ШәР’и суаллара ҹаваб


Sual 754. Tovzihul-məsail risaləsində əsas vətənlə bağlı bəyan etdiyiniz hökmlər nədir? Cavab



Yüklə 1,08 Mb.
səhifə36/43
tarix21.10.2017
ölçüsü1,08 Mb.
#7637
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

VƏTƏN


Sual 754. Tovzihul-məsail risaləsində əsas vətənlə bağlı bəyan etdiyiniz hökmlər nədir?

Cavab: Əsas vətəndən məqsəd insanın doğulduğu və atasının diyarı olan yerdir.

Sual 755. Təzə bir yeri vətən tə’yin etdikdə neçə müddət orada qalmaq lazımdır ki, ona vətən deyilsin?

Cavab: Daimi vətən qəsdi edəndən sonra el arasında “oranın sakinidir” deyilsə kifayətdir; zahirən 6 ay müddətində orada qalsa kifayət edər.

Sual 756. O yerin camaatının «bura onun vətənidir» deməsi me’yarının zaman müddəti nə qədərdir?

Cavab: Me’yar el arasında deyilən müddətdir.

Sual 757. Tovzihul-məsailin 1353-cü məsələsində buyurmusunuz: “Əsl vətəni olmayan və bir yerdə həmişəlik qalmaq istəməyən bir şəxs üçün o yer onun vətəni hesab olunmur. Amma qalmaq qəsdi olmadan çox qalsa, nəticədə oranın camaatı “bura onun vətənidir” desələr, bu halda vətəni hesab olunur”. Mən səkkiz ildir ki, Qum şəhərində təhsil alıram və burada da ailə həyatı qurmuşam. Qum şəhərində daimi qalmaq niyyətim yoxdursa vəzifəm nədir? Əlbəttə, getməyim də mütləq deyil, hələlik gələcək üçün ayrı bir qərara gəlməmişəm.

Cavab: Gələcək illərdə getməyi qərara almadığınıza baxmayaraq, camaat sizi Qum əhli hesab etsələr, həmişəlik qalmaq qəsdiniz olmasa da, Qum sizin üçün vətən hökmündədir.

Sual 758. Mən Tehran sakiniyəm. Tehrandan 36-km. aralıda dağlıq ərazilərin birində bağ evim vardır. Bə’zən istirahət və gəzmək üçün oraya gedirəm. Orada dünyaya gəlmədiyim surətdə həmin yerdə namaz və orucumun hökmü necədir?

Cavab: Verilən suala əsasən on gün orada qalmağı və ya oranı daimi vətən sevməyi niyyət etməsəniz, sizin namazınız qəsrdir, orucunuz da səhih deyil. (İl ərzində neçə ay olsa da.)

Sual 759. Uşaq atasının birinci vətənində dünyaya gələrsə, bir müddət orada qaldıqdan sonra başqa bir yerə köçüb oranı özü üçün yaşayış yeri tə’yin etsə, hansı yer onun vətəni hesab olunur?

Cavab: İkinci yer.

Sual 760. Əgər müsafir zöhrdən sonra öz vətənindən şər’i məsafəyə tərəf hərəkət edirsə, onun namaz və orucunun hökmü necədir?

Cavab: O günün orucu səhihdir, amma namazını səfərdə qılmaq istəsə, gərək qəsr qılsın.

Sual 761. Öz əsli vətənindən üz döndərib-döndərməməsinə diqqət etməyi bilməyən qadınlar başqa şəhərə öz həyat yoldaşlarının evinə gedirlər. Məsələyə diqqət edəndən sonra niyyət edirlər ki, əgər ailə həyatı ömürlərinin axırlarına qədər davam edərsə ərlərinin vətənində qalacaq, əks halda öz vətəninə qayıdacaqlar. Buyurasınız ki, öz əsli vətənlərinə gələn vaxt bu qadınların namaz və orucunun hökmü necədir?

Cavab: Nə qədər ki, öz əsli vətənlərindən imtina etməyiblər, vətən hökmü öz yerində qalır və orada namazlarını tamam qılmalıdırlar.

Sual 762. Ürvətül-Vüsqa kitabında qeyd olunub ki, “Yeni tə’yin etdiyi vətəndə bir miqdar orada qalandan sonra el arasında bura onun vətənidir - deyilsə, e’tibarlı sayılır. Qeyd olunan e’tibar camaatın nəzərinə və xüsusiyyətlərinə əsasən müxtəlifdir. Belə də ola bilər ki, daimi qalmaq niyyəti edəndən sonra bir ay, ya ondan az müddət qalandan sonra bu e’tibar hasil olar.“ Sualımız budur ki, camaat və onların xüsusiyyətlərinin müxtəlif olmalarında hansı səbəb nəzərdə tutulur, onu tə’yin etmək hansı hesab və me’yarladır?

Cavab: Adətən insanın yeni yaşayış üçün seçdiyi yer, sadəcə vətən qəsdi, ya orada daimi qalacağını niyyət etməklə onun üçün vətən hökmünü daşımır. Gərək bir müddət orada qalsın və el arasında “bura onun vətəni və yaşayış yeridir” deyilsin. Bu müddət də camaatın fikrinə əsasən uyğunlaşır. Mümkündür ki, bu nisbət bir şəxs üçün qısa bir müddət qalandan sonra, başqa bir şəxs üçün isə uzun müddət qalandan sonra hasil olsun.

Ümumiyyətlə me’yar el arasında hasil olduğu üçün hər miqdar qalmaqla “bura onun vətəni və yaşadığı yerdir deyilsə“ o yer vətən hökmündədir. Qeyd etmək lazımdır ki, şəkk olunan vaxtlar qalmaq qəsdi edilməyibsə, ehtiyata əməl olunsun; namazını həm bütöv, həm də qəsr qılsın.



Sual 763. Mən tehranlıyam, Qum şəhərində evlənib orada qalmışam və indi övlad sahibi olmuşam. Bə’zi vaxtlar qohum-əqrəbaya baş çəkməyə ya başqa bir iş üçün öz övladımla Tehrana gedirik. Özüm oradan imtina etmədiyim üçün namazımı bütöv qılıram. Övladım da mənə tabe olduğu üçün namazını tamam qılmalıdırmı?

Cavab: Verilən suala əsasən sizin övladınız Qum şəhərində dünyaya gəlib və orada boya-başa çatmışdır. Heç vaxt sizin vətəninizdə qalıb yaşamadığı üçün orada müsafir hökmünü daşıyır. Sizin namazınız tam olsa da, onun namazı qəsrdir. Fərz olunan halda tabeçilik lazım deyil.

Öz vətənindən keçən müsafir


Sual 764. Ərak şəhərindən olan bir müsafir Qum şəhərinə gəlib, sonra Qumdan Bürucerd şəhərinə getməyi qəsd edib yola düşmüşdür. Ərak şəhərinə həddi-tərəxxüsdən az olan (Ərakın evlərinin divarlarını görür və şəhərin azan səsini eşidir) özünün əkin sahələrinin yanından keçəndə namaz üçün dayanmışdır. Onun namazı orada qəsrdir, ya bütöv?

Cavab: Verilən suala əsasən onun namazı bütövdür.

Sual 765. Vətənim Qum şəhəridir, amma Ərak şəhərində sakinəm. Səfər zamanı Qumdan keçsəm və Qumdan on kilometr aralıda yerləşən qəsd etdiyim yerə çatsam, orada namazım tamamdırmı? Bu halda şər’i məsafəni Qumdan hesablayım, yoxsa Ərakdan?

Cavab: Verilən suala əsasən sizin namazınız bütövdür, şər’i məsafəni gərək Qumdan hesab edəsiniz.

Vətəndən imtina etmək


Sual 766. «Vətəndən imtina etmək» nədir?

Cavab: «Vətəndən imtina etmək» vətəni tərk etmək və oraya bir daha qayıtmamağı qərara almaqdır. Belə ki, bir daha orada yaşamaq fikrində olmasın.

Sual 767. Mənim işim ayrı bir şəhərdədir. Öz vətənimə qayıdanda namazımın hökmü necədir?

Cavab: Əgər öz vətəninizdən imtina etməmisinizsə, namazınız bütövdür.

Sual 768. Öz şəhərində doğulub boya-başa çatan qız, başqa bir şəhərə ərə gedib. Hal-hazırda ərinin vətənində yaşayır. Öz vətəninə qayıtdıqda onun namaz və orucunun hökmü necədir?

Cavab: Əgər öz əsli vətənindən bir dəfəlik imtina edib və həmişəlik ərinin vətənində yaşamağı qərara alıbsa, ərinin vətəni onun vətəni hesab olunur. Bə’zi vaxtlarda öz əsli vətənində yaşayan qohumlarına baş çəkməyə gələrsə, on gün qalmağı qəsd etməmiş olsa, namazı qəsrdir və orucu da səhih deyil.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin