Cavab: Verilən suala əsasən öz vəzifəsinə əməl etmişdir, qəza lazım deyil.
Sual 594. Bir şəxs dörd gün huşsuz olub, bu müddət ərzində qılmadığı namazların qəzası varmı?
Cavab: Bütün gün ərzində huşsuz olubsa və huşsuz olmağa özü səbəb olmayıbsa, qəzası yoxdur
Sual 595. İnfarkt keçirən bir şəxsin hərəkətsizlik üzündən fikri özündə olmayıb. Bu müddət ərzində qılmadığı namazların qəzası varmı?
Cavab: Əgər namazın vaxtını fikri özündə olmaması ucbatından müəyyən edə bilməyibsə, qılmadığı namazların qəzası yoxdur, amma əgər huşu özündə olub və səhlənkarlıq edibsə, namazın qəzalarını yerinə yetirməlidir. Əgər dünyadan gedibsə onun üçün qəza etsinlər.
Sual 596. Mən bir mərcəyi-təqliddən təqlid edirdim. Onun fətvası ilə cümə quslu ilə namaz qılmaq səhih idi. İndi isə sizə təqlid edirəm, buyurmusunuz ki, cümə quslu ilə dəstəmazsız namaz düzgün deyil. İndi cümə quslu ilə qıldığım namazları qəza etməliyəmmi?