Sual 306. Meyyitin bədəninin soyumasında şəkkimiz olsa, ona əl vurmaq qusla səbəb olarmı?
Cavab: Verilən suala əsasən qusul vacib olmur.
Sual 307. Şəhidə əl vurmaq məss-meyyit qusluna səbəb olurmu?
Cavab: Xeyr, şəhidə meyyit quslu vacib olmadığına görə ona toxunmaq da məss-meyyit qusluna səbəb olmaz.
Sual 308. Quslu verilməyən bir şəhidin bədəni və cəbhədən gətirilən bir neçə il bundan qabaq şəhid olanların sümükləri pakdırmı?
Cavab: Bəli, zahirən pak hökmündədir. Ona əl vurmaq nəcasətə səbəb olmaz, ona toxunmaqla məss-meyyit qusluna səbəb olmaz.
Sual 309. Bir şəxs cənazənin paltarından tutub onu sudan çıxartmışdır, amma meyyitin bədəninə əl toxunmamışıdır, onun vəzifəsi nədir?
Cavab:Sudan çıxardan şəxsin əli meyyitin paltarının yaşlığı ilə nəcis olub, gərək pak etsin. Amma verilən suala əsasən, əli meyyitin bədəninə toxunmadığı üçün məss-meyyit quslu vacib deyil.
Sual 310. Bir şəxsin ayağı topuqdan kəsilmişdir, ona əl vurmaq məss-meyyit qusluna səbəb olarmı?
Cavab: Bəli, əgər insanın bədənindən kəsilən bədən üzvü sümük və ətlə birgə olsa məss-meyyit qusluna səbəb olar.
Sual 311. Bir şəxsin qarnından sümüyü olmayan əzalardan bəzisini çıxardıblar. Sümüksüz əzaya toxunmaq məssi-meyyit qusluna səbəb olarmı, təharət və nəcasət baxımından onun hökmü nədir?
Cavab: Verilən suala əsasən məss-meyyit qusluna səbəb olmaz, amma nəcisdir.
Sual 312. Əgər kafirin cənazəsinə meyyit quslu verdikdən sonra ona əl vursalar məss-meyyit quslu vacib olurmu?
Cavab: Qeyri müsəlmana qusl vermək, istər mürtəd olsun, şər’i cəhətdən düzgün deyildir. Əgər qusl versələr də belə o qusl hesablanmır, ona toxunmaq məss-meyyit quslunun vacib olmasına səbəb olar.
Sual 313. Ölmüş kafirin nəcisliyi meyyit quslu ilə aradan gedirmi?
Cavab: Qeyri müsəlmanın cənazəsinin nəcisliyi haldan-hala keçməklə, ya torpağa qarışmaqla aradan gedib pak olar.
Sual 314. Meyyitə qusl verən şəxs əlcəkdən istifadə etsə və əli meyyitin bədəninə toxunmasa məssi-meyyit quslü vacib olarmı?
Cavab: Verilən suala əsasən qusl vacib deyil.
Sual 315. Bir şəxs meyyitə təyəmmüm vermişdir, məss-meyyit quslu ona vacibdirmi?
Cavab: Bəli, ona məss-meyyit quslu vacibdir.
Sual 316. Üzrlü səbəbdən qusl yerinə meyyitə təyəmmüm etmişlər, təyəmmümdən sonra əl vurmaq məssi-meyyit qusluna səbəb olurmu? Meyyitin bədəni təyəmmümlə pak olur, ya xeyir?
Cavab: Ona toxunmaq ən güclü rə’yə əsasən məss-meyyit qusluna səbəb olmaz. Amma ehtiyat yaxşıdır. Ən güclü rə’yə əsasən meyyitin bədəni təyəmmümlə pak olmur.
Sual 317. Məssi-meyyit edən bir şəxsin namaz üçün dəstəmaz da alması lazımdırmı?