Sual 341. Bir şəxs vəfat etmişdir, qusl üçün su tapılmırsa vəzifə nədir?
Cavab: Əgər su tapılana qədər quslu gecikdirmək, yaxud su olan yerə meyyiti aparıb çatdırmaq meyyitə ehtiramsızlıq gətirərsə, ya iylənərsə gərək təyəmmümlə dəfn etsinlər. Vacib ehtiyata əsasən hər quslun əvəzinə ayrıca təyəmmüm versinlər və bir təyəmmüm də bütün quslların niyyəti ilə verilsin.
Sual 342. Meyyitə təyəmmüm verilməlidir, amma təyəmmüm yerləri nəcis və qana bulaşmışdır. Paklamaq mümkün olmasa, ya da qanın qarşısını ala bilmirlərsə vəzifə nədir?
Cavab:Əgər mümkündürsə qanı təmizləsinlər, əks halda üzərinə parça, ya salafançəksinlər və onun üzərinə təyəmmüm versinlər.
Sual 343. Hadisə zamanı bir şəxs vəfat etmişdir, əgər qusl vermək istəsələr bütün bədəni parçalanar; bütün təyəmmüm üzvləri də aradan getmişdir. Vəzifəmiz nədir?
Cavab: Suala əsasən qusl və təyəmmüm lazım deyil. Ehtiyat budur ki, cənazəni bir salafana büksünlər və onun üzərindən meyyitə aid olan üç quslu versinlər.
Sual 344. Dörd aylıq uşaq siqt1 olmuşdur. Ona qusl və kəfənlə yanaşı hünut da lazımdırmı?