Sual 538. Mən neçə il namaz qılmışam. İndi mə’lum olub ki, məsələni bilmədiyimə görə namazın həmd və surəsinin qiraəti səhih olmayıb, namazları qəza etməliyəmmi?
Cavab: Əgər məsələni bilmədiyinizi bilirmişsinizsə və sual verməkdə, öyrənməkdə e’tinasızlıq göstərmisinizsə müqəssirsiniz, gərək səhih qılmadığınız namazları qəza edəsiniz. Amma əgər düzgün oxumadığınızı bilməmisinizsə və namazların səhih olduğuna e’tiqad etmisinizsə qəzası yoxdur.
Sual 539. Vəqfdə (dayanmaqda) əsas səbəb nəfəsi təzələməkdir, yoxsa bir az dayanmaq kifayət edər?
Cavab: Bir az dayanmaq kifayət edər, nəfəsi təzələmək lazım deyil.
Sual 540. Namazı ucadan və alçaqdan oxumaqda səbəb nədir?
Cavab: Ucadan oxumaqda səbəb səsi zahir edib açıq demək və alçaqdan oxumaqda səbəb isə səsi zahir etməməkdir. İnsanın ətrafında olan adamlar səsi eşitsələr də belə.