Məscidə verilən nəzirlər, hədiyyələr və vəqf olunmuş şeylər
Sual 470. Məscid və Hüseyniyyəyə vəqf olunmuş qabları qədim olduğu üçün yenisi ilə dəyişmək, ya satıb təzə qablar almaq olarmı?
Cavab: İstifadəyə yararsız olduğuna görə onları ehtiyac olan qablara dəyişməyin maneəsi yoxdur.
Sual 471. Bir şəxs məscid və bir kiçik mədrəsə tikib, öz əmlakında olan bə’zi şeyləri ona vəqf edir, sonradan dünyasını dəyişib. Başqa bir şəxs o ikisinin yerinə böyük bir məscid və mədrəsə tikir, ona vəqf olunmuş şeyləri bu ikisinə sərf etmək olarmı? Ya gərək fəqirlərə verilsin?
Cavab: Əgər təzə məscid və mədrəsə həmin mədrəsə və məsciddirsə, yalnız formasını dəyişibsə, vəqf olunmuş şeyləri ona sərf etmək lazımdır.
Sual 472. Məscidin xidmətçisi iki namaz arasında məscidə kömək adı ilə pul yığır, həmin pulu İmam camaata, ya dini söhbət edənə və ya başqa cəhətlərə sərf etmək olarmı?
Cavab: Əgər pul verənlərin məqsədi məscidə aid olan xərclərə görə olsa maneəsi yoxdur.
Sual 473. Sərinkeş, çilçıraq, stəkan, nəlbəki kimi şeylər məscidə nəzir niyyəti ilə verilir. Əgər bunlara ehtiyac olmasa artıq şeyləri satıb, məscidə lazım olan sair xərcləri ödəmək olarmı?
Cavab: Başqa məscidin də ehtiyacı olmasa heç bir maneəsi yoxdur.
Sual 474. Köhnəlmiş Hüseyniyyəni tə’mir etməyə camaatın imkanı yoxdur. Ona vəqf olunmuş şeyləri onun tə’mirinə istifadə etməyə icazə verirsinizmi?
Cavab: Qeyd olunan vəqflər yalnız mərsiyə oxumaq, əzadarlıq və bu kimi işlərə xərclənmək üçün vəqf olunmayıbsa, bəlkə heç bir maneəsi yoxdur. Onlardan qeyd olunmuş Hüseyniyyə binasını tə’mir və təzələməyə sərf etmək olar.
Məscidə aid olan əşyalar
Sual 475. Qədim bir məscidi təzədən tikmək üçün sökdük; yeni məscidi tikəndən sonra iki yüz min tümən borclu qaldıq. Artıq qalan gips və dəmiri, ya məscidin ehtiyacı olmayan ağac və xalçaları məscidin borcunu ödəmək üçün satmaq olarmı?
Cavab: Artıq qalan şeyləri məscidin borcunu ödəmək üçün satmağın heç bir maneəsi yoxdur, amma keçmiş məscidin ağac və xalçalarını başqa ehtiyacı olan məscidə istifadə üçün versinlər. Heç bir məscidə ehtiyac olmayan surətdə onları da satmağın heç bir maneəsi yoxdur.
Sual 476. Kömür samovarı bir şəxs tərəfindən məscidə vəqf olunub; indi ondan istifadə olunmur. Onu satıb yerinə xalça almaq olarmı?
Cavab: Əgər başqa məscidin belə samovara ehtiyacı olsa oraya verilsin və əgər bu cür olmasa onu qazla işləyən samovara döndərsinlər. Ehtiyac olmayan surətdə onu satıb pulunu məscidin çayxanasına sərf etsinlər.
Sual 477. Məscidə və Hüseyniyyəyə aid olan əşyaları başqa bir yerə camaatın ümumi istifadəsinə aparmaq olarmı?
Cavab: Əgər məscid və Hüseyniyyəyə aid olsa onu dəyişmək və başqa yerə aparmaq caiz deyil.
Sual 478. Bir məsciddə bə’zən namaz qılınır. Onun ləvazimatını (kərpic, dəmir, xalça kimi ) başqa məscidə aparmaq olarmı?
Cavab: Caiz deyil, gərək həmin məscidi tə’mir etsinlər. Mö’minlərə lazımdır ki, məscidin hörmətini hifz etsinlər.
Sual 479. Bir məscidin yalnız bir telefon xətti vardır və o da xadimin otağındadır. Əgər xadim olmasa heç kim camaatın zənglərinə cavab verə bilmir. O xətdən həmişə istifadə olunsun deyə, onu yaxında olan mağazaya çəkmək olarmı?
Cavab: Məscidin icma üzvləri razılaşsalar heç bir maneəsi yoxdur.
Sual 480. Came məscidi köhnəlmişdir, indi binanı təzədən tikirik. Hələlik o məsciddən və onun ləvazimatından istifadə olunmur. Məscidin əşyalarından yaxınlıqda olan məhdiyyədə istifadə etmək olarmı?
Cavab: Heç bir maneəsi yoxdur, bir şərtlə ki, təkcə məscidə istifadə olunan imkandan oraya verilsin.
Sual 481. Məscidin xalçaları köhnəlmişdir, dəyişməyən surətdə aradan gedir, onları satıb təzəsi ilə əvəz etmək düzgündürmü?
Cavab: Əgər xalçalar məscidə hədiyyə və ya mülk kimi verilibsə, onları ehtiyac olan surətdə dəyişməyin maneəsi yoxdur. Amma məscid üçün vəqf ediblərsə, şər’i icazə olmadan onu dəyişmək düzgün deyil.
Sual 482. Çay, qənd, və bu kimi şeylər məscidə çox gətirilib, bu şeylər çox qalarsa xarab olma ehtimalı vardır; onları satıb pulunu həmin məscidə sərf etmək olarmı, ya gərək başqa məscidə aparılsın?
Cavab: Əgər başqa məsciddə və ya başqa vaxt istifadə olunsa saxlamaq münasibdir.
Sual 483. Əlli il əvvəl tikilən bir məscid vardır. İndi axar selin yaxınlaşdığı yerdə olduğu üçün tə’mirə imkan yoxdur, başqa məscid tikmək və köhnəlmiş məscidin imkanlarından istifadə etmək olarmı?
Cavab: Əlli il əvvəl tikilən məscidin qalması onun köhnəlməsinə dəlalət etmir. Selin üstündə olduğu üçün selin istiqamətini dəyişmək mümkün olmayan surətdə və selin məscid üçün təhlükəli olduğu bilinsə, onun imkanlarından başqa məscid üçün istifadə edə bilərlər.
Sual 484. Məsciddən evə möhür gətirmək və onun üstündə namaz qılmaq caizdirmi?
Cavab: Caiz deyil.
Sual 485. Məscid üçün bir torpaq sahəsi vəqf olunub ki, onun gəliri məscidə sərf olunsun. İndi yolu genişləndirərkən həmin torpaq sahəsinin bir hissəsi aradan gedib. Əgər qalan hissəsində bir ticarət, ya yaşayış binası tikilsə, tikililər də vəqfə aid olacaqmı? Ya vəqf təkcə yerə aiddir?
Cavab: Vəqf torpağın özünə aiddir. İcarəni məscidin işıqlandırılmasına sərf etmək lazımdır.