Sual 294. Vəzifəsi təyəmmüm olan bir şəxsin əllərinin bə’zi yerlərində sarğı mövcuddur. Dəstəmazda cəbirənin hökmləri vardırmı?
Cavab: Bəli, verilən suala əsasən sarğılı təyəmmüm etsin. Sarğılı təyəmmümlə, sarğılı qusl arasında heç bir fərq yoxdur.
Sual 295. Bir əli sarğılı olan bir şəxs bir müddət dəstəmaz üçün onu bir plastik kisəyə salmış və onu yuyurmuş və ya irtimasi dəstəmaz alırmış, onun hökmü nədir?
Cavab: Cəbirə dəstəmazında gərək sağlam əli dəstəmaz niyyəti ilə yaş edib sarğının üstünə və ya kisənin üzərinə çəksin. (Onu yumaq və ya suya aparmaq lazım deyil). Çünki, verilən suala əsasən gərək o dəstəmazla qılınan namazları qəza etsin. Yeri gəlmişkən qusl da həmin hökmdədir.
Sual 296. Cəbirə dəstəmazını cəbirə niyyəti ilə almaq lazımdırmı?
Cavab: Lazım deyil, hazırkı vəzifəsinə əməl etməmək qəsdi ilə yerinə yetirsə kifayət edir.
Sual 297. İki əlindən biri biləyə qədər sarğılı olan bir kəs təyəmmüm üçün nə etməlidir?
Cavab: Sarğılı əlin içini yerə vursun və sağlam əlin arxasına çəksin və sağlam əli də sarğılı əlin arxasına və üstünə çəksin.
Sual 298. Bir şəxsin əli tamam gips ilə tutulmuşdur. Əgər cənabətli olarsa vəzifəsi nədir? Məscidə gedə bilərmi?
Cavab: Cəbirə quslu edə bilirsə gərək qusl etsin, çətinlik yaranarsa təyəmmüm etsin, ondan sonra məscidə gedə bilər.
Sual 299. Bir şəxs cərrahiyyə yolu ilə öz üzünə və əllərinə plastik çəkdirmişdir, plastik də dərinin üstünü tutmuşdur. Dəstəmaz və qusl etmək üçün onun vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən plastik, camaat arasında bədənin bir hissəsi hesab olunsa dəstəmaz və quslu adi qaydada yerinə yetirsin və ehtiyata əsasən təyəmmüm də etsin.
Sual 300. Bir şəxs öz vəzifəsinə üyğün olaraq cəbirə quslu və dəstəmazı yerinə yetirmişdir. Cəbirəni (sarğını) götürəndən sonra dəstəmazı və quslu təkrarlamaq lazımdırmı?
Cavab: Təkraralamaq (quslu və dəstəmazı) lazım deyil.
Sual 301. Bir şəxsin barmağının üstü zərbə nəticəsində qaralmış, amma yara bağlamamışdır, cəbirə dəstəmazı alsın, ya sağlam hökmündədir?
Cavab: Əgər su onun üçün zərərli deyilsə sağlam hökmündədir.
Sual 302. Əldə dərinin altında qan quruyubsa dəstəmaz üçün vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən qan dərinin altında olduğu üçün onun üstünü yumaq dəstəmaz üçün kifayətdir.
Sual 303. Cəbirə yerinin bir tərəfi yara olmuşdur. Amma onun üstünə bağlanmış parça sağlam tərəfi də tutmuşdur. Dəstəmaz və qusl üçün o tərəfi də yumaq lazımdırmı?
Cavab: Əgər hamıya bəlli olan ölçüdə olsa, onun altını yumaq lazım deyil, yaş əli onun üstünə çəksələr kifayət edər.
Sual 304. Bir şəxsin barmağında yara vardır və su ona zərər yetirir, qusl və dəstəmaz, üçün plastik barmağı onun üstünə çəkirsə vəzifəsi nədir?
Cavab: Plastikin üzərinə dəstəmaz ya qusl niyyəti ilə yaş əlini çəksin, dəstəmaz və qusl səhihdir.
Sual 305. Əli sarğılı olan bir şəxs dəstəmaz vaxtı başı və ayaqları məsh etmək üçün əlində yaşlıq qalmırsa vəzifəsi nədir?
Cavab: Başqa dəstəmaz üzvlərindən yaşlıq alsın və o da kifayət etməsə ehtiyata əsasən həmin quru əllə məsh çəksin. Ondan sonra əlini başqa su ilə yaşlayıb məsh çəksin və sonra təyəmmüm də etsin.
MƏSS MEYYİT QUSLU
Sual 306. Meyyitin bədəninin soyumasında şəkkimiz olsa, ona əl vurmaq qusla səbəb olarmı?
Cavab: Verilən suala əsasən qusul vacib olmur.
Sual 307. Şəhidə əl vurmaq məss-meyyit qusluna səbəb olurmu?
Cavab: Xeyr, şəhidə meyyit quslu vacib olmadığına görə ona toxunmaq da məss-meyyit qusluna səbəb olmaz.
Sual 308. Quslu verilməyən bir şəhidin bədəni və cəbhədən gətirilən bir neçə il bundan qabaq şəhid olanların sümükləri pakdırmı?
Cavab: Bəli, zahirən pak hökmündədir. Ona əl vurmaq nəcasətə səbəb olmaz, ona toxunmaqla məss-meyyit qusluna səbəb olmaz.
Sual 309. Bir şəxs cənazənin paltarından tutub onu sudan çıxartmışdır, amma meyyitin bədəninə əl toxunmamışıdır, onun vəzifəsi nədir?
Cavab: Sudan çıxardan şəxsin əli meyyitin paltarının yaşlığı ilə nəcis olub, gərək pak etsin. Amma verilən suala əsasən, əli meyyitin bədəninə toxunmadığı üçün məss-meyyit quslu vacib deyil.
Sual 310. Bir şəxsin ayağı topuqdan kəsilmişdir, ona əl vurmaq məss-meyyit qusluna səbəb olarmı?
Cavab: Bəli, əgər insanın bədənindən kəsilən bədən üzvü sümük və ətlə birgə olsa məss-meyyit qusluna səbəb olar.
Sual 311. Bir şəxsin qarnından sümüyü olmayan əzalardan bəzisini çıxardıblar. Sümüksüz əzaya toxunmaq məssi-meyyit qusluna səbəb olarmı, təharət və nəcasət baxımından onun hökmü nədir?
Cavab: Verilən suala əsasən məss-meyyit qusluna səbəb olmaz, amma nəcisdir.
Sual 312. Əgər kafirin cənazəsinə meyyit quslu verdikdən sonra ona əl vursalar məss-meyyit quslu vacib olurmu?
Cavab: Qeyri müsəlmana qusl vermək, istər mürtəd olsun, şər’i cəhətdən düzgün deyildir. Əgər qusl versələr də belə o qusl hesablanmır, ona toxunmaq məss-meyyit quslunun vacib olmasına səbəb olar.
Sual 313. Ölmüş kafirin nəcisliyi meyyit quslu ilə aradan gedirmi?
Cavab: Qeyri müsəlmanın cənazəsinin nəcisliyi haldan-hala keçməklə, ya torpağa qarışmaqla aradan gedib pak olar.
Sual 314. Meyyitə qusl verən şəxs əlcəkdən istifadə etsə və əli meyyitin bədəninə toxunmasa məssi-meyyit quslü vacib olarmı?
Cavab: Verilən suala əsasən qusl vacib deyil.
Sual 315. Bir şəxs meyyitə təyəmmüm vermişdir, məss-meyyit quslu ona vacibdirmi?
Cavab: Bəli, ona məss-meyyit quslu vacibdir.
Sual 316. Üzrlü səbəbdən qusl yerinə meyyitə təyəmmüm etmişlər, təyəmmümdən sonra əl vurmaq məssi-meyyit qusluna səbəb olurmu? Meyyitin bədəni təyəmmümlə pak olur, ya xeyir?
Cavab: Ona toxunmaq ən güclü rə’yə əsasən məss-meyyit qusluna səbəb olmaz. Amma ehtiyat yaxşıdır. Ən güclü rə’yə əsasən meyyitin bədəni təyəmmümlə pak olmur.
Sual 317. Məssi-meyyit edən bir şəxsin namaz üçün dəstəmaz da alması lazımdırmı?