|
|
səhifə | 41/249 | tarix | 04.01.2022 | ölçüsü | 1,08 Mb. | | #54587 |
| Sual 165: Əgər bir nəfər başı məsh etməzdən əvvəl üzərində su damlaları olan kranı bağlasa, sonra isə məsh etsə dəstəmazı necədir?
Cavab: Əgər kranın üzərində olan nəmlik az olsa və ələ keçməsə eybi yoxdur.
Sual 166: Əgər dəstəmazda ayağın üstünü bir dəfə məsh etsək, amma su ona yaxşı dəyməsə nə etməliyik?
Cavab: O yeri qurudub ikinci dəfə məsh edin. Yaxud da quru qalan yeri ayaq barmaqlarından birinin ucundan hündür yerə məsh edin.
Sual 167: Başın qabaq tərəfində çox tük olarsa, onların üstünə məsh etmək düzgündürmü?
Cavab: Deyilən halda başın qabaq hissəsinin tüklərini aralayıb onların dibini məsh edin.
Sual 168: Başı məsh etdikdə əl, alına dəyərsə dəstəmaz düzgündürmü?
Cavab: Başın məsh edilməsi düzgündür. Lakin ayağı məsh etmək üçün əlin ovucu ilə məsh etmək lazımdır ki, üzün suyu ilə qarışmış olsun.
Sual 169: Əgər ayağın üstü nəcis olsa və onu məsh etmək üçün yuya bilməsə vəzifəsi nədir?
Cavab: Gərək namaz üçün təyəmmüm etsin.
Dostları ilə paylaş: |
|
|