Sual 498. Bir yeri məscid tikmək camaatın ixtiyarına qoydum. Bu şərtlə ki, yerin qiymətinin yarısını mənə versinlər. Amma divar götürəndən sonra işi dayandırdılar. Namaz qılanların öhdəsinə qoyulmadığı və məscid siğəsinin oxunmamasını nəzərə alsaq, o yeri keçmiş vəziyyətinə qaytara bilərlərmi?
Cavab:Qeyd olunan xüsusiyyətlərə diqqət etməklə daha yaxşıdır ki, tədricən məscid formasına gətirsinlər və ondan istifadə etsinlər.
Sual 499. Bə’zi məscidlərdə xətm və fatihə məclisləri zamanı səs paylayıcını çölə çıxardırlar. Nəzərə almaq lazımdır ki, xəstələr və qocalar səsdən əziyyət çəkirlər, bu iş düzgündürmü?