Cavab: Pakdır, əgər nəcasətin zərrəcikləri ilə birlikdə olmasa.
Sual 126: Sidiyin məxrəcini necə pak etmək lazımdır?
Cavab: Kürr suya bitişik olan şlanq suyu ilə bir dəfə yumaq kifayət edər, amma az su ilə gərək iki dəfə yuyulsun. Əgər sidik kanalı sidikli olmasa az su ilə də bir dəfə yumaq kifayət edər, amma daha yaxşıdır ki, iki dəfə yuyulsun.
Sual 127: Ayaqyolunda üzü, ya arxası qibləyə oturan şəxsə bu işin haram olmasını xatırlamaq vacibdirmi?
Cavab: Hökmü və mövzunu bilirsə (yə’ni bu əməlin haram olduğunu bilirsə) və qibləni tanıyırsa bu halda əmr be mə’ruf və nəhy əz münkər baxımından yada salmaq vacibdir. Əgər cahillik üzündən olsa (yə’ni təxəlli halında üzü ya arxası qibləyə oturmağın haram olduğunu bilmirsə) bu halda doğru yol göstərmək üçün məsələni yada salmaq vacibdir. Əgər mövzunu bilmirsə (yə’ni məsələni bilir, amma qibləyə tərəf oturduğunu bilmirsə) o halda yada salmaq vacib deyil.
Sual 128: Binanın tualeti 7-10 dərəcə qiblədən sağa ya sola meyl etmişdir, bu qədər dönmə kifayət edərmi?
Cavab:Ümumiyyətlə əgər, bu qədər yana dönmə camaat arasında üzü, ya arxası qibləyə oturmaq sayılmazsa, maneəsi yoxdur.