Sual 269. Kağız pulların, biletlərin və digər şeylərin üzərində olan İran İslam respublikasının gerbinin şəklinə dəstəmazsız toxunmaq olarmı?
Cavab: Onlara dəstəmazsız toxunmamaq daha yaxşı olar. Bəli onlara toxunmaq ehtiramsızlığa səbəb olarsa icazə verilmir.
Sual 270. Allah kəlməsinə aid olan Abdullah, Həbibullah və buna oxşar olan adlara dəstəmazsız toxunmaq olarmı? Həmçinin dəstəmazsız qadınlar üzərində Allah kəlməsi həkk olunmuş boyunbağıları boyunlarına asır, bə’zən Allah sözü onların bədənlərinə yapışır. Peyğəmbərlərin və İmamların adlarını da buna əlavə etmək olar. Bu məsələlərin hökmü necədir?
Cavab: Yaxşı olar ki, Allah-Təalanın adına harada, necə və hansı dildə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunulmasın. Yə’ni bədənin hər hansı bir yerini dəstəmazsız ona toxundurmasınlar; peyğəmbərlərin və imamların da adları belədir. Əgər bu ehtiramsızlığa səbəb olarsa (dəstəmazsız toxunmağa) icazə verilmir.