Sual 932. Həddi-büluğun əvvəllərində məsələni bilməməzlik üzündən oruclarını yeyən şəxslərə qəzadan əlavə qəsdən iftar etdiklərinə görə kəffarə vardırmı?
Cavab: Ümumi halda əgər məsələni bilməyiblərsə və öyrənməkdə qəflətdə olublarsa, onlara təkcə qəza vacibdir. Əgər məsələyə diqqətli olublarsa və məsələni öyrənməyə qüdrətləri olduğuna ehtimal verilirsə, e’tinasızlıq və səhlənkarlıq üzündən soruşub öyrənməyiblərsə, qəzadan əlavə kəffarə də onların öhdəsindədir.
Sual 933. Qəza orucu olan bir şəxs müstəhəbbi oruc tuta bilərmi?