Sual 510. Məscidin səspaylayıcısı azanı kaset vasitəsi ilə ətrafa yayır. Həmin azanla namaz qılmaq düzgündürmü və savabı varmı, ya gərək əlavə azan deyilsin?
Cavab:Maqnitafon kasetlərindən verilən azan namaz azanı üçün səhih deyildir.
Sual 511. Əşhədu ənnə Əliyyən vəliyullah cümləsi azan və iqamənin bir hissəsidirmi? Azan və iqamədə “Əşrəful-ənbiyayi vəl mursəlin,, demək səhihdirmi?
Cavab: Qeyd olunan cümlələr azan və iqamənin cümlələrindən deyil, onları azan və iqamənin bir hissəsi olmadan deməyin bir maneəsi yoxdur, hətta üstünlüyü vardır.