Cavab: Səhihdir, təkrarlamaq lazım deyil, amma indi cümə quslu ilə yanaşı dəstəmaz da alın.
Sual 597. Bir şəxs namazın qiraətindən mə’lumatı olmayıb, başqası da ona deməyib. İndi namazlarının səhv olduğunu başa düşüb, gərək namazlarını qəza etsin?
Cavab:Əgər öyrənməyə çalışıbsa və öz namazlarını səhih bilibsə, sonradan səhv olduğunu başa düşsə təkrarlamaq lazım deyil.
Sual 598. Bir şəxs neçə illərdir namaz qılır, indi başa düşüb ki, namazlarını səhv qılırmış, keçmiş namazlarının qəzası lazımdırmı?
Cavab: Əgər səhih oxumağı öyrənə bilərdisə, amma səhlənkarlıq edib səhv qılıbsa gərək onları qəza etsin.
Sual 599. Səfərdən qayıdan müsafir zöhr və əsr namazlarını yolda qılmamışdır. Günün batmasına bir saat qalmış vətəninə çatmış, amma zöhr və əsr namazını qılmağı unutmuşdur. Onların qəzasını qəsr, ya bütöv yerinə yetirməlidir?
Cavab: Verilən suala əsasən, vətəninə çatanda zöhr və əsr namazının vaxtından qalmışdır. Zöhr və əsr namazını bütöv qəza etsin. (Yə’ni dörd rəkət qılsın).
Sual 600. Bir şəxs zöhr namazının əvvəl vaxtında vətənində olub, namazını qılmayıb səfərə gedib. Səfərdə də namazını müəyyən səbəblərə görə qılmadığı üçün namazı qəza olmuşdur. İndi vətəninə qayıdıb həmin namazı qəsr qəza etsin, ya tamam?
Cavab: Namazın qəzaya getdiyi axır vaxtda səfərdə olmuşdur. Bunun üçün onun qəzasını qəsr qılsın.