Sual 174: Bir nəfər dəstəmaz almaq üçün hazırlaşarkən başqası onun üçün su kranını açsa və ya şlanqı tutub saxlasa, həmin şəxs də dəstəmaz alsa, bu şəxsin dəstəmazı düzgündürmü?
Cavab: Verilən sualda dəstəmazın işləri dəstəmaz alan şəxsə aid olduğu üçün eybi yoxdur.
Sual 175: Ürəyi xəstə olanlar tam rahatlıqda olmaları üçün əllərini də tərpədə bilmirlər. Dəstəmaz almaqda onların vəzifəsi nədir?
Cavab: Başqalarının köməkliyi ilə də olsa əllərini tərpədə bilsələr, gərək öz əlləri ilə islatmaqla da olsa üzünə və əllərinə vursun və başını və ayaqlarını məsh etsin. Əgər bacarmırsa, ya zərəri varsa (kömək etməyə səlahiyyəti olan şəxs) naib onun dəstəmazını icra etsin. Əlini isladıb onların üzünə və əllərinə vursun. Naib öz əli ilə onların ovucunun nəmindən başlarını və ayaqlarını məsh etsin. Belə də mümkün olmasa və əziyyət çəksə onlara təyəmmüm etsinlər. Əlləri hərəkət edən halda öz əllərini torpağa, quma ya da təyəmmüm səhih olan hər bir şeyə vurub xəstəyə təyəmmüm etsinlər. Əgər bu mümkün olmasa, naib öz əllərini yerə vurub onların alınlarına və əllərinin üstünə sürtsün.
Sual 176: Bir nəfər aftaba, ya ona oxşar bir şeylə dəstəmaz alarkən başqası onun üçün su töksə, bu dəstəmaz səhihdirmi?
Cavab: Su tökən şəxs suyu dəstəmaz alan şəxsə dəstəmaz məqsədi ilə tökməsə eybi yoxdur.
Vaxtından əvvəl dəstəmaz almaq
Sual 177: Namaz qılmaq niyyəti ilə vaxtından əvvəl dəstəmaz almaq düzgündürmü?
Cavab: Təharətli olmaq məqsədi ilə dəstəmaz alsa düzgündür. Həm də namaza yaxın vaxtda namaza hazır olmaq üçün dəstəmaz alsa eybi yoxdur.
Sual 178: Bir nəfər dəstəmazı təzələmək məqsədi ilə yenidən dəstəmaz alıb namaz qılır. Sonra yadına düşür ki, əvvəlki dəstəmazı batil olub.
Bu təzə dəstəmazla qılınan namaz düzgündürmü?
Cavab: Bu sualda qeyd olunan namaz düzgündür. Həmin dəstəmazla başqa namaz və dəstəmazla icra olunan işlərini yerinə yetirə bilər.
Naməhrəmin qarşısında dəstəmaz almaq
Sual 179: Naməhrəm qadının baxdığı yerdə kişinin dəstəmaz almasının hökmü nədir?
Cavab: Dəstəmaz düzgündür, lakin qadın baxmamalıdır.
Sual 180: İmam Riza(ə) hərəminin meydanlarında, bə’zi İmamzadə və ümumi məscidlərdə qadınlar hovuzun kənarında naməhrəmlərin yanında dəstəmaz alırlar. Onların dəstəmazı düzgündürmü?
Cavab: Öz bədənlərini naməhrəmlərdən örtmələri lazımdır. Lakin hər halda dəstəmazları düzgündür.
Sarğılı dəstəmaz
Sual 181: Bir nəfər bir müddət əlini sarğılı dəstəmaz almaq üçün bir plastik kisəyə salıb və əlini suya batırmaqla dəstəmaz alıb. Yaxud da əl sürtmək əvəzinə onu yuyub namaz qılıb. Onun namazları düzgündürmü?
Cavab: Bu sualda qeyd olunan dəstəmaz batildir. Bu dəstəmazla qıldığı namazları qəza etməli, vaxt olduğu halda isə təkrar qılmalıdır.
Sual 182: Əli tamamilə gipsdə olan şəxs necə dəstəmaz almalıdır?
Cavab: Əvvəl üzünü kranın altında saxlamaqla, ya suya batırmaqla ya da sol əli vasitəsi ilə yusun. Sonra sağ əli üçün sarğılı dəstəmazın hökmlərini icra etsin, sonra isə sol əlini suya batırmaq, ya da kranın altında saxlamaqla dəstəmaz alsın. Sol əlin nəmi ilə başı və ayaqların üstünü məsh etsin.
Sual 183: Əli yara olan bir şəxs sarğılı dəstəmaz almalıdır. Biləyə və ya dirsəyə qədər olan yaranı plastik bir kisəyə salıb dəstəmaz alsa necə olar?
Cavab: Eybi yoxdur. Lakin yuyula biləcək hissələri kisə örtməməlidir. Dəstəmaz niyyəti edib salamat əl ilə kisənin üstünə sürtməlidir. Onu yumaq isə olmaz.
Sual 184: Xəstə zərərdən qorxaraq sarğılı dəstəmaz alır, namazdan sonra mə’lum olur ki, onun qorxusu əbəs olubdur. Onun vəzifəsi nədir?
Cavab: Dəstəmazı təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.
Sual 185: Əgər dəstəmaz üzvlərinin birində suyun zərər etməyəcəyi, qanı dayanmayan bir yara olarsa, dəstəmaz almaq üçün nə etməlidir?
Cavab: Bu sualda qeyd olunan yara yerini kürr suda, ya da kranın altında saxlayıb əl sürtmək lazımdır ki, qan yuyulsun. Əli onun üstünə sıxmaq lazımdır ki, qanın çıxmasının qarşısı alınsın. Fasiləsiz dəstəmaz niyyəti ilə suyu həmin yerə axıtmaq lazımdır. Ondan sonra üzvün qalan hissəsini dəstəmaz üçün yusun.