Sual 657. İmam-camaatın şərtlərini bilən qeyri-ruhaninin vasitəsi ilə camaat namazını bərpa etmək necədir?
Cavab: Ruhani ola-ola el arasında ruhani olmayan şəxsin imamlıq etməsi, ruhaniyyətə hörmətsizlik hesab olunarsa, caiz deyil.
Sual 658. Şəhər məscidlərində ruhani olmayan şəxslərin camaata imamlıq etmələrinin hökmü nədir?
Cavab: İmkan olan surətdə ruhanilərdən istifadə etsinlər.
İmam-camaatın namazında nöqsanın tapılması
Sual 659. Müəyyən səbəblərə görə İmam-camaatın namazı batil olubsa, mə’mumlara mə’lumat vermək lazımdır ki, onlar öz namazlarını təzələsinlər?
Cavab: Əgər namazdan sonra namazının batil olduğunu başa düşsə, mə’mumların namazı səhihdir. İmamın aşkar etməsi lazım deyil.
Sual 660. Namaz əsnasında İmam-camaatdan hədəs xaric olsa, hökmü nədir?
Cavab: İmamın namazı batil olur, mə’mumlara lazımdır ki, namazı furada niyyəti, ya başqasının imamlığı ilə tamamlasınlar.
Sual 661. Bir İmam-camaat salamları deyəndən sonra yadına düşür ki, namazını qəsr qılmaq əvəzinə bütöv qılmışdır. Ona iqtida edən və namazı bütöv qılan mə’mumların vəzifəsi nədir? Gərək təzədən qılsınlar, ya əgər vaxt keçibsə qəza etsinlər?
Cavab: Təkrarlamaq və qəza etmək lazım deyil.
Bədən üzvləri əlil olan şəxslərin imamlıq etməsi
Sual 662. İmam-camaatın ayağı sındığına görə düzgün yığılmır, səcdə və təşəhhüd halında onu çəkmək məcburiyyətində qalır. Amma sair şərtlər öz qaydasındadır. Onun imamlığı səhih və caizdirmi?
Cavab: Barmağının, ayağının və dizlərini ucu yerə dəyirsə onun imamlığı caiz və ona iqtida etmək də səhihdir; ayağının ucunu fərqli surətdə yerə qoysa və təşəhüddə adi qaydada oturmasa da.
Sual 663. Risalənin 1473-cü məsələsində yazılmışdır: «Vacib ehtiyata əsasən xora xəstəliyi olan bir şəxs İmam-camaat olmasın.» Sual bundan ibarətdir ki, birincisi, əgər xora görünməsə, ya az olsa və camaat bilməsə, ya görməsələr (paltarın altındadır) təkcə özü bilsə, gərək İmam-camaat qalmasınmı? İkincisi, əgər xora xəstəliyi olan şəxs camaata imamlıq etsə mə’mumların namazı işkal tapırmı?
Cavab: Rəvayətə əsasən xora xəstəliyinə düçar olan bir şəxs imamlıq etməsin. Az ya çox, zahirdə ya batində olması və mə’mumların bilib-bilməməsi arasında heç bir fərq qoyulmamışdır. İmamlıq etməmək şəxsin öz vəzifəsidir. Gərək bu işi öhdəsinə götürməsin. Lakin İmamlıq etsə və camaat da onu İmamlığa layiq bilib ona iqtida etsələr hamısının namazı səhihdir. Əgər sonradan məsələnin nə yerdə olduğunu bilsələr də belə.
Sual 664. Beli bir azacıq əyilmiş bir şəxs camaata imamlıq edə bilərmi?
Cavab: Əyrilik rüku həddinə çatmırsa işkalı yoxdur.
Sual 665. İmam-camaatın naqis üzvlü olması camaat namazında işkal yaradırmı?
Cavab: Üzvün naqis olması namazın xüsusiyyətləri ilə bağlı olmasa, məsələn İmam-camaat görmə qabiliyyətindən məhrumdursa camaat namazında bir işkal yaratmır, ayağı, ya əli kəsilmiş olsa, belə ki, səcdədə yeddi üzvü yerə qoysun, ehtiyat vacibin zərurətinə görə ona iqtida etməsinlər
Sual 666. Ayağı topuqdan kəsilən bir şəxs mə’mumlara mə’lumat vermədən İmam-camaat ola bilərmi? Mə’mumların mə’lumatı olmayan surətdə necə?
Cavab. Xeyr, caiz deyil.
Sual 667. Yuxarıda qeyd olunan halda, mə’lumat vermədən imamlıq etsə, namazdan sonra mə’mumlara namazlarını təzələmək üçün mə’lumat verməsi lazımdırmı?
Cavab: Verilən suala əsasən bilmədikləri üçün namazın təkrarı və qəzası yoxdur. Mə’lumat verməsi lazım deyil.
Sual 668. Mən müharibə əliliyəm, əlim yaralandığına görə namazda sağ əlimin içini kamil surətdə yerə qoya bilmirəm. İmam-camaat ola bilərəmmi?
Cavab: Əgər əlinizin içini adi şəkildə yerə qoya bilmirsinizsə İmam-camaat ola bilməzsiniz.
Sual 669. Barmaqlarının bə’zilərindən məhrum olmuş bir şəxs İmam-camaat ola bilərmi?
Cavab: Düzgün olması çox da iradlı deyil, amma ehtiyat odur ki, tərk etsin.
Sual 670. Əhli-sünnət məğrib namazını məğribdən əvvəl qılırlar. Həcc mərasimi, ya başqa vaxtlar onlara iqtida edib həmin namazla kifayətlənə bilərikmi?
Cavab: Təqiyyə olan zaman maneəsi yoxdur və səhihdir.
Sual 671. Məkkə və Mədinədə, xüsusilə Məscidul-həram və Məscidun-Nəbidə Əhli-sünnətə iqtida zamanı möhür qoyaq, ya möhürsüz caizdir?
Cavab: Möhür qoymaq lazım deyil, məscidin həsir və daşlarından da istifadə etmək olar.
Sual 672. Fasiləyə riayət etməyən surətdə əhli-sünnətə iqtida etmək caiz və kifayətdirmi?
Sual 673. Çox savadlı qardaşlardan bə’ziləri hələ ruhani libası geyinməyiblər. Onların camaata imamlıq etməsi düzgündürmü?
Cavab: Əmmaməli şəxslər olmayan surətdə əmmaməsiz şəxslərin imamlıq etmələrinin işkalı yoxdur. Ancaq əmmaməli şəxs olan təqdirdə işkalı vardır. Xüsusilə məscidlərdə, əgər əmmaməli olmayan şəxsin imamlıq etməsi hörmətsizliyə səbəb olarsa, haramdır və caiz deyildir.
Sual 674. Bə’zi vaxtlar İmam-camaat namaza hazır olmur, sıravi mö’minlərdən birini İmam-camaatın yerinə seçə bilərlərmi?
Cavab: Bəli, əgər İmam-camaatın şərtlərinə malik olsa və başqa bir ruhani də olmasa maneəsi yoxdur.
Qadının imamlıq etməsi
Sual 675. Namazda qadının imamlıq etməsi səhihdirmi?
Cavab: Qadının imamlıq etməsi kişilər üçün düzgün deyildir, qadınlar üçün isə ehtiyat-vacibin xilafınadır.
Sual 676. Bir müctəhid, qadının qadınlar üçün İmam-camaat olmasına icazə verirsə, Sizə və imam Xomeyniyə (r) təqlid edənlər o qadına iqtida edə bilərlərmi?
Cavab: Hər kəsin vəzifəsidir ki, öz təqlid etdiyi müctəhidin fətvasına əməl etsin. Bunun üçün İmam Xomeynidən və məndən təqlid edən şəxslər vacib ehtiyata əsasən o xanıma iqtida edə bilməzlər. Çünki, bu məsələ fətva deyildir. Qadının imamlığını caiz və səhih bilən ələm müctəhidə ə’ləmiyyət qaydalarına riayət etməklə müraciət etmək olar.
Sual 677. Qız ya oğlan olması müəyyən olmayan bir şəxs evlənibdir. Bu adam müəyyən miqdar cinsi əlaqədə olmağa qadirdir. Lakin batində qadınlıq əlamətləri çoxdur. Bu şəxs ruhani libası geyinə bilərmi, imam-camaat ola bilərmi, başqası üçün əcir tutula bilərmi? Məğrib, işa ya sübh namazını ahəstə qılsın ya ucadan?
Cavab: Bu şəxsin qadınlıq, ya kişilik əlamətindən biri daha aşkar müəyyən olsa, əgər cərrahlıq yolu ilə aydın olan müəyyən cinsə salsalar, müəyyən olan öz cinsi hökmündədir. Amma onun kişi ya arvad olmasını ayırd etmək müşkül olsa, gərək geyim və sair işlərdə ehtiyat etsin, ruhani libası kimi kişilərə aid olan geyimləri geyinə bilməz və İmam-camaat da ola bilməz. Namaz və oruc üçün əcir tutulsa maneəsi yoxdur.