Sual 621. Mənim çoxlu qəza namaz və orucum vardır, ömrümün axırına qədər özüm onları qəza edə bilmərəm, icazə verirsiniz naib ya əcir tutam?
Cavab: Nə qədər ki, sağsınız, namaz və oruc üçün əcir tutmaq səhih deyil. Gərək vəsiyyət edəsiniz özünüz qılmadığınız miqdarda vəfatınızdan sonra sizin üçün naib tutsunlar, ya qəza etsinlər.
Sual 622. Öhdəsində özünün qəza namazı olan bir şəxs meyyitin qəza namazları üçün əcir tutula bilərmi?
Cavab: Bəli, verilən suala əsasən başqası üçün əcir tutulmağın bir maneəsi yoxdur. Amma öz qəza namazlarında səhlənkarlıq etmək caiz deyildir.