ШәР’и суаллара ҹаваб



Yüklə 1,08 Mb.
səhifə30/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Camaat namazının azanı


Sual 639. Əgər camaat namazında İmam-camaat gəlməmişdən qabaq azan deyilsə, İmam-camaat gələndən sonra həmin azan kifayət edir, yoxsa ikinci dəfə azan deyilməlidir?

Cavab: Həmin azan kifayətdir.

Sual 640. Camaat namazında iştirak etməyən mükəbbir üçün deyilən azan və iqamə kifayət edir, ya xeyr?

Cavab: Onun kifayət etməsi müşküldür. Əgər savab qazanmaq istəsələr, imamın özü, ya iqtida edənlərdən biri ahəstə də olsa azan desinlər.

İmam-camaatın ədaləti


Sual 641. Qərib bir şəxs bir şəhərə daxil olub, namazını qılmaq üçün məscidə gedib. Məsciddə camaat namazının hazır olduğunu görən bu şəxs İmam-camaatı tanımır, bu halda İmam-camaata iqtida edə bilərmi?

Cavab: İmam-camaatın adilliyini sabit etməyincə iqtida düzgün deyil, amma təqvalı mö’minlərin İmama iqtida etməsindən onun ədalətli olmasına yəqinlik tapılırsa caizdir.

Sual 642. Elm əhlindən olan bir nəfər bir şəhərə, ya kəndə daxil olur. Onu tanımayan əhali ona iqtida edə bilərmi?

Cavab: İqtidanın səhih olmasında ədalətə məsələsində arxayınçılıq tapmaq lazımdır. Mümkündür, onunla əlaqə yaratmaqla arxayınçılıq hasil olsun və ya araşdırılsın.

Sual 643. Nikah şö’bəsinin rəisi olmaq İmam-camaatın ədalətinə zərər gətirərmi?

Cavab: İran İslam Respublikasında zərəri yoxdur.

Sual 644. Məşhəd və Qum kimi ziyarət şəhərlərinə daxil olan bir müsafir camaat namazına imamlıq edənləri tanımırsa və mə’lumat almaq üçün yəqini olan şəxsləri də tapa bilmirsə, camaat namazında iştirak edə bilərmi?

Cavab: Bir neçə tanınmış və e’tibarlı mə’mumların vasitəsi ilə İmamın ədalətinə yəqinlik hasil etsə iqtida caiz, başqa bir halda müşküldür.

Sual 645. Namazda qadının imamlıq etməsi səhihdirmi?

Cavab: Qadının kişilər üçün imamlıq etməsi düzgün deyil, amma qadınlar üçün imamlıq etməsi vacibi-ehtiyatın xilafınadır.

Sual 646. Bir şəxs şər’i cəzaya layiq görülüb, cəza icra olunmamışdan qabaq tövbə edib, ya sürgün olunub, yaxud şər’i cəza icra olunub və ya zindana salınıb. Amma indi tövbə etmişdir, bu şəxs İmam-camaat ola bilərmi? Biz ona iqtida edə bilərikmi?

Cavab: Bəli, verilən suala əsasən bir maneəsi yoxdur, amma şər’i cəzaya layiq görülən bir şəxs vacib ehtiyata əsasən, gərək İmam-camaat olmasın.

Sual 647. Bir şəxsin İmam-camaatı tanımadığı halda onun adil, ya fasiq olduğu haqda mə’lumatı yoxdursa, ona iqtida etməsi səhihdirmi? Ədaləti isbat etmək üçün nə kifayətdir?

Cavab: Ədalət sabit olmasa iqtida səhih deyil. Onunla davranan zaman ondan şəriətin ziddinə bir iş görünməsə bu ədalət üçün bir nişanədir. Yə’ni, bir şəxslə dəfələrlə gediş-gəlişi olduğu zamandan şəriətin ziddinə bir iş görməyib.

Sual 648. Cümə günü zöhr namazını İmam-cümənin əsr namazına iqtida edib qılmaq səhihdirmi?

Cavab: Səhihdir.

Sual 649. Mən İmam-camaatı adil bilmədiyim halda ona iqtida etmirəm. Başqalarına deyib onları da İmam-camaatın ədalətsizliyindən xəbərdar etməyim caizdirmi?

Cavab: Xeyr, caiz deyil, bu iş qeybət və haramdır.

Sual 650. Mən özümü adil bilmirəm, İmam-camaat ola bilərəmmi?

Cavab: İmam-camaatın şərtlərindən biri ədalətdir, amma mə’mumlar sizi adil bilirlərsə İmam-camaat ola bilərsiniz. Namaz da səhihdir. Diqqət etməlisiniz ki, İmam-camaat olmaq müstəhəbbi tövbə etmək və ədalətli olmaq vacibdir. Buna əsasən çalışın siz həqiqi tövbə etməklə ədalət sifətini ələ gətirəsiniz.

Sual 651. Bir şəxs mərcəi-təqlid tərəfindən nümayəndə və həsbiyyə (xums-zəkat hesablama) işlərində icazə almışdır. Həmin icazənin verilməsi onun ədalətli olmasına dəlalət edirmi və ona iqtida edə bilərəmmi?

Cavab: Camaat namazına iqtida edənlər gərək imam camaatın ədalətli olmasına yəqinlik etsinlər. Buna görə də, əgər bir şəxs bu icazədən onun ədalətli olmasına yəqinlik tapsa, ona iqtida edə bilər. Əks təqdirdə, yəqin tapmayana qədər ona iqtida edə bilməz. Sadəcə, icazə və nümayəndəliyin olması ədalətə və adilliyə dəlil ola bilməz.

Sual 652. Özünü müctəhid bilən bir şəxsə iqtida etmək səhihdirmi?

Cavab: İmam-camaatın şərtlərinə malik olsa və onun namazı mə’mumların təqlid etdiyi müctəhidin fətvasına uyğun səhih olsa ona iqtida etmək səhihdir. Müctəhid olmasına e’tiqad bağlamaq ədalətə zərər gətirmir.

Sual 653. İmam-camaat bir günaha mürtəkib olub ədalətdən düşmüşdür. Amma eşitdik ki, namazdan əvvəl və namaz əsnasında istiğfar edib. Bu istiğfar tövbənin düzgün olmasına və yenidən adil olması üçün və iqtida etməyin düzgünlüyünə kifayət edirmi?

Cavab: Diqqət yetirmək lazımdır ki, tövbənin həqiqi mənası günahdan peşiman olmaqdır, o da zahirdə yox, qəlbən yerinə yetirilməlidir. Bunun üçün tövbə təkcə «istiğfar»i tələffüz etməklə kifayət etmir. Sualın qoyuluşuna əsasən, onun ədalətli olmasına yəqinlik tapmasanız ona iqtida etmək səhih deyil.

Sual 654. İmam-camaat və mə’mum arasında fətva və mərcəyi-təqlid baxımından fikir ayrılığı olsa, imamın təqlidinə görə onun İmamlıq etməsi işkalsız və onunla camaat namazı qılmaq səhihdir. Mə’mumların mərcəyi-təqlidinin nəzərinə əsasən isə səhih deyil. (İşi səfər olan, ya naqis üzvlü şəxslər kimi, namazlarını üzrlü qılırsa). Bu halda İmam-camaata e’lan etməsi lazımdırmı?

Cavab: E’lan etmək lazım deyil, mə’mumların namazı səhihdir, namazdan sonra bilsələr də belə.

İmam-camaata haqq vermək


Sual 655. İdarənin namazxanasında zöhr və əsr namazını qılmaq üçün gələn İmam-camaatın gediş-gəliş xərcini ödəmək caizdirmi?

Cavab: Maneəsi yoxdur.

Sual 656. Dövlət orqanlarının bə’ziləri orada namazı qılmaq və şər’i məsələlərdən söhbət etmək üçün ruhanilərdən bə’zilərinə haqq verirlər, bunun hökmü necədir?

Cavab: Əgər qürbətən iləllah versələr və o da qürbətən iləllah namaz qılsa, eybi yoxdur və gediş-gəlişi üçün də ona pul versələr maneəsi yoxdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin