Sual 54: Nəcis bir yerin üzərinə sərilmiş yorğan oradan nəm çəkib ağırlaşmışdır. Nəcisdirmi?
Cavab: Əgər yer rütubətli olubsa, yorğan nəm çəkərək ağırlaşıbsa nəcis deyildir. Lakin, əgər yer yaş olub və yaşlıq yorğana yetişibsə, nəcis olmuşdur.
Sual 55: Əl-üz yuyulan yerin və tualetin divarı bir metr hündürlükdə nəm çəkmişdir, nəcisdir, ya yox?
Cavab: Suala əsasən, divar nəcis deyildir.
Sual 56: Nəcislənmiş suyun və ya sidiyin buxarı nəcisdirmi?
Cavab: Buxar mütləq şəkildə pakdır.
Sual 57: Nəcis neftin, çubuğun və yaxud başqa nəcis olan şeylərin tüstüsü pakdırmı?
Cavab: Əgər qara his halında cəm olsa və onda nəcislə qarışmış zərrəciklər olmasa, pakdır.
Sual 58: Nəcis şey neçə vasitə murdarlayıcı olur?
Cavab: Üç vasitə murdarlayıcıdır.
Sual 59: Murdar sudan içmək və ya təharət üçün istifadə etmək olarmı?
Cavab: Caiz deyildir.
Sual 60: Bə’zən, düşmək vaxtı çatan bədən dərisini qoparan zaman onunla yanaşı vaxtı çatmamış dəri də qoparılır. Qoparılan zaman qanaxma, göynəmə və ağrı olmasa, qopardıb atmağın eybi vardırmı və nəcis olurmu?
Cavab: Eybi yoxdur və nəcis olmur.
Sual 61: Ov iti, yaxud çoban iti başqa itlər hökmündədirmi?
Cavab: Nəcasət cəhətdən başqa itlərdən fərqi yoxdur.
Sual 62: Nəcis yeyən heyvanın əti və yumurtası nəcisdirmi?
Cavab: Xeyr, nəcis deyil, amma gərək onu yeməkdən çəkinsinlər.
Sual 63: Süd sağılan vaxt üstündə köpük yaranır. Əgər quru qan zərrəcikləri onun üstünə tökülərsə süd nəcis olurmu?
Cavab: Nəcis olur; lakin o qanı və köpükləri götürərkən südə toxunarsa və ya onu götürəndən sonra yenə südün üstündə köpük qalsa nəciz olmaz.
Sual 64. Əti halal olan heyvanın qanı nəcisdirmi?
Cavab: Nəcisdir. Amma bir dirhəm ölçüsündən az olsa onunla namaz qılmağın eybi yoxdur.
Sual 65. Əgər yumurtada bir miqdar qan müşahidə olunsa, hökmü necədir?
Cavab: Nəcis deyildir. Amma o qanı yeməkdən çəkinsinlər.
Sual 66. Südün içərisində bir miqdar qan olarsa, onu nəcis edirmi?
Cavab: Əgər mə’lum olsa ki, qan südün içərisindədir, bütövlükdə nəcis olur.
Sual 67. Sarı və ağ spirt nəcisdirmi?
Cavab: Texniki spirt və əczaçılıqda, iynə vurulanda və bu kimi şeylərdə istifadə olunan spirtlər nəcis deyildir.
Sual 68. İt və kafir kimi nəcisül-eyn olanların bədənindən bir hissə müsəlmanın bədəninə köçürülərsə, hökmü nədir?
Cavab: Müsəlman bədəninin hökmünü tapacaqdır.
Sual 69. Əgər insan üzvlərini verən kafir olsa, kəsilmiş üzv müsəlmanın bədənində ruh daxil olmamışdan əvvəl, ya sonra hansı hökmədir?