Sual 586. Bir şəxs bilmir ki, onun namaz və orucdan qəzası var, ya xeyr? Vəzifəsi nədir?
Cavab: Namaz və orucun qəzaya gedib-getməməsində şəkk olunan halda onun boynuna bir şey gəlməz.
Sual 587. Bir şəxsin bir müddət qəzası vardır, öz vacibi namazını əda edəndə bir, ya iki qəza namazını da yerinə yetirə bilərmi? Ya öz qəza namazını ardıcıl qılmalıdır?
Cavab:Hər iki halda səhihdir. Əgər qəza namazlarının tərtibini bilsə, tərtiblə qəza etməsi lazımdır.
Sual 588. Bir şəxs məğrib namazını qılıb, amma işa namazını unudub ya yuxuya gedərək qəzaya verib. O gecənin sabahısı günü ona oruc vacibdirmi?