ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə12/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

İSTİHAZƏYƏ AİD MƏSƏLƏLƏR


Sual 257. İstihazə-kəsirə1 quslu ilə dəstəmaz da lazımdırmı? Mutəvəssitə-istihazə2 ilə necə?

Cavab: Bəli, gərək dəstəmaz alsın. İstihazə kəsirə və mütəvəssitə arasında bir fərq yoxdur.

Sual 258. Bir xanım neçə aydır öz adət günlərində iki gün qan görür, ondan sonra yeddinci günə qədər nə zahirdə, nə də batində qan görür, daha sonra yeddinci gün bir az qan müşahidə edir və tamam olur. Yalnız iki gününü heyz hesab etsin, ya bütün yeddi günün hamısını? İki gündən sonra qusl edib namaz qılmasına diqqət etməklə, əri onunla yaxınlıq etsə kəffarəsi varmı?

Cavab: O iki gün və ondan sonrakı günlər də heyz hökmündə deyildir. İstihazə hökmü vardır, onun ərinə kəffarə vacib deyil.

Sual 259. Xəstəlik ucbatından bir qadının istihazə müddəti çox olur, bir gündə üç qusl etməsi çətinlik yaradırsa onun vəzifəsi nədir?

Cavab: Bacardığı qədər, çətinlik və əziyyət olmasa qusl etsin. Əgər çətinlik olsa qusl yerinə təyəmmüm etsin.

Sual 260. Bir qadın öz ərinə pak olduğunu demiş, sonra onunla yaxınlıq etmiş və qan görəndən sonra pak olmadığı mə’lum olmuşdur. Kəffarə lazımdırmı?

Cavab: Verilən suala əsasən kəffarə lazım deyil.

Yaisəliyin tərifi


Sual 261. Yaisəliyin mə’nası nədir? Yaisəlik yaşında qadının hamilə olması mümkündürmü?

Cavab: Qadının yaisəliyi budur ki, daha heyz hökmündə olan qan görməsin, qan görsə və ya heyz qanına oxşasa belə şər’i cəhətdən onun üçün heyzin hökmü yoxdur. Yaisəlik, seyyidə qadınlarda qəməri təqvimi ilə 60 yaşında, seyyidə olmayanlarda isə 50 yaşında müşahidə olunur. Çünki, qadının uşaqlığı yaisəlik dövründə nütfə bağlamaq qabiliyyətində deyildir. Belə qadınlar çox nadir hallarda hamilə olurlar.

Sual 262. Yaisəlik yaşına çatıb-çatmamasında şəkk edən bir qadının vəzifəsi nədir?

Cavab: Yaisəlik həddinə çatmaqda şəkk etməklə yaisəlik hökmü ona aid edilmir.

Sual 263. Bir qadın yaisəlik dövründə heyz qanına oxşar qan görüb, bu heyz ya istihazə qanı hökmündədirmi?

Cavab: İstihazə qanı hökmündədir, heyz qanına oxşasa da belə.

YAİSƏLİK YAŞI

(Qadınlarda doğum imkanlarının kəsilməsi)


Sual 264. Zəhmət olmasa deyin, qadın neçə yaşa qədər heyz qanı görür? Şəmsi və ya qəməri ili ilə necə hesablanır? Bunu da nəzərə alın ki, pasportda tarix şəmsi təqvimi ilə göstərilib.

Cavab: Seyyidə olan qadınlar qəməri təqvimi ilə 60 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablandıqda 58 il 77 gün 12 saatdır. Seyyidə olmayan qadınlar qəməri təqvimi ilə 50 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablaqdıqda 48 il 179 günə bərabərdir.

Sual 265. Bir qadın yaisəlik yaşına çatıb-çatmamasında şəkk edir. Qan görür, amma üç gün davam edib-etməməsində yəqinliyi yoxdur. Namaz və oruc barədə vəzifəsi nədir?

Cavab: Verilən bu sualda, əgər qanı adət günlərində görürsə, ya o qanda heyz nişanələri varsa, heyz hökmündədir. Digər hallarda isə istihazə hökmündədir.

Heyzin qarşısını almaq üçün dərmanlardan istifadə edilməsi


Sual 266. Bir qadın aylıq adətinin qarşısını almaq üçün dərman atıb. Arada dərman atmadığı üçün bir az qan görüb. Lakin üç gündən tez kəsilib. Adət günlərində olan bu qan heyz qanıdırmı?

Cavab: Əgər ardıcıl üç gün olmayıbsa heyz hökmündə deyil.

Sual 267. Bə’zi qadınlar ramazan ayının orucunu tutmaq üçün, ya həccdə həcc əməllərini yerinə yetirə bilsinlər deyə bə’zi həblərdən istifadə edirlər. Bə’zən dərman atmalarına baxmayaraq adət vaxtlarında bir-iki gün qan görürlər. Bu qanın hökmü nədir?

Cavab: Ardıcıl olaraq üç gün qan görməsələr və adət günlərində olmasalar belə, heyz hökmündə deyil. Orucları düzgündür və həcc əməllərini də yerinə yetirə bilərlər. Bu qan istihazə hökmündədir. Ardıcıl üç gün olmadığını bildiyi halda heyzin hökmlərinə riayət etməməlidir.

Qadının başqa şəxslər üçün özünü ətirləməsi


Sual 268. Özünü ərindən başqası üçün ətirləyən bir qadına qusl etməsi lazımdırmı?

Cavab: Verilən suala əsasən müstəhəbdir ki, qusl etsin.

Müqəddəs adlara və Qur’an ayələrinə toxunmaq


Sual 269. Kağız pulların, biletlərin və digər şeylərin üzərində olan İran İslam respublikasının gerbinin şəklinə dəstəmazsız toxunmaq olarmı?

Cavab: Onlara dəstəmazsız toxunmamaq daha yaxşı olar. Bəli onlara toxunmaq ehtiramsızlığa səbəb olarsa icazə verilmir.

Sual 270. Allah kəlməsinə aid olan Abdullah, Həbibullah və buna oxşar olan adlara dəstəmazsız toxunmaq olarmı? Həmçinin dəstəmazsız qadınlar üzərində Allah kəlməsi həkk olunmuş boyunbağıları boyunlarına asır, bə’zən Allah sözü onların bədənlərinə yapışır. Peyğəmbərlərin və İmamların adlarını da buna əlavə etmək olar. Bu məsələlərin hökmü necədir?

Cavab: Yaxşı olar ki, Allah-Təalanın adına harada, necə və hansı dildə yazılmasından asılı olmayaraq, dəstəmazsız toxunulmasın. Yə’ni bədənin hər hansı bir yerini dəstəmazsız ona toxundurmasınlar; peyğəmbərlərin və imamların da adları belədir. Əgər bu ehtiramsızlığa səbəb olarsa (dəstəmazsız toxunmağa) icazə verilmir.

Sual 271. Qur’anda olan İblis və ona oxşar olan sözlərə dəstəmazsız və təharətsiz əl vurmaq olarmı?

Cavab: Bir halda ki, Qur’an və onun hekayətlərindən söhbət gedir, icazə verilmir.

Sual 272. Cənabətli olan şəxs əlini İslam respublikasının gerbi üzərinə, yaxud üzərində Allah sözü nəqş edilmiş digər əşyaların üstünə qoya bilərmi? Üzərində Allah kəlməsi yazılmış kağız pullar və biletlər necə? Bu məsələdə peyğəmbərlərin və imamların adlarının hökmü nədir?

Cavab: Cənabətli olan şəxsə haramdır ki, bədəninin bir yerini Allahın adına vursun. Ehtiyat vacibə görə bu hökm peyğəmbərlərin və imamların adına da aiddir. Bu barədə bir fərq yoxdur.

Sual 273. Boynunda Allah kəlməsi nəqş edilmiş boyunbağı olan bir qadın heyz qanı görür. Bə’zən ixtiyarsız olaraq boyunbağının Allah kəlməsi olan tərəfi onun bədəninə yapışır. Bu cür boyunbağını asmağa icazə varmı?

Cavab: Əgər bilirsə ki, Allah kəlməsi olan tərəfi bədəninə yapışır, icazə yoxdur.

Sual 274. Elə şəxslər var ki, onlar Allahın adlarının və Qur’an ayələrinin bə’zisini öz bədənlərinə yazıb döydürürlər. Zəhmət olmasa bu cür şəxslərin təharət, cənabət və dəstəmazsız öz bədənlərinə toxunmalarının hökmünü və onların vəzifələrinin nədən ibarət olduğunu bildirəsiniz?

Cavab: Əgər Qur’an ayələrini bədəninin üzərinə döydürübsə, həmin yerə dəstəmazsız və qüsulsuz toxunmağa icazə yoxdur. Dəstəmaz və qusl üçün ayələri yox etmək vacibdir. Əgər mümkün deyilsə, suyu bədənin üstünə axıtmaqla irtimasi şəkildə dəstəmazı və quslu yerinə yetirsin. Hədəs baş verməzdən əvvəl ayələrin yox edilməsi danılmaz bir işdir. Həm də cənabətli olduğu zaman Allahın adlarına toxunmaq haramdır. İmkan daxilində onları yox etmək lazımdır. Ya irtimasi şəkildə, ya da suyu tökməklə qusl etsin. Hədəs baş verən kimi qusl etsin, ya dəstəmaz alsın. Əgər döymə dərinin altındadırsa və ehtiramsızlığa səbəb olmazsa, maneçiliyi yoxdur.

Sual 275. Mədrəsədə Qur’an siniflərində oxuyan tələbələr Qur’ana toxunurlar. Amma onlar dəstəmazın bütün şərtlərinə əməl etmirlər, bunun hökmü və tərbiyəçilərin vəzifəsi nədir?

Cavab: Öz-özlüyündə bunun bir maneəsi yoxdur. Əgər adət-ən’ənəyə ehtiramsızlıq olarsa, onların tərbiyəçisi qayda-qanuna əməl etməyə, ya da dəstəmaz almağa göstəriş versin. Onların toxunması ehtiramsızlıqdırsa, gərək onlara toxunmağı qadağan edilsin.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin