Sual 720. Cümə namazı tamamlanandan sonra zöhr namazını təkrar qılmağın hökmü necədir? Əsr namazını qılan İmam-cüməyə ehtiyata görə zöhr namazını qılan şəxsin iqtida etməsi necədir?
Cavab:Təkrar qılmağın maneəsi yoxdur və hər bir halda əsr namazını İmam-cüməyə iqtida edib qılmaq səhihdir.
Sual 721. Xarici ölkələrdə cümə namazını qılmağa icazə verirsinizmi?
Cavab: Şərait olan surətdə maneəsi yoxdur.
Sual 722. Mə’mum cümə namazının ikinci rəkətində qunutdan sonra səhvən rükuya getdikdən sonra başa düşüb ki, camaatla birgə səcdəyə getməliymiş. Buna görə də o, rükudan qalxıb səcdəyə gedir. Bu artıq rüku namazı batil edirmi?
Sual 723. Cümə namazının birinci rəkətində mə’mum səhvən rükuya getsə və rükuda olanda İmamın qunuta məşğul olduğunu başa düşsə rükudan qalxıb qunutu İmamla birlikdə oxuyub sonra yenidən rükuya gesə, bu rükunun artıq olması namazı batil edirmi?
Cavab: Verilən suala əsasən tabeçilik qəsdi ilə rükudan qalxmışdır, rükunun artıq olması namazı batil etmir.