Cavab: Əgər bilərəkdən və e’tinasızlıq üzündən onu ayaqlayırsa Qur’anı təhqir etməkdir. Buna icazə verilmir. Bundan əlavə namazın da eybi var.
Sual 442. Musiqi səsi eşidilən yerdə namaz qılmaq düzgündürmü?
Cavab: Tar və başqa əyləncə alətlərindən istifadə olunan (namaz qılanın eşitdiyi halda belə) yerdə namaz qılmaq batildir. Əgər namaza başladıqdan sonra əyləncə məclislərinə münasib olan həyəcanlandırıcı musiqi səsi eşidilsə və namaz qılan şəxs qulaq asmasa namazı düzgündür. Amma namaza başlamazdan əvvəl başqa yerdən səs eşidilsə imkan daxilində namazı başqa yerdə qılmalıdır.
Sual 443. Mənzilin yeri və xalça mübahdır, amma xalçanın altında olan qəsbidir, onun üzərində namaz qılmağın hökmü nədir?
Cavab: Qəsbi bir şeyin üzərində əgər bir vasitə ilə olsa da oturmaq və qalxmaq caiz deyil. Onun üzərində namaz batildir.
Sual 444. Mənim qeyri-şər’i (haram) yolla pul qazanan dostum və bir qohumum vardır. Həmin pulla mənzil və xalça alıb, bizi də’vət edir, ya qohumluğa görə onun mənzilinə gedirik. Onun mənzilində namazımızın nə hökmü vardır?
Cavab: Yerin və xalçanın haram olmasını bilməsəniz namaz qılmağın eybi yoxdur.
Sual 445. Bir şəxs məsciddə camaat namazında yer saxlayıb və çölə çıxıb. Camaat namazı başlayana kimi qayıtmamışdır, camaat namazı başlananda onun haqqı o yerdən götürülürmü və başqaları o yerdən istifadə edə bilərmi?
Cavab: Camaat namazı başlayandan sonra ehtiyat odur ki, İmam birinci rəkətin rükusuna gedənə qədər onun yerini tutmasınlar. Bəli, əgər birinci cərgədə yer tutubsa birinci rükuya qədər səbr etmək cərgənin birləşməsində ixtilafa səbəb olar, bu surətdə səbr etmək lazım deyil.