Sual 715. Cümə namazının İmam Zamanın (ə) qeybət dövründə hökmü nədir?
Cavab: Vacibi təxyiridir (yə’ni insan zöhr və ya cümə namazı qılmaqda ixtiyar sahibidir) və zöhr namazı kifayət edər.
Sual 716. Cümə namazını müsafir olan şəxsin İmam-camaat olması ilə qılmaq düzgündür, ya xeyr?
Cavab: Ehtiyatın xilafınadır.
Sual 717. Müsafir şəxslərin cümə namazında iştirak edib İmam-cüməyə iqtida etmələri səhihdirmi? Yoxsa, onlar öz zöhr namazlarını ayrılıqda qılsınlar?
Cavab: İştirak etmələri düzgün, hətta müstəhəbbidir və zöhr namazını qılmaq lazım deyil.
Sual 718. Cümə namazı təşkil olunan vaxt bir qrup insanlar ayrı-ayrı məscidlərdə və başqa yerlərdə zöhr namazını təklikdə və ya camaatla qılırlarsa bunun işkalı varmı?
Cavab: Maneəsi yoxdur, üzürlü səbəb olmadığı halda cümə namazında iştirak etsələr daha yaxşıdır.
Sual 719. Cümə namazının xütbələri oxunan zaman mə’mumlar namaz halında oturduqları kimi oturmalıdır, ya ətrafa baxmaq düzgündürmü?