|
Dəstəmazda olan maneələrin aradan götürülməsi
|
səhifə | 42/249 | tarix | 04.01.2022 | ölçüsü | 1,08 Mb. | | #54587 |
| Dəstəmazda olan maneələrin aradan götürülməsi
Sual 170: Əlin üstündə olan rəng və ya avtoqələmin mürəkkəbi dəstəmazın düzgünlüyünə maneə yaradırmı? Sürmə və qadınların işlətdiyi rənglər necə?
Cavab: Əgər qatıdırsa və çöküntüsü varsa, dəstəmazın düzgünlüyündə nöqsan əmələ gətirər. Amma təkcə rəngin eybi yoxdur.
Sual 171: Dəstəmaz üzvləri yağlı olsa dəstəmaz düzgündürmü?
Cavab: Əgər yağlılıq az olsa və suyun dəriyə dəyməsinə maneçiliyi olmasa eybi yoxdur.
Sual 172: Bir nəfər dəstəmaz alandan sonra xəbərdar olsa ki, az miqdarda bir şey dəstəmaz əzalarına yapışıb, dəstəmazı təzələməlidirmi?
Cavab: Dəstəmazdan əvvəl olsa, həcmi az da olsa yapışmaq səbəbindən suyun dəyməsinə maneçilik etsə, gərək təmizləsin və təzədən dəstəmaz alsın.
Sual 173: Qadınların saçlarını boyamaq üçün istifadə etdikləri rənglərin suyun dəriyə çatmasına maneəsi varmı?
Cavab: Əgər yağlı olsa maneçilik törədər, təkcə rəng olsa eybi yoxdur.
Dostları ilə paylaş: |
|
|