ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə97/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   93   94   95   96   97   98   99   100   ...   249
Sual 388. Siz İran universitetinin hazırladığı şər’i saatlara əməl etməyə icazə verirsinizmi?

Cavab: Sübh vaxtı ilə əlaqədar olan vaxtla radio proqramının düzgünlüyünə yəqini olan şəxslərin, ona əməl etməyinin eybi yoxdur.

Sual 389. İsveçrənin bə’zi yerlərində 52 gün müddətində günəş qürub etmir. Bə’zi məntəqələrdə isə günün uzunluğu 23 saatdır.

Digər məntəqələrdə günün uzunluğu 17 saatdır. Bu məntəqələrdə müsəlmanların namaz və oruc barədə vəzifələri nədir?



Cavab: Birinci halda namaz və oruc vaxtları ölçü üçün olaraq gecə və gündüzləri təqribən bərabər olan tanınmış ölkə və şəhərləri (Məkkə və Mədinə ) qərar versin. Yə’ni zöhr və əsr namazını qılsın və altı saatdan sonra məğrib və işa namazlarını qılsın. On bir saatdan sonra sübh namazını qılsın. Orucu da həmin ölçüyə əsasən tutsun. Həmin halda vətənini və şəhərini ölçü götürə bilər. Məsələn, əgər Tehrandan gedibsə zöhr və əsr namazını Tehranın zöhr azanı ilə, sübh namazını sübh azanı ilə, məğrib və işa namazlarını məğrib və işa azanı ilə qılsın. Orucu da həmin ölçü ilə tutsun.

Eyni halda həmin məntəqəyə olan səfər lazımı bir səfər deyilsə, elə bir məntəqəyə səfər etsin ki, ibadətləri öz şər’i vaxtlarında icra edə bilsin.



İkinci və üçüncü halda sübh namazını günəşin qalxmasından əvvəl qılsın. Zöhr və əsr namazlarını günün ikinci hissəsində (günortadan sonra) qılsın. Məğrib və işa namazlarını isə qürubdan sonra qılsın. Orucu da vaxt uzun olsa da sübh azanından əvvəl qüruba qədər tutsun. İkinci halda günün uzunluğu 23 saatdır. Əgər səfər lazımı bir səfər deyilsə, mümkündür ki, bir məntəqəyə səfər etsin ki, gecə daha uzun olsun və namazlar arasında daha böyük fasilə ilə namaz qılsın və oruc tutsun.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin