئَلْتُ اَبِى عَبْدِاللهِ "عَنْ قَوْلِ اللهِ عَزَّوَجَلَّ قوا أَنْفُسَكُمْ وَ أَهْلِيكُمْ نَارًا..." قُلْتُ هَذِهِ نَفْسِى أَقِيهَا فَكَيْفَ أَقَى أَهْلِى؟

قَالَ: تَأْمُرُهُمْ بِمَا أَمَرَاللهُ بِهِ وَ تَنْهَاهُمْ عَمَّا نَهَاهُمُ اللهُ عَنْهُ فَإِ أَطاعُوكَ كُنْتَ وَقِيتَهُمْ وَ إِنْ عَصُوكَ فَكُنْتَ قَدْ قَضَيْتَ ما عَلَيْكَ

7. Əbu Bəsir deyir: İmam Sadiq(ə)-dan Allahın buyurduğu “Özünüzü və ailənizi Cəhənnəm odundan qoruyun.” ayə barədə soruşdum: Ey Allahın höccəti mən özümü günahlardan və Cəhənnəm odundan qoruya bilirəm. Öz ailəmi necə Cəhənnəm odundan qoruyum? İmam Sadiq(ə) buyurdu: “Sən Allahın əmr etdiyi şeyləri onlara əmr et və Allahın çəkindirdiyi şeylərdən onları çəkindir. Əgər onlar sənin sözlərinə əməl etsələr sən onları Cəhənnəm odundan qorumuş olarsan. Yox əgər əməl etməsələr onda sən boynunda olan vəzifəni yerinə yetirmiş olarsan.”1

Bu hədislərdən bir daha sübut olunur ki, əmr be-məruf və nəhy əz-münkər insanlar üçün çox mühüm və əhəmiyyətli bir əməldir.

عَنْ أَبِى جَعْفَرٍ(ع) قَالَ: إِنَّ الْأََمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الْأَنْبِيَاءِ وَ مِنْهَاجُ الصُّلَحَاءِ فَرِيَضَتُهُ عَظِيمَةٌ بِهَا تُقامُ الْفَرائِضُ وَ تَأْمِنُ الْمَذاهِبُ وَ تَحِلُّ الْمَكاسِبُ وَ تَرُدُّ الْمَظالِمُ وَ تَعْمُرُ الْأَرْضَ وَ يَنْتَصِفُ مِنَ الأَعْداءِ وَ يَسْتَقِيمُ الأَمْر

8. İmam Baqir(ə) buyurur: “Əmr be-məruf və nəhy əz münkər peyğəmbərlərin və saleh insanların yollarıdır. Bu elə böyük vacibdir ki, bütün vacib əməllər bunun vasitəsilə yerinə yetirilir və məzhəblər bunun vasitəsilə amanda qalır. Bütün alver və qazanclar əmr be-məruf və nəhy əz münkərin vasitəsilə halal olur, zülmlər bunun vasitəsilə insanlardan uzaqlaşır, yer üzü bununla abad olur, düşmənlərə bunun vasitəsilə insaf olunur və bütün işlər bunun vasitəsi düzəlir.”1

Bu hədislərdən əmr be-məruf və nəhy əz-münkərin necə əhəmiyyətli və vacib bir əməl olduğu məlum olur.

Burada bir mətləbi qeyd etmək lazımdır. Bəziləri öz canlarının qorxusundan əmr be-məruf və nəhy əz-münkər etməkdən çəkinirlər. Elə bilirlər ki, əmr be-məruf və nəhy əz-münkər etsələr onlara ziyanı olar və ya ruziləri azalar. Bu səhv bir fikirdir. Əmr be-məruf və nəhy əz-münkər etdən şəxsə heç bir maddi və mənəvi ziyan gəlməz. Əksinə əmr be-məruf və nəhy əz-münkər edən şəxsin savabı Allah yanında çoxalır.

9.قَالَ عَلِىُّ(ع): إِنَّ الْأََمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ لا يُقَرِّبَانِ مِنْ أَجَلٍ وَ لا يُنَقِّصانِ مِنْ رِزْقٍ وَ لكِنْ يُضَاعِفَانِ الثَّواب وَ يُعَظِّما الْأَجْرَ...

9. Həzrət Əli(ə) buyurur: Əmr be-məruf və nəhy əz-münkər etmək bir an da olsa belə insanın ömrünü və ruzisini azaltmaz. Bəlkə bu əməl savabı və mükafatı çoxaldar.1

Ümumiyyətlə heç kəs fikirləşməməlidir ki, əgər əmr be-məruf və nəhy əz münkər etsə onun ömrü və ya ruzisi azalar və ya bundan ona zərər gələ bilər. Bu və ya bu kimi fikirlər şeytanın vəsvəsəsidir. Şeytan belə vəsvəsələrlə insanı bu əməldən çəkindirmək və Allahın əmrlərindən çıxarıb uçuruma tərəf yönəltmək istəyir.

10.قَالَ عَلِىُّ(ع): اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ لَخُلْقَانِ مِنْ خُلْقِ اللهِ تَعَالى, وَ إِنَّهَا لا يُقَرِّبَانِ مِنْ أَجَلٍ وَ لا يُنَقِّصَانِ مِنْ رِزْقٍ

10. Əmr be-məruf və nəhy əz-münkər Allahın xislətlərindəndir. Bu əməl insanın əcəlini yaxınlaşdırmaz və ruzisini azaltmaz.2

Buna əsasən də əmr be-məruf və nəhy əz-münkər edən şəxs Allahın onun üçün müəyyən etdiyi şəri vəzifəsini yerinə yetirmiş olur.

Əmr be-məruf və nəhy əz-münkər etməməyin ziyanları

Əgər insanlar bir-birini yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirməsə bunun axırı çox pis nəticə ilə qutaracaq. Bu barədə də Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədislər mövcuddur.

1.قَال رَسُولُ الله(ص): اِذا لَمْ يَأْمُرُوا بِمَعْرُوفٍ وَ لَمْ يَنْهَوا عَنْ مُنْكَرٍ وَ لَمْ يَتَّبِعُوا الْأَخْيَارُ مِنْ أَهْلِ بَيْتِى, سَلَّطَ اللهُ عَلَيْهِم شِرَارَهُمْ فَيَدْعُوا عِنْدَ ذَالِكَ خِيَارَهُمْ فَلا يُسْتَجَابُ لَهُمْ

1. Həzrət Peyğəmbər(s) buyurur: “Əgər (bir cəmiyyətdə) insanlar bir-birlərini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməsələr və mənim əhli-beytimə itaət etməsələr, Allah ən pis və şərr insanları onlara hakim edər. Belə olduqda o cəmiyyətin möminləri dua etsələr belə Allah onların dualarını qəbul etməz.”1

مِنْ وَصَايَا أَمِيرِالْمُؤْمِنِين(ع) لِلْحَسَنَيْنِ(ع) عِنْدَالشَّهَادَةِ: لا تَتْرَكُوا الْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ فَيُوَلَّى عَلَيْكُمْ شِرارَكُمْ ثُمَّ تَدْعُونَ فَلا يُسْتَجَابُ لَكُمْ

2. İmam Əli(ə) şəhid olarkən ömrünün son anlarında İmam Həsən(ə) və İmam Hüseynə(ə) bu barədə belə vəsiyyət etdi: “Əmr be-məruf və nəhy əz-münkər etməyi tərk etməyin. Əks halda Allah sizə ən pis və şərr insanları hakim edər. Belə olduqda dua etsəniz belə Allah dualarınızı qəbul etməz.”1

İnsanlar bir-birlərini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət etməlidirlər. Əgər bir cəmiyyətdə insanlar pis iş görənlərə qarşı etirazını bildirməsələr, Allah-təala onrarın hamısına bəla nazil edər. Hədislərdə buyurulmuşdur ki, əgər insanlardan bir qrupu günah iş gördükdə başqaları onların bu əməlləri qarşısında sakit qalıb susmasına görə Allah onların hamısına bəla göndərər.

1.قَالَ عَلِىُّ(ع): أَيُّهَاالنَّاسُ أَنَّ اللهَ لا يُعَذِّبُ الْعَامَّةَ بِذَنْبِ الْخَاصَّةِ إِذا عَمِلَتِ الْخَاصَّةُ بِِالْمُنْكَرِ سِرًّا مِنْ غَيْرِ أَنْ تَعْلَمَ الْعَامَّةُ فَإِذَا عَمِلَتِ الْخَاصَّةُ الْمُنْكَرَ جَهَارًا فَلَمْ يُغَيِّر ذَالِكَ الْعَامَّةُ اسْتَوْجَبَ الْفَرِقانِ الْعُقُوبَةُ مِِنَ اللهِ

1.Həzrət Əli(ə) buyurur: “Ey insanlar! Kimlərsə camaatdan xəbərsiz günah edərsə Allah-təala buna görə bütün insanları cəzalandırmaz. Lakin onlar camaatın gözü qarşısında günah edərsə və camaat da onları bu işdən çəkindirməzsə onda bütün insanlar (günah edənlər də, günah etməyənlər də) Allahın əzabına düçar olarlar.1

قَال رَسُولُ الله(ص): إِنَّ اللهَ لا يُعَذِّبُ الْعَامَّةَ بِعَمَلِ الْخَاصَّةِ حَتَّى تَكُن الْعَامَّةُ تَسْتَطِيعُ تُغَيِّرَ عَلَى الْخَاصَّةِ فَإِذَا وَ لَمْ تُغَيِّرُ الْعَامَّة عَلَى الْخَاصَّةِ عَذَّبَ اللهُ الْعَامَّةَ وَ الْخَاصَّةَ

2. Həzrət Peyğəmbər(s) buyurur: “Allah-təala kimlərinsə günahına görə bütün insanları cəzalandırmaz. Lakin camaatın onları günahdan çəkindirməyə imkanı olduğu halda çəkindirməsə, onda Allah bütün insanları (günah edənləri də, günah etməyənləri də) əzaba düçar edər.”2

Tarixi rəvyətlərə nəzər salanda şahid oluruq ki, Şüeyb peyğəmbərin yüz min nəfərlik qövmü var idi. O yüz min qövmün 40 mini nəfəri günahkar, 60 min nəfəri isə ibadət edən idi. Lakin ibadət edənlər günahkarları günahdan çəkindirmirdilər. Allah təala mələklərə onların hamısını məhv etmək əmrini verdi. Mələklər dedilər: İlahi o qövmün 60 min nəfəri Sənə ibadət edirlər. Allah-təala buyurdu: Onların ibadətlərinin faydası yoxdur. Çünki onlar günahkarları günahdan çəkindirmirlər.

Beləliklə insanlar gərək əmr be-məruf və nəhy əz-münkərə əhəmiyyət verib, cəmiyyətdə olan günahkarları günahdan çəkindirsinlər və yaxşı işlərə dəvət etsinlər. Belə olduqda Allah həmin cəmiyyəti hidayət edər və səadətə çatdırar.

Pis və yaxşı işlərə razı olmaq

Əgər bir insan günah iş görürsə və başqası da onun bu əməli qarşısında susub dayanırsa və onun bu əməlinə razı olursa, o da bu günahda şərikdir.

Allah-təala insanlara əmr be-məruf və nəhy əz-münkər etməyi vacib etmişdir. Əmr be-məruf və nəhy əz-münkər insanlar arasında çox böyük rol oynayır. Əmr be-məruf və nəhy əz-münkər olunmayan cəmiyyət tənəzzülə uğrayar. Əgər cəmiyyətdə bəzi insanlar cinayətkarlıq, pozğunluq və günahla məşğul olarsa, günah etməyən insanlar da onların bu əməllərinə etiraz etməyib, onların bu günahlarına razı olarlarsa, onda onlar da günahkarların günahlarına şərikdirlər. Cəmiyyətdə kimlərsə günah iş gördükdə insan mütləq onlara narazılığını bildirməlidir. Fiziki cəhətdən imkanı olmasa belə ən azından öz qəlbində narazı olmalıdır. Çünki günahkarın günah iş görməsinə kimsə qəlbində razı olarsa, onda o da həmin günahkara günah iş görməkdə şərikdir.

Lut peğəmbərin qövmü fəsad və günah işlərdən əl çəkmək istəmirdilər. Onlar çox böyük günaha bağlanmışdılar. Lut peyğəmbər onlara bu çirkin əməlinə görə çox nəsihət etdi. Lakin onlar bu əməldən əl götürmədilər.

Allah-təala Lut peyğəmbərin öz qövmünə dediyi sözləri və qövmünün günahına narazılıq bildirməsini “Şüəra” surəsinin 168-ci ayəsində bəyan edərək belə buyurur:

قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ

“(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!”

İnsanın günahkarların günah işləri qarşısında öz narazılığını bildirməsinin mənası budur ki, İlahi sən şahid ol ki, mən bu günahkarların günahlarına qarşı olan narazılığımı bildirdim və onların bu günahları ilə müxalifəm.

Ümumiyyətlə bu barədə Həzrət Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədis və rəvayətlər vardır.

قَالَ عَلِىُّ(ع): الرِّضَى بِفِعْلِ قَوْمٍ كَاالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَ عَلَى كُلِّ دَاخِلٍ فِى باطِلٍ اِثْمَانِ: اِثْمُ الْعَمَلِ بِهِ, وَاِثْمُ الرِّضَى بِهِ

Həzrət Əli(ə) buyurur: “Kimlərinsə günah işlərinə razı olan şəxs günahkarların içinə daxil olan şəxs kimidir. Günahkarların günah etdiyi halda onlara qoşulan şəxs iki günaha əl atmış olur. Birincisi öz əməli ilə onlara günah iş görməkdə şərik olmaq, ikincisi isə günahkarların günah iş görmələrinə razı olmaqdır.1

Tarixlərdə belə hadisələrlə sox rastalşırıq. Hətta Quranda Allah-təala bu kimi hadisələri bizə açıq aydan nümunə göstərmişdir. “Şüəra” surəsində Saleh peyğəmbərin qövmü barədə belə buyurur:

فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ فَأَخَذَهُمُ الْعَذَابُ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

“ Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.”2

“Artıq əzab onları yaxaladı (hamı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbu ki, onların əksəriyyəti iman gətirmədi.”

Həzrət Əli(ə) bu ayə barədə Nəhcül-bəlağədə bu barədə belə buyurur:

قَالَ عَلِىُّ(ع): اَيُّهَا النَّاس إِنَّمَا يَجْمَعُ النَّاسَ الرِّضَا وَ السَّخَطُ وَ اِنَّمَا عَقَرَ نَاقَةَ ثَمُودَ رَجُلٌ وَاحِد فَعَمَّهُمُ اللهُ بِاالْعَذَابِِِ لَمَّا عَمُّوهُ بِالرِّضَا

“Camaat! Həqiqətən günaha razı olmaq və Allaha ibadət etməkdən acığı gəlmək camaatı bir yerə toplamışdır. Səmud tayfasından yalnız bir nəfər dəvənin ayaqlarını kəsib öldürmüşdü. Lakin Allah onların hamısını əzaba düçar etdi. Çünki onlar bu işə (dəvəni öldürməyə( razı idilər.1

Allah-təala başqa bir ayədə belə buyurur:

قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ

“(Ya Peyğəmbər!) De: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələrlə və siz dediyinizlə (istədiklərinizlə) gəlmişdilər. Əgər sözünüz doğrudursa, bəs nə üçün onları öldürdünüz?”1

قَالَ الصَّادِقُ(ع): فِي قََوْلِهِ تَعَالى "قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ" وَقَدْ عُلِمَ أَنَّ هؤُلاءِ لَمْ يَقْتُلُوا وَلكِن فَقَدْ كَانَ هَواهُمْ مَعَ الذِّينَ قَتَلُوا, فَسَمَّاهُمُ اللهُ قاَتِلِينَ لِمُتَابِعَةِ هَوَاهُمْ وَ رِضَاهُمْ لِذَلِكَ الْفِعْل

İmam Sadiq(ə) bu ayənin barəsində belə buyurur: Allah da Peyğəmbər də bilirdilər ki, əvvəlki peyğəmbərləri bunlar öldürməmişdilər. Lakin bunlar o peyğəmbərləri öldürənlərlə razı idilər və bu əmələ razı olduqlarına görə və peyğəmbərləri öldürənlərin işlərinə etiraz etmədiklərinə görə Allah onları qatil adlandırmışdır.2

Buradan başa düşülür ki, hər hansı bir şəxs cinayətə əl atıb günah iş gördüyü zaman başqaları onların bu işlərinə razı olarsa, onlar günah edənlərlə şərik hesab olunarlar.

قَالَ الْبَاقِرُ(ع): مَنْ شَهِدَ أَمْرًا فَكَرَهَهُ كَانَ كَمَنْ غَابَ عَنْهُ وَ مَنْ غَابَ عَنْ أَمْرٍ فَرَضِيْهُ كَانَ كَمَنْ شَهِدَهُ

İmam Baqir(ə) buyurur: Hər kim pis bir əməli görüb o məldən acığı gəlsə elə bil orada olmayıb. Lakin başqa bir yerdə günah iş görülərsə, o işin görülməsinə razı olan şəxs orada olmasa belə günahkardır.1

İmam Hüseyn(ə)-ın ziyarətnaməsini oxuyarkən belə deyirik. “Allah səni öldürənlərə lənət etsin. Allah sənə zülm edənlərə lənət etsin və Allah lənət etsin o kəslərə ki, sənin bu müsibətinə və sənin zülmlə öldürülməyinə razı olublar.” Beləcə biz İmam Hüseyni(ə) öldürənləri və onun (neçə illər keçsə belə) ölmünə razı olanları bir tutaraq lənət oxuyuruq.

Buna əsasən də bir yerdə günah iş görülərsə insan gərək bacardığı qədər o işə narazılığını bildirməlidir. Yox əgər o günahın görülməsinə razı olarsa, həmin işin içində olmasa da belə həmin günahı edənlərlə şərik hesab olunur.


Əmr be-məruf və nəhy
əz-münkər etməyin mərhələləri

Fiqh alimlərinin tədqiqatına əsasən əmr be-məruf və nəhy əz-münkər etməyin iki mərhələsi vardır.

1. Birinci mərhələsi günahkar bir şəxsi yumşaq və şirin dillə başa salıb, onu düz yola gətirməkdən ibarətdir. Məsələn, əgər bir şəxs günah iş görürsə və vacib olan əməlləri yerinə yetirmirsə onu başa salıb, günah iş görməsinə və vacib əməlləri yerinə yetirməməsinə görə narazılıq bildirmək lazımdır. Allah-təala bu məsələni Taha surəsidə belə bəyan edir. (Allah təala Musa(ə) və qardaşı Haruna belə buyurur:)

اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى

“Fironun yanına yollanın. O (Allahlıq iddiasına düşməklə) həqiqətdən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Allahdan) qorxsun.”1

Bu ayədən başa düşülür ki, Allah Özü də Fironun düz yola gəlib, tüğyan etməkdən çəkinməsini istəyir. Ona görə də Musa(ə) və onun qardaşına Fironun yanına gedib onunla şirin və yumşaq dillə danışmasını əmr etdi. Başqa bir ayədə belə buyurur:

وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“Loğman öz oğluna vəsiyyət edərək belə demişdi: Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır.)”1

Bu ayə Loğmanın öz oğluna nəsihət etməyindən sözün (dilin) vasitəsilə necə nəsihət etməyi və günahdan çəkindirməyi bizlərə öyrədir. Çünki Loğman öz oğluna yumşaq və şirin dillə öyüd-nəsihət verərdi.

Bu ayələrdən belə nəticə alırıq ki, əmr be-məruf və nəhy əz-münkərin birinci mərhələsi vacib olan əməlləri yerinə yetirməyən və pis işləri görən şəxsi şirin dillə başa salıb düz yola yönəltməkdən ibarətdir.

2. Əmr be-məruf və nəhy əz-münkərin ikinci mərhələsinə gəldikdə isə günahkar şəxslə əlaqəni kəsmək və ona qarşı soyuq münasibət bəsləməkdən ibarətdir. Yəni günah edən bir şəxsi şirin dillə, xoş davranışla və onun pis əməllərinə narazılıq bildirməklə çəkindirmək mümkün olmadıqda, onda onunla əlaqəni kəsmək və ona qarşı soyuq münasibət bəsləmək lazımdır. Məsələn, sələmçi (faizlə pul verən bir şəxs) gəlib bir mömindən qızını öz oğluna istəyərsə, və yaxud içki içən bir şəxs onun qızını istəyərsə ona qız verməməklə əmr be-məruf və nəhy əz-münkər hökmünü yerinə yetirmiş olur. Bu kimi misallar hədindən artıq çəkmək olar. O misallardan bir də budur ki, nəsihət qəbul etməyən, vacib əməllərini yerinə yetirməyən və günahlardan əl çəkməyən şəxsin öldüyü zaman onun cənazəsini yerdən götürməmək və onun yas məclisində iştirak etməməklə əmr be-məruf və nəhy əz münkərin ikinci mərhələsini yerinə yetirmək lazımdır. Bu o demək deyil ki, insan ölmüş şəxsi düz yola yönəldir. İnsan bu əməli ilə ölən şəxsin və onun kimi insanların əməllərinə narazı olduğunu bildirir.

Ümumiyyətlə nəsihət qəbul etməyən, vacib əməllərini yerinə yetirməyən və günahlardan əl çəkməyən şəxslə əlaqələri kəsmək lazımdır. Çünki belə insanlarla soyuq münasibətlə davranmaq və əlaqəni kəsmək onun pis əməllərinə bir növ narazılıq əlamətidir. Belə bir əməlin xeyirlərindən biri də budur ki, başqaları bu əməli görüb bəlkə pis işlərdən çəkinsinlər. Bir sözlə desək əmr be-məruf və nəhy əz münkərin bu mərhələləri cəmiyyətdə öz müsbət təsirini göstərir.

Allah-təala Tövbə surəsinin 118-ci ayəsində əmr be-məruf və nəhy-əz münkərin ikinci mərhələsinin müsbət təsirlərini açıq-aydın bəyan etmişdir.

وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Həmçinin (Təbuk döyüşündən) geri qalmış (döyüşdə iştirak etməmək üçün qaçıb gizlənmiş) üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”

Bu ayənin barəsində alimləri təfsir kitablarında belə bir hadisəni qeyd etmişlər:

Həzrət Peyğəmbər(s) Təbuk müharibəsinə yola düşərkən üç nəfər sözləşib müharibəyə getməmək üçün qaçıb gizləndilər. Onlardan birinin adı Mərarətibni Rəbi, birinin adı Kəb ibn Malik, o birinin adı isə Hilal ibn Üməyyə idi. Bu üç nəfər Peyğəmbər(c)-in əshabından idilər. Lakin tənbəllik üzündən Təbuk müharibəsinə getməkdən boyun qaçırdılar. Həzrət Peyğəmbər(s) döyüşdən qayıtdıqdan sonra onlar gəlib Peyğəmbərdən(s) etdikləri bu əmələ görə üzr istədilər. Peyğəmbər(s) onlarla bir kəlmə də olsun söz danışmadı. Və bütün müsəlmanlara onlarla əlaqəni kəsməyi və danışmamağı əmr etdi. Çünki bu üç nəfərin müharibədə iştirak etməməyə ixtiyarları yox idi. Mədinə şəhərində heç kəs onlarla danışmadı. Hətta iş o yerə çatmışdı ki, öz evlərində həyat yoldaşları belə onlarla danışmırdı. Arvadları onlardan boşanmaq üçün Peyğəmbərdən icazə istədilər. Peyğəmbər onlara icazə vermədi. Lakin əmr etdi ki, onlarla soyuq münasibətli olsunlar.

Belə bir halda Mədinə şəhərinin abu-havası o üç nəfərə darısqal oldu. Onlar şəhərdən çıxmağı qərara aldılar. Xüsusən bir hadisə onlara çox ağır gəldi. Kəb ibn Malik deyir ki, bir gün mən Mədinə şəhərinin bazarının qarşısında əyləşmişdim. Şəhərdə mənimlə heç kəs danışmırdı. Çox narahat bir halda idim. Birdən gördüm ki, Şam şəhərindən bir nəfər məsihi gəlib məni axtarır. Məni görüb yaxınlaşdı və dedi: Biz siz üç nəfərin barəsində eşitmişik ki, müsəlmanlar sizinlə danışmır və sizdən uzaq gəzirlər. Qəssan şəhərinin padşahı sizə məktub göndərib. Sizi ölkəmizə dəvət edir və gəlib bizim ölkədə yaşamağı sizə məsləhət görür.

Kəb ibn Malik deyir: Mən fikirləşib gördüm ki, biz gör nə günə qalmışıq ki, düşmən bizə ümid bəsləyir və bizim böyük günah iş gördüyümüzü bilib bizdən istifadə edir. Bu hadisə bizə çox ağır gəldi.

Burada qeyd etmək lazımdır ki, düşmən həmişə istəyir ki, zəif insanlardan İslamın əleyhinə istifadə etsin. Elə bu səbəbdən də Qəssan şəhərinin padşahı bu üç nəfərin imanının zəif olmasından istifadə edib onları öz şəhərlərinə dəvət edirdi.

O üç nəfər bu dəvəti qəbul etmədilər. Onlar gördülər ki, hamı bunlardan üz döndərib və şəhərdə heç kəs onlarla danışmır. Qərara aldılar ki, (döyüşdə iştirak etmədiklərinə görə) özləri də bir-biri ilə danışmasınlar və bir-birindən uzaq gəzsinlər. Bəlkə Allah onların bu günahını bağışlasın. Onlar bir-birindən ayrılıb hərəsi bir kənara çəkildi. Onlar etdiyi əməllərindən çox peşman olmuşdular. Əlli gün peşmançılıq çəkib Allaha yalvarıb tövbə etdikdən sonra Allahın onları bağışlamasını gözlədilər. Allah təala onların tövbələrini qəbul edib və Tövbə surəsinin 118-ci ayəsini nazil etdi.

وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Həmçinin (Təbuk döyüşündən) geri qalmış (döyüşdə iştirak etməmək üçün qaçıb gizlənmiş) üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”1

Bu ayədən və təfsirindən məlum olur ki, insan əmr be-məruf və nəhy əz-münkər etməyin ikinci mərhələsi budur ki, günahkarla əlaqəni kəsməklə öhdəsinə düşən vəzifəni yerinə yetirmiş olar və günahkarı etdiyi günahdan çəkindirər.

Biz bu bəhslərdə əmr be-məruf və nəhy əz-münkərin xeyirlərindən və onun insanlar üçün nə qədər əhəmiyyət kəsb etdiyindən söhbət açdıq. Lakin bizim əsas sözümüz budur ki, əmr be-məruf və nəhy əz-münkər bu qədər xeyir və fəziləti ilə insanı bütün hallarda idarə və islah edə bilərmi?

Əmr be-məruf və nəhy əz-münkər insanı adi halda idarə və islah etmək imkanına malikdir. Lakin insanın daxilində qərizələrin tüğyan etdiyi zaman əmr be-məruf və nəhy əz-münkər təklikdə insanı idarə və islah edə bilmir. Buna görə də insana onu bütün hallarda idarə və islah edən yeganə amil imandan ibarətdir. İnsanın qəlbində iman olmazsa heç bir amil onu tam şəkildə idarə və islah edə bilməz.

İMAN

İnsanı idarə və islah edən amillərdən beşincisi imandan ibarətdir. İman keçən bəhslərdə saydığımız amillərin hamısından üstündür. Çünki o biri amillər insanı yalnız adi halda islahedici qüvvəyə malikdir. Lakin iman isə bütün hallarda, yəni həm adi halda, həm də insanın daxilində nəfsani qüvvələrin coşduğu zaman onu idarə və hidayət edən yeganə amildir.

Burada qeyd etmək lazımdır ki, Quran ayələrinə və hədislərə əsasən iman üç qismdir:

1. Dildə Allaha iman gətirmək.

2. Əqli dəlillərin vasitəsilə Allaha iman gətirmək.

3. Qəlbən Allaha iman gətirmək.

Biz imanın bu üç növü haqda bəhs edəcəyik. Həmin bəhslərdən məlum olacaq ki, imanın bu üç növünün hansı insanı daha mükəmməl idarə və islah etmək imkanına malikdir.

1. Dildə Allaha iman gətirmək

Dildə iman gətirmək ona deyilir ki, insanın qəlbinə və ağlına iman daxil olmadan deyir ki, mən müsəlmanam. Və yaxud öz mənfəətinə görə deyir mən müsəlmanam, Allaha, Peyğəmbərə və imamlara imanım var. Lakin diqqətlə ona bıxdıqda görünür ki, qəlbində iman gətirməyib və Allahın əmr etdiyi əməlləri yerinə yetirmir. Allah təala belə insanlar barədə Quranda belə buyurur:

وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

“İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə (dildə) ibadət edər. Əgər ona bir xeyir toxunsa, (din barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz verərsə, çöhrəsini dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyada da ziyan çəkər, axirəti də. Açıq aşkar ziyan budur, bu!”1

قَالَ الْحُسَيْنُ(ع): أَلنَّاسُ عَبِيْدُ الدُّنْيَا وَالدِّيْنُ لَعِقٌ عَلَى أَلْسِنَتِهِم

İmam Hüseyn(ə) bu barədə gözəl bir ibarə buyurmuşdur: “Camaat dünya quludur. Və dini də dillərinin lağlağasına çevirmişlər.”2

Qeyd etdiyimiz ayə və hədisdən məlum olur ki, dildə Allaha iman gətirib əqlən və qəlbən iman gətirməyən insan ziyan içindədir. Belə insanlar öz şəxsi mənfəətlərinə görə dini zahirdə qəbul edirlər. Əgər onlar dindən maddi maraq və mənffət görmədikdə üz çevirib kənara çəkilirlər.

Allah-təala Məaric surəsində insanın bu xislətinə işarə edərək buyurur:

إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا

“Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır. (Əgər Allaha qəlbən imanı olmazsa) Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsislik edər.”1

Buna əsasən də Allah təala insanın dözümsüz və həris bir məxluq olduğunu açıq aydın bəyan edir.

İnsana rahatlıq, sakitlik gətirən, bir sözlə desək insanı insan edən yeganə amil onun Allaha qəlbən iman gətirməsidir. Allaha dildə iman gətirmək insanı sakitləşdirməz və onu idarə və islah edə bilmir.

Bu ayə və hədislərdən məlum olur ki, dildə Allaha iman gətirməyin insana heç bir xeyri yoxdur və belə bir iman nə insanı, nə də bir cəmiyyəti hidayət edə bilməz.

2. Əqli dəlillərin vasitəsilə Allaha iman gətirmək.

Allaha iman gətirməyin ikinci qismi odur ki, insan əqli dəlil və sübutlar vasitəsilə elm və fəlsəfə yolu ilə Allahı tanıyıb, Onun ədalətli olmasını, Peyğəmbərin nübüvvətini, İmamların imamətini və məadı qəbul etsin. Belə bir imana əqli iman deyilir.

Ümumiyyətlə üsulid-dini gərək insan öz əqli dəlil və sübutları ilə ələ gətirsin. Fiqh alimləri öz risalələrində də qeyd etmişlər ki, üsulid-dində təqlid etmək düzgün deyildir. Üsuliddini hər insan gərək elm və savadı çatdığı qədər başa düşüb, dərk etməli və Allahın varlığını, Onun ədalətini, Peyğəmbərin nübüvvətini, İmamın imamətini və Məadı (ölümdən sonrakı həyatı, Cənnəti və Cəhənnəmi) əqli sübutlarla ələ gətirməlidir.

Hədislərdə vardır ki, Həzrət Peyğəmbərin(s) dövründə bir savadsız qoca qadın cəhrə ilə yundan sap hazırlayırdı. Həzrət Peyğəmbər(s) ona yaxınlaşıb soruşdu: Sən Allahın varlığını necə başa düşürsən? Qoca qadın əlində işlətdiyi cəhrədən əlini çəkdi, cəhrə dayandı. Sonra üzünü Peyğəmbərə(s) tutub dedi: Ya Rəsuləllah, bu kiçik bir cəhrədir bunun hərəkətə gəlməsi mənim vasitəmlə olur. Mən əlimi onun dəstəyindən çəkən kimi dayandı. Bu kiçik cəhrəni hərəkətə gətirən mənəm, necə ola bilər ki, bu böyüklükdə kainat öz-özünə hərəkət etsin? Mən yəqin bilirəm ki, bu kainatı hərəkətə gətirən bir qüvvə vardır. Mən bu qüvvəyə Allah deyirəm. Həzrət Peyğəmbər(s) üzünü əshabına tərəf tutub buyurdu: Mən sizlərə də belə bir əqidədə olmağı təkid edirəm. Qoca savadsız bir qadın da öz dəlil və sübutları ilə Allahın varlığını sübut edir. Gərək bütün insanlar öz savad və düşüncələrinin imkanı çatacağı qədər Allahın varlığını sübuta yetirsinlər.

Allah-təala Quranda bir çox ayə və surələrdə əqli dəlil və sübutlarla Öz varlığını bildirir. Həmin ayələrdən bir neçəsini nəzərnizə çatdırıram.

1. Allah-təala Füssilət surəsinin 53-cü ayəsində buyurur:

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

“Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz Öz qüdrət və nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərdə və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?”

2. İbrahim surəsinin 10-cu ayəsində belə buyurur:

أَفِي اللّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ

“Məgər göyləri və yeri yaradan Allaha da şəkk şübhə etmək olarmı?”

3. Rum surəsinin 22-ci ayəsində buyurur:

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır.”

Bu və bu kimi başqa ayələr Allahın varlığını və Onun hər bir şeyə qadir olmasını bir daha sübut edir. Əgər insan Allahın varlığını sübuta yetirmək istəyirsə, onda aləmin və insanların yaranışına və öz səsinə, rənginə, barmaqlarının təkrarolunmaz izlərinə nəzər salıb Allahın varlığını özü üçün sübut edə bilər.

Ümumiyyətlə insanın elmi inkişaf etdikcə Allahın qüdrət və əzəmətli olması insan üçün daha da açıq şəkildə sübut olunur. Məsələn, əvvəllər bəzi alimlər elə güman edirdilər ki, göylərdə gözlə görünən ulduzların sayı 5000-dən 6000 qədərdir. Çünki onlar göydə yalnız bu qədər ulduz görmüşdülər. Lakin elm inkişaf etdikcə alimlər sübut etdilər ki, bizim bu qalaktika minlərlə bəlkə də milyonlarla olan qalaktikalardan biridir ki, bizim gördüyümüz bu qalaktikanın içində təxminən 100.000000 ulduz daima hərəkətdədir. Bunların hamısı qadir Allahın nişanələridir və göylərdə nə qədər qalaktika olduğunu və hər qalaktikada nə qədər ulduzun hərəkət etdiyini yalnız O bilir.

Elm və bilik inkişaf etdikcə gündə yeni-yeni məlumatlar və qəribəliklər kəşf olunur və bu kəşflərin hər biri Allahın qüdrətinin nişanəsidir. Allah insanların hər tək-təkinin səslərini bir-birindən fərqləndirmişdir. Məsələn, bir nəfərin qardaşı uzaq bir şəhərdən ona zəng edərkən onun səsindən öz qardaşın olduğunu başa düşür. Və yaxud Allah bütün insanların barmaqlarının izlərini bir-birindən fərqləndirmişdir. Tarix boyu görünməyib ki, iki nəfərin barmaq izləri eyni olsun. Allahın bu kimi nişanələri həddindən artıq çoxdur. Bəlkə də elə nişanələri vardır ki, elm bundan artıq inkişaf etdikdən sonra kəşf olunacaq. İnsanların rənglərinin, dillərinin müxtəlifliyi və bu kimi qəribəliklərin hamısı Allahın qüdrət və nişanələridir.

Allahın varlıq aləmində nişanələri çoxdur. Quranda da bu nişanələrə işarə olunmuş bir çox ayələr vardır. Məsələn, insanların barmaq izlərindən bir-birindən fərqlənməsi barədə buyurur:

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَجْمَعَ عِظَامَهُ بَلَى قَادِرِينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ

“And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud əməlim azdır deyərək) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik.”1

Bu ayənin bir mənasından belə başa düşürük ki, dünyada olan bütün insanların barmaqları (izləri) bir-birindən fərqlidir.

Ümumiyyətlə insan kainata, ulduzlara baxdıqda hansısa qüdrətli, hikmətli və əzəmətli bir qüvvənin onları yaratdığını hiss edir. Məlum məsələdir ki, həmin qüvvə Allahdır.

Bir astronomun dostu Allahın varlığına inanmırdı. Astronom onu nə qədər başa saldısa yenə də o Allahın varlığını qəbul etmədi və bildirdi ki, kainat öz-özünə yaranmışdır. Sonra astronom özünün düzəltdiyi günəş sisteminin kiçik moketini dostuna göstərdi. Onun düzəltdiyi bu moket elektrik cərəyanı ilə işləyirdi. O elektrik kilidini keçirən kimi düzəltdiyi kiçik moket işləməyə və planetlər günəşin ətrafında hərəkət etməyə başladı. Dostu təəccüblə soruşdu: Bunu kim düzəldib? Astronom dedi: Bu öz-özünə yaranıb və bunu heç kəs düzəltməyib. Dostu elə bildi ki, astronom onu ələ salır. Ona dedi: Sən məni ələ salırsan? Necə ola bilər ki, bu öz-özünə yaransın? Astronom dedi: Sən kiçik bir moketin öz-özünə yaranmasını inkar edirsən. Lakin necə ola bilər ki, bu böyüklükdə olan kainat öz-özünə yaransın və sən bu böyüklükdə kainatı yaradan Allahı qəbul etmirsən?

Bəzən inadkar insanlar Allahın varlığını başa düşmək istəmirlər. Lakin ağıllı insanlar Allahın varlığını Onun nişanələrindən başa düşürlər. Allah-təala Ali-İmran surəsinin 190-cı ayəsində bu barədə belə buyurur:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ

“Həqiqətən göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi (bir-birinin ardınca gəlib getməsi) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən) qəti dəlillərdir.”

Ümumiyyətlə əqli dəlillərlə əldə olunan iman çox yaxşı bir imandır. Lakin bizim əsas bəhsimiz budur ki, insanın əqli dəlillərlə Allaha gətirdiyi bu iman onu bütün hallarda idarə və islah edə bilərmi?

Bu sualın cavabı belədir ki, əqli dəlillərlə ələ gələn iman insanı yalnız adi halda idarə və islah edə bilər. Lakin insanın daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik şəhvəti oyandığı zaman bu iman onu idarə və islah edə bilmir.

Tarix boyu müşahidə olunmuşdur ki, bir çox fəlsəfə və məntiq alimləri öz elm və fəlsəfələri ilə Allahın varlığını sübut etmişlər. Lakin onların daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik hissi tüğyan edən zaman onların elm və fəlsəfə yolu ilə ələ gətirdikləri iman onları hidayət edə bilməmişdi.

Tarixlərdə yazmışlar ki, Rum müharibəsində bir nəfər cavan sərkərdə öz qoşunu ilə düşmənə hücum çəkib onları məğlub etdikdən sonra öz xeyməsinə qayıdıb əyləşdi və Allaha belə bir dua etməyə başladı. “İlahi, mən Sənin köməyinlə düşməni məğlub etməyi bacardım. Lakin öz daxilimdə olan nəfsi əmmarəni (nəfsani qüvvələri) məğlub edə bilmədim. Ey mənim Rəbbim! Nəfsani istəklərimi məğlub etməkdə mənə kömək et!”

Əgər insanın öz nəfsani istəklərini məğlub etmək üçün imanı (qəlbi imanı) olarsa, belə bir iman onu hər bir halda hidayət edər. İnsanın daxilində onu şəhvətə, günaha tərəf çəkən bir nəfs vardır ki, onun adına nəfsi əmmarə deyilir. Əgər insanın qəlbində Allaha imanı olmasa bu nəfs onu çəkib günaha tərəf aparacaq.

Allah-təala Yusif surəsinin 53-cü ayəsində buyurur:

وَمَا أُبَرِّىءُ نَفْسِي إِنَّ النَّفْسَ لأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ مَا رَحِمَ رَبِّيَ إِنَّ رَبِّي غَفُورٌ رَّحِيمٌ

“(Yusif dedi:) Mən özümü təmizə çıxartdım. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (nəfsi əmmarə) (insana) pis işləri görməyə (şəhvətə uymağı) əmr edər. Həqiqətən Rəbbim bağışlayan və rəhm edəndir.

Vəlid ibn Müğəyrə Məkkədə tanınmış fəsahətli və bəlağətli bir şəxs idi. O, Qüreyş tayfasının içində ərəb ədəbiyyatını çox gözəl bilirdi. Və camaat onu “Reyhanətül-ədəb” “Ədəbiyyatın gülü” deyə çağırırdılar.

Məscidül-həramda Səcdə surəsi nazil olarkən Həzrət Peyğəmbər o surəni camaata oxuyandan sonra, Vəlid ibn Müqəyrə öz qövmünün arasına gəlib dedi: And olsun Allaha ki, Mühəmmədin buyurduğu bu sözlər nə insanların, nə də cinnlərin sözünə oxşamır. Onun sözlərinin xüsusi şirinliyi və gözəlliyi vardır. Onun sözlərinin meyvəli budaqları və möhkəm kökü vardır. Onun sözləri bütün insanların sözlərindən üstün və dəyərlidir.

Vəlid bu sözləri deyəndən sonra öz evinə qayıtdı. Onun tayfası bir-birinin üzünə baxıb dedilər: Deyəsən Məhəmmədin sözləri Vəlidin qəlbində təsir qoyub. Əgər Vəlid ona tabe olarsa, biz məğlub olacağıq. Əbu Cəhl Vəlidin qardaşı oğlu idi. O Vəlidi yola gətirməyi boynuna aldı və dedi: Mən buna bir əlac edərəm. Əbu Cəhl Vəlidin evinə gəlib özünü ona çox narahat göstərdi. Vəlid ondan niyə narahat olmasının səbəbini soruşdu. Əbu Cəhl dedi: Mənim narahatlığım budur ki, camaat sənin barəndə bəzi sözlər deyirlər. Biz də camaatın sənin barəndə dediyi sözlərdən çox narahat oluruq. Vəlid soruşdu: Camaat mənim barəmdə hansı sözləri danışırlar. Əbu Cəhl dedi: Camaat arasında söz gəzir ki, Vəlid qoca bir adamdır və Məhəmməd ona bir vəzifə, şan-şöhrət versin deyə İslamı qəbul etmək istəyir.

Əbu Cəhl bu sözləri deyəndən sonra Vəlidin daxilində nəfsani qüvvələr baş qaldırıb tüğyan etdi. Onun nəfsani qüvvələri coşub daşdıqdan sonra o öz yolundan və fikrindən dönərək Əbu Cəhllə birliklə öz tayfasının arasına gəldi və dedi: Siz Məhəmmədin dəli olmasını güman edirsiniz?! Dedilər: Xeyr. Vəlid dedi: Siz güman edirsiniz ki, Mühəmməd kahindir?! Dedilər: Xeyr. Vəlid dedi: Siz Mühəmmədin şair olduğunu güman edirsiniz?! Dedilər: Xeyr. Vəlid dedi: Siz elə bilirsiniz ki, Mühəmməd yalançıdır?! Dedilər: Xeyr. Əgər belədirsə onda sən onun barəsində nə fikirləşirsən? Vəlid bir az fikirləşdikdən sonra, üzünü turşudaraq qəzəblə dedi: Məhəmməd yalnız cadugərdir. Çünki o bütün ailələr arasında ayrılıq salıb.

Bu hadisədən sonra Allah-təala onun barəsində Müddəssir surəsinin 11-ci ayəsindən 26-cı ayəsinə qədər olan ayələri nazil etdi.

ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا 11. وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا 12. وَبَنِينَ شُهُودًا 13. وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا 14. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ 15. كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا 16. سَأُرْهِقُهُ صَعُودًا 17. إِنَّهُ فَكَّرَ وَقَدَّرَ 18. فَقُتِلَ كَيْفَ قَدَّرَ 19. ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ 20. ثُمَّ نَظَرَ 21. ثُمَّ عَبَسَ وَبَسَرَ 22. ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ 23. فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ 24. إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ 25. سَأُصْلِيهِ سَقَرَ 26.

11. “(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müqəyrə kimi kafirin cəzası yalnız Mənim öhdəmdədir!)

12. Mən ona bolluca mal-dövlət əta etdim;

13. Yanında hazır duran oğullar (verdim);

14. Ona hər şeyi artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).

15. (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.

16. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.

17. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!

18. O (Quran barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.

19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?

20. Birdə ölüm olsun! Necə ölçdü-biçdi?

21. Sonra (qövmünün üzünə) baxdı.

22. Sonra üz-gözünü turşutdu, qaş-qabağını tökdü.

23. Sonra da (imandan) üz üevirdi. (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.

24. Və dedi: Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!

25. Bu yalnız bəşər sözüdür!

26. Biz onu Səqərə atacağıq. (Orada yandıracağıq).

Buradan da məlum olur ki, Vəlid Allah-təalanı elm və fəsahət cəhətdən qəbul etmişdir. Lakin onun qəlbində iman olmadığı üçün şeytan onu haqq yoldan azdırdı.

Belə insanlar tarixdə çox olmuşdur. Məsələn Harun ər-Rəşidin tarixinə nəzər saldıqda görürük ki, o da Allahı tanıyırdı lakin qəlbən Ona iman gətirmədiyi üçün dünyapərəstik və vəzifə onu haqqdan uzaqlaşdırmışdı.

Məmun Harun ər-Rəşidin oğlu idi. O deyirdi ki, mən Musa ibn Cəfər kimi imama hörmət etməyi atam Harundan öyrənmişəm. Bir gün gördüm ki, İmam Musa ibn Cəfər(ə) bizə gəldi. Atam ona çox böyük hörmət bəsləyərək o həzrəti gətirib yuxarı başda əyləşdirdi və onun qarşısında çox ədəblə əyləşdi. İmam gedəndə yenə də atam onu çox böyük hörmət və ehtiramla yola saldı və qardaşım Əminə dedi ki, get, İmamı qapılarına qədər yola sal. Bu hadisənin üstündən bir müddət keçəndən sonra atamdan soruşdum: “Ata, sənin əyləşdiyin bu xilafət məqamı kimindir?” Atam dedi: “Bütün bu səltənət və xilafətin hamısı Musa ibn Cəfərindir(ə).” Dedim: “Ata, onda bəs niyə görə bu xilafəti öz sahibinə vermirsən?” Atam dedi: “Oğul, mal-dövlət və vəzifəpərəstlik çox şirin olur. Mən bilirəm ki, Musa ibn Cəfər(ə) Allahın höccəti və insanların imamıdır. Lakin bu mal-dölvətdən və səltənətdən əl çəkmərəm. Əgər bilsəm ki, sənin də mənim səltənət və xilafətimdə gözün var, səni də öldürərəm.”

Harun bilirdi ki, İmam Musa ibn Cəfər(ə) yer üzündə Allahın höccətidir. Onun əqli imanı var idi, lakin vəzifəpərəstlik və mal-dövlət ehtirası onun qəlbində yer tutduğu üçün bu iman onu idarə və islah edə bilmədi. Çünki Harun ər-Rəşidin qəlbinə iman daxil olmamışdı.

Buna görə də insanın Allaha qəlbən imanı olmazsa, heç bir şey onu idarə və islah edə bilməz. Və əqli iman da insanı adi halda idarə və islah edər, lakin nəfsani qüvvələr tüğyan etdiyi zaman əqli dəlillərlə əldə edilən iman insanı günahdan saxlaya bilmir.

3. Qəlbən Allaha iman gətirmək.

İmanın üçüncü və ən əsas növü qəlbdə qərar tutan və insanın qəlbinə nüfuz edərək onu hidayət edən imandan ibarətdir. Belə bir iman insanı bütün hallarda idarə və islah etmək imkanına malikdir. Ötən bəhslərdə sadaladığımız amillərin hər birinin müxtəlif nöqsan və çatışmamazlığı olduğundan insanı mükəmməl şəkildə idarə və islah edə bilmir. Lakin qəlbdə olan imanın heç bir nöqsan və çatışmamazlığı olmadığından insanı bütün hallarda idarə, islah və hidayət edə bilir.

Burada bir mətləbə işarə etmək lazımdır ki, qəlbi imanla əqli imanın heç bir ziddiyyəti yoxdur. Yəni, belə deyil ki, insanda qəlbi iman olanda əqli iman olmasın və yaxud əksinə əqli iman olduqda qəlbi iman olmasın. Bu fikir səhv bir fikirdir. Çünki, bəzi vaxtlar ağıl bir şeyə inanır, lakin insan ona şəkk edir. Amma qəlbən bir şeyə iman və inam olarsa, elə bil ki, onu görür. Və təbi məsələdir ki, insan bir şeyi görərsə heç vaxt ona şəkk-şübhə etməz. Buna görə də Allaha qəlbən iman gətirib Ona inanmaq insanı hər cür şübhələrdən və vəsvəsələrdən uzaqlaşdırır.

Allaha qəlbən iman gətirməyin

əlamətləri

Allaha qəlbən iman gətirməyin müxtəlif əlamətləri vardır. İnsan bu əlamətlərin vasitəsi ilə qəlbi imanı tanıyır və başa düşür ki, bu əlamətlər Allaha qəlbən inanmağın əlamətləridir.

Alimlər Quran ayələrinə və Peyğəmbər və imamların hədislərinə əsasən Allaha qəlbən iman gətirməyin dörd əlaməti olduğunu bəyan etmişlər.

1. Qəlbi imanın birinci əlaməti budur ki, insan həmişə Allahın onun bütün əməl və hərəkətlərini gördüyünü başa düşməlidir. Buna işarə olaraq Allah-təala Quranda belə buyurur:

أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى

Məgər (insan) bilmir ki, Allah (onun bütün əməllərini) görür?!1

Əgər bir insan Allahın onun bütün əməllərini gördüyünü düşünsə, heç vaxt günah etməz. Günah edən və günaha düşən şəxslər, Allahı öz başları üzərində nəzarətçi olduğunu hiss etmədiklərindən və Allaha qəlbən imanları olmadığından o günahları edirlər.

Alimlərdən birinin əhvalatında belə yazırlar. Nəcəf şəhərində çox uzun müddət dini təhsil aldıqdan sonra vətəninə qayıtmaq istədikdə öz ustadının hüzuruna gedib onunla vidalaşır və ustadından onu sonuncu dəfə moizə və nəsihət etməsini xahiş edir.

Ustadı ona Ələq surəsinin 14-cü ayəsini oxuduqdan sonra belə buyurur: Heç vaxt bu ayəni yadından çıxarma və harada olursan ol, Allahı öz başın üzərində sənə nəzarətçi olduğunu unutma.

قَالَ رَسُولَ اللهِ(ص): أُعْبُدُاللهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَراهُ فَإِنَّهُ يَراكَ

Həzrət Peyğəmbər(s) buyurur: “Allaha elə ibadət et ki, elə bil Onu görürsən. Əgər sən Onu görməsən də (bil ki,) O, səni görür.” 1

Ümumiyyətlə insan gərək Allahı öz başı üzərində nəzarətçi bilməlidir. Əgər belə olarsa insan həmişə günahdan qorub islah olar.

Böyük alim və ariflərdən biri günah iş görmüşdü. Sonradan tövbə edib Allahdan bağışlanmasını dilədi. Lakin görürdülər ki, həmin alim həmişə çox narahatdır. Ona dedilər: Sən bir günah etdin və sonradan Allahdan bağışlanmağını istədin. Allah da sənin tövbəni qəbul edib. Sizlər həmişə camaata deyirdiniz ki, Allah rəhimlidir və bütün insanları bağışlayır. Amma sən tövbə etdikdən sonra da narahatsan. Məgər Allah sənin günahlarını bağışlamayıb? Arif dedi: Düzdür Allah bağışlayan və mehribandır. Mən ümidvaram ki, O, mənim günahımı bağışlayar. Lakin hər dəfə etdiyim günahı xatırlayanda və Allahın məni o günahı etdiyim halda görməsi yadıma düşəndə xəcalət çəkirəm.


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin