Sual 159: Vaxtın darlığına görə vəzifəsi təyəmmüm olan şəxs vəzifəsinin xilafına əməl edərək dəstəmaz alarsa, onun dəstəmazı səhihdirmi?
Cavab: Bəli, verilən suala əsasən, qəsdi qürbət olmuşdur. Onun dəstəmazı səhihdir.
Sual 160: Gözü görməyən şəxslər üçün Qur’ani-Kərimi xırda nöqtələr vasitəsilə deşərək yazırlar. Belə şəxslər bu nöqtələrin üzərinə əllərini sürtməklə oxuyurlar. Bu nöqtələr Qur’an xəttinin hökmündədirmi? Onun üzərinə dəstəmazsız məsh etmək caizdirmi?
Cavab: Soruşulan suala əsasən, Qur’an adını daşıyan bu nöqtələr də Qur’an ayələri qəsdi ilə tənzim olunmuş və hazırlanmışdır. Qur’an xəttinin hökmündə olduğu üçün ona dəstəmazsız məsh etmək caiz deyildir.
Sual 161: Qur’an ayəsi və səhifəsinin üzərinə şəffaf plastik vərəq çəkilmişdir. Cünub və ya dəstəmazsız bir şəxsin onun üzərinə əlini qoymasının hökmü nədir?