ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə88/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   84   85   86   87   88   89   90   91   ...   249

MEYYİTİN DƏFNİ


Sual 357. Bir şəxs vəsiyyət etmişdir ki, onun Qu’ranını təbərrük qəsdi ilə onunla qəbrə qoysunlar. Bu cür vəsiyyət səhih və yerinə yetirilməsi lazımdırmı?

Cavab: Bəli, Qu’ran onun malının üçdə birindən artıq olmasa, ya əgər artıq olsa vərəsə icazə versə vəsiyyət səhihdir və yerinə yetirilməsi lazımdır.

Sual 358. Bir şəxsi vəsiyyətinə əsasən məsciddə dəfn ediblər. Bu vəsiyyət və dəfn düzgündürmü?

Cavab: Məsciddə meyyitləri dəfn etmək məscidə bağlı olan hissələrdə düzgün deyil. Bu cür vəsiyyət də səhih deyil. Çünki, vəqfin ziddinə olan bir işdir. Suala əsasən əgər cənazəni təzə dəfn ediblərsə, iylənməyibsə gərək qəbri açsınlar cənazəni çıxardıb başqa bir yerdə dəfn etsinlər. Bu iş o halda düzgündür ki, bir şəxs öz mülkünü məscidə vəqf edir və öz dəfni üçün əvvəldən bir yeri tə’yin edir. Bu surətdə onun dəfni o yerdə, ya o məscidin kənarında və yaxud məscidin yolu üstündə olsa heç bir maneəsi yoxdur.

Sual 359. Meyyitin sü’ni dişlərini (əgər qızıl olsa) çıxartmağın hökmü nədir?

Cavab: Əgər meyyitin əziyyətinə səbəb olmazsa heç bir maneəsi yoxdur.

Sual 360. Qəbirlərin üzərində məqbərə, otaq tikdirmək və ya qəbir ətrafına hasar çəkdirmək caizdirmi?

Cavab: Bu cür işlər adi insanlar üçün düzgün deyil və şər’i üstünlüyü də yoxdur. Əlavə olaraq, ümumi dəfn üçün vəqf olunan qəbrstanlıqlarda ölülərin dəfninə mane olan hər cür zəbt etmə də səhih deyildir və vəqfin xilafınadır. Meyyitə heç bir faydası da yoxdur. Daha yaxşıdır ki, bu cür işlərə sərf olunan pullar meyyitin niyyəti ilə ona xeyri olan sədəqə, başqa xeyirli və savab işlərə sərf olunsun.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin