ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə30/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   26   27   28   29   30   31   32   33   ...   249
Sual 131: Çox şəkk edən bir şəxs hər şeyi nəcis bilir, qonaqlıqda yeməyi nəcis bilir, qapı və divarı nəcis bilir və s. bu cür əqidə və rəftar səhihdirmi?

Cavab: Gərək şəkkinə e’tina etməsin və niyyətini paklığa qoysun. Bu kimi rəftar şəriətin, ağlın və adət-ən’ənənin xilafına olan bir gediş, eyni zamanda şeytanın ardınca getməkdir. Müsəlman gərək İslam göstərişlərinə uyğun əməl etsin.

Sual 132: Bə’zi şəxslər dəstəmaz və quslda həddən artıq su tökür, əllərinə və bədənlərinə əl çəkir və bu kimi ehtiyat üçün etdiklərini deyirlər. Xanımlardan da bə’ziləri paltar və başqa şeyləri yuyub suya çəkəndə və ya dəstəmaz almaq üçün çoxlu su istifadə edirlər. Çox vaxt hər dəstəmaz və namazdan əvvəl ayaqlarını suya çəkir və deyirlər ki, ürəyimizə yatmır, ehtiyat yaxşıdır. Bu əməllər şəriətə uyğundur, üstünlüyü vardır və ya ehtiyatdırmı?

Cavab: Bir maenəsi yoxdur, öz-özlüyündə ehtiyata görə yaxşıdır və şər’i cəhətdən üstünlüyü vardır. Lakin bəzən bu kimi şeylər şəriətin və ağlın ziddinədir. Bu kimi hallarda ehtiyat etmək nəinki üstündür, hətta ehtiyat, ehtiyatı tərk etməkdədir. Məsələn: əgər ehtiyat adamı vasvasılığa vadar etsə, yə’ni əl çəkmək, suyu artıq tökmək, əli, ayağı və paltarı səbəbsiz suya çəkmək insanı vasvasılığa düçar edərsə, şəriətin ziddinədir və haramdır. Necə ki, bu mətləbi mərhum Seyyid (r) “Ürvətül-Vüsqa” əsərində və başqa böyük alimlər öz kitablarında buyurmuşlar. Xüsusilə, dəstəmazda diqqət olunsun. Əgər bir şəxs dəstəmaz aldıqda vasvası olsa, belə ki sol əlinə həddən artıq su tökərsə, onun dəstəmazının düzgünlüyündə işkal vardır. Çünki, yeni su ilə məsh etməsi lazım gəlir. Bəlkə əgər suyu çox tökməsə də, həddindən çox əlini sol əlinə çəkməsinin özündə də dəstəmazın düzgünlüyünə işkal gətirir. Çünki, bu iş onunla məsh edilən əlin rütubəti, dirsəyinin rütubəti ilə qarışır və məsh qarışıq su ilə yerinə yetirilir.1

Bundan əlavə, vasvasılıq nəfsani və şeytani xəyalın hallarındandır. Belə hallar özü-özlüyündə bəyənilməmişdir və insanın ağılsızlığının nişanələrindən sayılır. Çünki, bu kimi hallar vaxtın, ömrün hədərə getməsinə səbəb olur. Bəzən vacib və ya haram olan bir işin yerinə yetirilməməsinə bais olur. Bu səbəbə görə alimlərin bir çoxu buyurmuşlar ki; «Vasvasılığa əməl etməyin haram olmasını söyləməyin işkalı yoxdur.»

Bəziləri isə belə buyurmuşlar ki: “İnsanın özünü vasvasılıq astanasında qərar verməsi haramdır. Çünki, bu əməl şeytana itaət etmək deməkdir. Şeytana itaət etmək Allahın bəyənmədiyi işlərdəndir.” Bunlara əlavə olaraq, səhih rəvayətlərdə Abdullah ibn Sənan deyir: “İmam Sadiqin (ə) xidmətində dəstəmaz və namazda vasvasılığa düçar olmuş bir adamın adını çəkib dedim ki, o ağıllı şəxsdir. Həzrət buyurdu ki, şeytana itaət edən şəxs necə ağıllı ola bilər? Soruşdum: Şeytana necə itaət edir? Buyurdu: Özündən soruş, onda olan vasvasılıq halı haradan və nədəndir (yə’ni bunun əsl səbəbi nədir)? Deyəcək: Bu hal və gediş şeytan əməlidir.”2.

Başqa bir hədisdə Həzrət buyurur: “Xəbis şeytanı özünüzə öyrəşdirməyin. Çünki, o xəbis bir şeyə öyrəşsə adətkar olar. Onun hədəf və istəyi ona itaət etməkdir.” Buna görə ağıllı və mömin şəxs gərək həddindən artıq əl sürtmək və yersiz su tökməkdən çəkinsin. Məbada şeytanın tələsinə düşməklə ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə və israf etsin. Bəzən özünə ziyan, xəstəliyə, ayaq ağrısına, yaşayışdan geridə qalmaq və suyu hədərə vermək və s. kimi şeylərə səbəb olur. Xüsusilə, öz yaşayışını təmin etməkdən ötrü bir içim suya ehtiyacı olan şəhərlərdə və başqa yerlərdə yaşayan insanlar çoxdur. Allah bizi və bütün möminləri bu kimi şeytani vasvasılıqdan uzaq etsin və qorusun.




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin