Sual 466. Şəhərlərin bə’zisində böyük salonların olmamasına görə tələbələrin imtahanlarını məsciddə təşkil edirlər. Diqqət etmək lazımdır ki, iştirak edənlərin əksəriyyəti qızlardır, onlardan da bə’ziləri aylıq-adət halında olurlar. Həmin imtahanlarda iştirak etmək məcburidir, imtahanda iştirak etməsələr onların bir illik zəhməti zay olacaqdır. Lütfən buyurun:
Məscidi qızların imtahanları üçün təşkil etmək düzgündürmü? Məsciddə təşkil olunan surətdə aylıq adəti olan qızlar orada iştirak edə bilərlərmi?
Cavab: 1) Qızların imtahanlarını təşkil edənlərə bu cəhətə riayət etmələri lazımdır. İmtahanları məsciddə yox, ən azı Hüseyniyyələrdə təşkil etsinlər.
2) Yuxarıda qeyd olunan halda, zərurət varsa məscidin içərisinə girməyin heç bir maneəsi yoxdur.
Sual 467. Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi?
Cavab: Əgər şər’i üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.
Dostları ilə paylaş: |