Щюрмятли гонаглар, щюрмятли р-щ биз Сизя е-няшриййат технолоэийаларынын бир нцмуняси олан вя дцнйада эениш истифадя олан Адобе



Yüklə 8,59 Mb.
səhifə3/15
tarix09.02.2020
ölçüsü8,59 Mb.
#102032
1   2   3   4   5   6   7   8   9   ...   15

III. ELMİ-TƏDQİQAT FƏALİYYƏTİ

3.1. “İnformasiya texnologiyaları” istiqaməti
3.1.1. Analitik informasiya və veb-texnologiyaları


  • Mətn sənədlər çoxluğunun kontentə görə qruplaşdırılması üçün bir neçə klasterləşmə metodu təklif edilmişdir

  • Mətn sənədlər çoxluğunun icmal referatının yaradılması üçün adaptiv diferensial təkamül alqoritmi işlənmişdir

  • Mətnlərin referatlaşdırılması üçün cümlələrin informativlik dərəcəsini müəyyən edən alqoritm və çoxkriteriyalı optimallaşma modelləri təklif edilmişdir

  • Tam qiymətli optimallaşma məsələlərinin həlli üçün metaevristik alqoritmlər işlənmişdir

  • Tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indeks təklif edilmişdir

  • Elmi məqalələrin qiymətləndirilməsi üçün ArticleRank alqoritmi işlənmişdir


3.1.2. İnformasiya təhlükəsizliyi


  • İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi metodologiyalarının müqayisəli analizi üçün kriteriyalar sistemi və müvafiq metrikalar təklif edilmişdir

  • Kompyuter sistemlərində informasiya təhlükəsizliyi risklərinin Bayes şəbəkələri əsasında qiymətləndirilməsi modeli işlənmişdir

  • İnformasiya təhlükəsizliyi risklərinin minimallaşdırılması üçün çoxkriteriyalı təhlükəsizlik mexanizmlərinin seçilməsinin situativ OWA-modeli təklif edilmişdir

  • Biznes-proseslərə xidmət edən İT-servislərə yönəlmiş təhdidlər əsasında informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi modeli işlənmişdir

  • İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi üçün dördsəviyyəli etalon model təklif edilmişdir

  • Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinə cavabdeh olan proqram təminatı kompleksinin təhlükəsizliyini təyin etmək üçün model və mexanizmlər işlənmişdir

  • Milli informasiya məkanının əhali və miqrasiya seqmentinin formalaşdırılması və təhlükəsizliyinin təmin olunması üçün konseptual model işlənmişdir

3.1.3. Sosial şəbəkələr


  • Sosial şəbəkələrdə aktorların aşkarlanmasında yaxınlıq ölçüsünün rolu tədqiq edilmişdir

  • Veb-də müxtəlif mənbələrdən alınmış informasiya əsasında elmi tədqiqatçıların sosial şəbəkəsinin sintezi üçün metod təklif edilmişdir

  • Sosial şəbəkələrin müəyyən zaman intervalında analizi üçün orta kvadratik meyl əsasında yanaşma təklif edilmişdir


3.1.4. Biometrik texnologiyalar


  • Təsvirlərin veyvlet çevirməsinin əmsalları əsasında qlobal və lokal keyfiyyət xarakteristikalarını nəzərə almaqla barmaq izi təsvirlərinin keyfiyyətinin qiymətləndirilməsi metodu işlənmişdir

  • Biometrik sistemlərin interoperabelliyini təmin etmək üçün qeydiyyata alınmış və verifikasiyaya təqdim edilmiş barmaq izlərinin keyfiyyət məlumatlarnın Dempster-Şafer nəzəriyyəsi əsasında birləşdirilməsi modeli təklif edilmişdir

  • Biometrik tanıma prosesini çevrilmiş fəzada yerinə yetirməyə imkan verən tərsi olmayan təsadüfi diskret ortoqonal çevirmələr əsasında biometrik şablonların mühafizəsi üçün biometrik heş metodu təklif edilmişdir

  • Biometrik məlumatların mühafizəsi üçün veyvlet və Furye-Mellin çevirmələri əsasında təsvirlərin inkapsulyasiyası yolu ilə su nişanı metodu təklif edilmişdir

  • Multibiometrik sistemlərdə klassifikatorlar nəticələrinin aqreqasiyası üçün qeyri-səlis inteqralların istifadəsi təklif edilmişdir

  • İnsan sifətinin antropometrik nöqtələri arasındakı məsafələrin real interval qiymətləri müəyyən edilmişdir

  • Fotoportret əsasında insan sifətinin tanınmasında istifadə olunan klassifikatorların keyfiyyətinin qiymətləndirilməsi üçün alqoritm işlənmişdir


3.1.5. Şəbəkə monitorinqi


  • Şəbəkə trafikinin əlamətlər fəzasının ölçüsünün azaldılması üçün assosiativ qaydalar əsasında metod təklif edilmişdir

  • k-means klasterləşmə alqoritminin tətbiqi ilə şəbəkə trafikinin analizi üçün yanaşma təklif edilmişdir

3.1.6. Sensor şəbəkələri


  • Naqilsiz sensor şəbəkələrində aktiv sensorlar qrupunun müəyyən edilməsi üçün metaevristik alqoritm işlənmişdir

  • Mobil sensor şəbəkələrində qeyri-səlis məntiq əsasında marşrutlama alqoritmi işlənmişdir

  • Naqilsiz sensor şəbəkələrində sensorlar qrupunun “yaşama” müddətinin reallaşdırılması üçün marşrutlama alqoritmi işlənmişdir


3.1.7. Linqvistik informasiya texnologiyaları


  • İngilis–Azərbaycan dilində olan mətnlərin analizi aparılmış və daha çox işlənən cümlə strukturları təyin olunmuşdur

  • İkidilli situasiyada sintaktik strukturların tərcümə uyğunluqlarının təyini nəticəsində yeni qaydalar müəyyənləşdirilmişdir

  • İnformasiya texnologiyası (İT) terminlərinin verilənlər bazası formalaşdırılmış və İngilis–Azərbaycan və Azərbaycan–İngilis elektron lüğətinin strukturu hazırlanmışdır


3.1.8. Coğrafi informasiya texnologiyaları



  • Çay hövzəsinin su ehtiyatlarının idarə olunması üçün informasiya sisteminin konseptual modeli işlənmişdir

  • Coğrafi informasiya sistemləri (CİS) və rəqəmli xəritə sahəsində beynəlxalq təşkilatların və xarici ölkələrin normativ-hüquqi sənədləri, texniki tələb və tövsiyələri analiz olunmuş, bu sahədə standartlaşmanın mövcud vəziyyəti araşdırılmış, Azərbaycanda müvafiq normativ sənədlərin hazırlanması üçün tövsiyələr hazırlanmışdır

  • Rəqəmli xəritələrin yaradılmasının texnoloji aspektləri araşdırılmış, müxtəlif CİS proqram məhsulları, onların funksional imkanları müqayisəli tədqiq olunmuş və müasir tələblərə cavab verən rəqəmli xəritə məhsullarının yaradılması üçün texniki tələblər işlənmişdir


3.1.9. Hərbi informatika


  • Bort registratorlarında (“qara qutu”) qeyd olunan uçuş informasiyasında təhrif və ya qismən məhv olmuş parametrlərin bərpa olunması üçün alqoritmlər təklif olunmuş və proqram təminatı işlənmişdir


3.1.10. İnformasiya-hesablama texnologiyaları


  • Cloud computing sistemləri funksional cəhətdən, onlarda həll olunan məsələlər isə təbiətinə görə təhlil edilmiş və siniflərə bölünmüşdür

  • Grid-sistemlərin yaradılmasında meydana çıxan problemlər və bu sistemlərdə məsələlərin paylanması zamanı istifadə edilən metodlar müəyyən edilmişdir

  • AzScienceNet şəbəkəsinin bazasında yaradılması nəzərdə tutulan Grid sistemin arxitekturu təklif olunmuşdur


3.1.11. Audioinformasiya texnologiyaları


  • Audio-mining sistemləri üçün təhrifədavamlı kompressiya metodu təklif edilmişdir

  • Paket kommutasiyalı audioinformasiya şəbəkələrindən qəbul edilən səs siqnallarının keyfiyyətini qiymətləndirmək üçün model təklif edilmişdir

  • Audiopaketlərin gecikmələrinin minimallaşdırılması metodu ilə səs keyfiyyətinin idarə edilməsi məsələsi həll edilmişdir


3.1.12. Sosioinformasiya texnologiyaları


  • İT mütəxəssisləri bazarında tələb və təklifin idarə olunması üçün çoxssenarili analiz əsasında İT mütəxəssislərinin “peşə portreti” və “vakansiyalar” modelləri, o cümlədən İT ixtisaslarına tələbin qiymətləndirilməsi modeli və metodu təklif edilmişdir

  • Personalın idarə olunmasında qərarların qəbulunu dəstəkləyən sistem üçün personalın işə qəbulunun qeyri-səlis relyasiya modeli və çoxssenarili analiz əsasında həll metodikası təklif edilmişdir. Təklif edilən metodika əsasında İT mütəxəssislərinin işə qəbulu üçün kriteriyalar və onların vaciblik əmsalları müəyyən edilmişdir

  • Səhiyyə sferasının inkişafına və səmərəli idarə edilməsinə İT-nin təsirini araşdırmaq məqsədilə göstəricilər sistemi işlənmiş, onlar arasında korrelyasiya-reqressiya asılılıqlarını xarakterizə edən modellər qurulmuş və müvafiq təhlillər aparılmışdır

  • Mədəniyyət sferasının kompleks idarə olunmasında informasiyalaşdırma məsələləri, o cümlədən bu sferadakı mövcud informasiya sistemləri analiz olunmuşdur. Mədəniyyət sferasının innovativ fəaliyyət modeli və informasiya təminatının funksional strukturu təklif olunmuşdur


3.1.13. İntellektual informasiya sistemləri


  • Elektron dövlət mühitində sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin arxitekturu işlənmişdir

  • Gizli şəkərli diabetin diaqnostikası və terapiyasını dəstəkləyən sistem üçün

  • pasiyentlərin informativ əlamətlər fəzası formalaşdırılmış, onların qruplaşdırılması və tibbi diaqnostikası üçün metod işlənmişdir

  • ekspert-həkimlərin gizli şəkərli diabetin müalicə taktikasının seçiminə dair peşə biliklərinə əsaslanan qərarların qəbul edilməsi metodu işlənmişdir

  • Data Warehouse, OLAP və Data Mining texnologiyaları əsasında xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən informasiya-analitik sisteminin yaradılması təklif edilmiş, sistemin arxitektur əsasları və informasiya modeli işlənmiş, həmçinin onun e-hökumətdə yeri göstərilmişdir

  • Sənaye müəssisələrinin fəaliyyətində ERP-sisteminin tətbiqi məsələləri təhlil edilmiş və onun modulları arasında səmərəli inteqrasiya variantları işlənmişdir. Müəssisənin vahid informasiya mühitinin funksional strukturu, həmçinin vahid kompyuter proqramının yaradılması üçün müvafiq alqoritmlər təklif olunmuşdur


3.1.14. Elektron kommersiya


  • E-kommersiya sistemləri və texnologiyalarının xarakterik xüsusiyyətləri təhlil olunmuş və onlar təşkilati modellərinə, müştərilərinə, əsas əmtəə və xidmət növlərinə, kompyuter sistemlərindən istifadəyə görə təsnif edilmişdir

  • E-kommersiya sisteminin fəaliyyətinin funksional strukturu işlənmişdir. Həmin strukturda ən mühüm olan ödəmə və çatdırılma sistemlərinin yeri və rolu aydınlaşdırılmışdır


3.2. “İnformasiya cəmiyyəti” istiqaməti üzrə
3.2.1. E-dövlət quruculuğu problemləri


  • E-dövlətin konseptual arxitekturu və monitorinq sisteminin yaradılmasına dair təkliflər verilmişdir

  • E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin arxitektur modeli təklif edilmişdir

  • Vətəndaşların əsas hüquq və vəzifələrinin reallaşdırılmasında, o cümlədən seçkiqabağı təbliğat-təşviqat kampaniyalarında sosial şəbəkələrin və bloqların imkanları araşdırılmış, yeni texnoloji və ideoloji vasitə kimi xüsusiyyətləri, ABŞ-da bu sahədə əldə edilən müsbət təcrübə analiz edilmiş, onların namizədlər və seçicilər üçün müəyyən üstünlükləri göstərilmişdir

  • İnternetin tənzimlənməsi sahəsində beynəlxalq təşəbbüslər, qabaqcıl ölkələrin təcrübəsi analiz edilmiş və mövcud problemlərin həllinə dair təkliflər verilmişdir

  • İnternet mühitində intellektual mülkiyyət hüququnun qorunması məsələlərinə baxılmışdır. Bu istiqamətdə mövcud olan müxtəlif yanaşmalar, ziddiyyətli məqamlar, beynəlxalq hüquqi normalar, qabaqcıl ölkələrin təcrübəsi araşdırılmış, çatışmazlıqlar təhlil edilmiş və onların həllinə dair təkliflər verilmişdir

  • İnternetin məktəb yaşlı uşaqlar üçün yaratdığı təhlükələr araşdırılmış, İnternet-asılılıq problemi və onun fəsadları göstərilmişdir. Bu problemlə mübarizə sahəsində beynəlxalq təcrübə tədqiq edilmiş, Azərbaycanda uşaqların İnternet-asılılıqdan qorunmasına dair təklif və tövsiyələr verilmişdir

3.2.2. İnformasiya iqtisadiyyatı



  • Azərbaycanda innovasiya mühitinin inkişafı və formalaşması üçün həyata keçirilən tədbirlər təhlil olunmuş, İKT-yönümlü Milli İnnovasiya Sistemininin formalaşması üzrə mövcud vəziyyət və problemlər nəzərə alınmaqla müvafiq tövsiyələr işlənmişdir

  • İKT-texnoparkların fəaliyyətinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin yaradılması üçün tövsiyə və təkliflər işlənmişdir


3.2.3. Azərbaycan və virtual məkan


  • Milli domen adları ilə bağlı biliklər bazasının yaradılmasının konseptual əsasları işlənmişdir

  • Domen zonalarında qeydiyyat qaydaları və onların müqayisəli təhlili aparılmış və domen adları qeydiyyat məlumatlarına görə qruplaşdırılmışdır

  • İnformasiya texnologiyalarının imkanlarından istifadə etməklə Azərbaycanda terminoloji informasiya sisteminin yaradılmasının zəruriliyi göstərilmiş və onun konseptual modeli təklif edilmişdir

  • İnternet mühitində informasiya müharibəsi texnologiyalarının təsnifatı verilmiş və informasiya təsiri problemləri analiz edilmişdir

  • İnformasiya hücumlarının qarşısını almaq və informasiya müharibəsində üstünlüyü əldə etmək üçün informasiya qarşıdurmasının struktur sxemi işlənmişdir

  • İnternet mühitində istifadə olunan informasiya silahları araşdırılmış və ən çox istifadə olunan informasiya-şəbəkə hücumlarının təsnifatı verilmişdir

3.2.4. Elm və təhsilin informasiyalaşdırılması


  • Təhsil proseslərinin informasiyalaşdırılması sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətində qərarların qəbulu üçün müvafiq pedaqoji-ekspert sistemlərinin işlənilməsi üçün metodika təklif olunmuşdur

  • İnsanın informasiyanı qəbuletmə, yadda saxlama, emal və təqdim etmə xüsusiyyətlərinə uyğun olaraq, informasiya mədəniyyətinin formalaşdırılması prinsipləri işlənilmişdir

  • On-layn təhsil mühitində təhsil trayektoriyalarının seçilməsi və biliklərin adaptiv qiymətləndirilməsi metodu işlənmişdir



IV. ELMİ-İNNOVASİYA FƏALİYYƏTİ
4.1. İnstitutun iştirak etdiyi dövlət proqramları


  • Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”

  • Azərbaycan Respublikasında Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”

  • Azəbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”

  • Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”

  • 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”

  • 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”

  • 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”


4.2. AzScienceNet şəbəkəsi


  • AzScienceNet şəbəkəsinin AMEA-nın əsas binasında yerləşən qovşağının inkişaf etdirilməsi, yeni abonentlərin şəbəkəyə qoşulması və istismarı davam etdirilərək aşağıdakı işlər görülmüşdür:

  • AzScienceNet şəbəkəsinin strukturuna yenidən baxılmış və mövcud istiqamətlər üzrə sürətin paylanma mexanizmi müəyyənləşdirilmişdir. Bu məlumatlar əsasında AzScienceNet şəbəkəsinin infrastruktur sxemi tərtib edilmişdir

  • AMEA-nın əsas binasının təmiri ilə əlaqədar olaraq 11 mərtəbənin bütün otaqları nəzərə alınmaqla lokal şəbəkənin yenidən qurulması layihəsi başa çatdırılmışdır

  • İnstitutun 1-ci mərtəbəsində yerləşən Multimedia Mərkəzində və yeni İnternet Mərkəzində lokal şəbəkələr qurulmuş və İnternetə çıxış təmin edilmişdir

  • İnstitutda yaradılan yeni İnternet Mərkəzində server və kommunikasiya avadanlıqları quraşdırılmışdır

  • İdarəetmə üçün xüsusi VLAN yaradılmış və bütün serverlərin idarəetmə portları bu VLAN vasitəsi ilə bir altşəbəkəyə qoşulmuşdur

  • AzScienceNet şəbəkəsində yerləşən və hal-hazırda istismar edilən bütün kommutasiya avadanlığını vahid operator ekranı vasitəsilə idarə etmək üçün Cisco Network Assistant proqram təminatı quraşdırılmışdır

  • İnstitutun binasında yerləşən və şəbəkəyə qoşulan bütün kompyuterlərin 20 Mbitlik kanaldan istifadə etməklə ATS-32 üzərindən İnternetə çıxışı təmin olunmuşdur

  • UNESCO-nun Xüsusi komissiyasının tövsiyəsi ilə AzScienceNet şəbəkəsində AMEA-nın üzvlüyü çərçivəsində TERENA-da qeydiyyata alınmışdır

  • AzScienceNet şəbəkəsi üçün İnternetdən istifadə siyasəti işlənmişdir. Bu siyasət əsasında institutda İnternet trafikinin monitorinqi sisteminin gündəlik istismarı həyata keçirilmişdir

  • AzScienceNet şəbəkəsində baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu insidentlər haqqında məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin yaradılması məqsədilə AZ-CERT qurumu yaradılmışdır

  • AZ-CERT komandasının fəaliyyəti üçün zəruri olan bir sıra normativ-metodiki sənədlər işlənib hazırlanmışdır

  • AZ-CERT komandasının Trusted Introducer sistemində qeydiyyatdan və akkreditasiyadan keçməsi üçün işlər aparılmışdır

  • AZ-CERT komandasının beynəlxalq FIRST forumunda üzvlüyü məsələsi araşdırılmış və hazırlıq işləri görülmüşdür


4.3. Elmi-praktiki və ekspertiza fəaliyyəti


  • Sifarişçinin müraciətləri əsasında ATDİ+SR4 sisteminə müəlliflik nəzarəti həyata keçirilib

  • ATLAS-3000 sistemi üçün hazırlanmış xəritələr üzərində təkmilləşdirmə işləri tamamlanmışdır

  • Açıq Grid sistemlərə qoşulmaq və birgə fəaliyyət məsələləri araşdırılmışdır

  • “Adlar və Soyadlar” Dövlət İnformasiya Sisteminin konsepsiyasının həyata keçirilməsi ilə bağlı işlər davam etdirilmişdir. AR Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən mövcud verilənlər bazasının əsasında təkmilləşmiş verilənlər bazasının yaradılması üçün alqoritm və proqram təminatı hazırlanmışdır. Xüsusi Komissiyanın üzvləri tərəfindən təqdim edilmiş rəylər yeni adlar və soyadlar bazasının yaradılması məqsədi ilə müxtəlf variantlarda statistik emal edilmişdir

  • “Dövlət orqanlarının veb-saytlarına tələblər” layihəsinin təkmilləşdirilmiş variantı işlənmişdir

  • AMEA-nın institut və təşkilatlarına məxsus olan 200 ədəd fərdi kompyuterdə təmir-sazlama və onların texniki imkanlarının artırılması və yeni proqramların yüklənməsi işləri yerinə yetirilmişdir

  • İnstitutun Tədris-İnnovasiya Mərkəzində videonəzarət sisteminin yaradılması işləri yerinə yetirilmişdir

  • Milli Azərbaycan Tarix muzeyində şəbəkə infrastrukturunun yenidən qurulması işləri yerinə yetirilmişdir

  • “E-elm” konsepsiyasının indikatorlarının təyini və monitorinqi bölməsi üzrə elmi idarə və təşkilatlardan gələn sorğu anketlərinin real verilənləri əsasında sistemin sazlanması həyata keçirilmişdir

  • “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi” yaradılmışdır

  • Wikipedia - virtual ensiklopediyasında administrator fəaliyyəti həyata keçirilmişdir

  • İT sahəsində maşın tərcüməsini dəstəkləyən ekspert sisteminin proqram təminatı üzrə elektron lüğətin formalaşdırılması (10000 söz forma) və biliklər bazasının formalaşdırılması (45 yeni qayda) işləri yerinə yetirilmişdir

  • “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” elmi-praktiki jurnalları üzrə “Qeydiyyat” informasiya axtarış sistemi yaradılmış, istismara verilmişdir

  • AMEA Riyaziyyat və Mexanika İnstitutu üçün “Kadrlar” korporativ informasiya sistemi işlənmişdir

  • İnstitutun şöbə müdiri t.e.d. R.M.Alıquliyev tərəfindən aşağıdakı məqalələrə rəylər hazırlanmışdır:

  • IEEE Transactions on Systems, Man and Cybernetics – A: Systems and Humans (2 məqalə)

  • IEEE Transactions on Knowledge and Data Engineering (1 məqalə)

  • IEEE Internet Computing (1 məqalə)

  • Information Sciences (11 məqalə)

  • Applied Soft Computing (2 məqalə)

  • Journal of Systems and Software (1 məqalə)

  • 14th World Multi-Conference on Systemics, Cybernetics and Informatics: WMSCI 2010 (2 məqalə)

  • Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə “Azərbaycan virtual həftəsonu məktəbi” veb-saytı hazırlanmışdır

  • “Azərbaycan terminologiyası” veb-portalı üzrə işlər davam etdirilmiş, portalın funksionallığı genişləndirilmiş, bir sıra lüğətlər verilənlər bazasına daxil edilmişdir

  • “Azərbaycanın Milli Qəhrəmanları” veb-portalı hazırlanmışdır

  • “Kibernetika və informatika problemləri” (PCİ’2010) beynəlxalq konfransı üçün veb-sayt hazırlanmışdır

  • AMEA Ədəbiyyat İnstitutunun veb-saytı hazırlanmışdır

  • AMEA Milli Azərbaycan Tarixi Muzeyinin veb-saytı hazırlanmışdır

  • AZ-CERT komandasının www.cert.az saytı yaradılmış və istifadəyə verilmişdir.



V. WWW.SCIENCE.GOV.AZ PORTALININ FƏALİYYƏTİ


  • 1995-ci ildə Azərbaycanda istifadəyə verilmiş ilk veb saytdır

  • Portalın “ana səhifə”si və statik informasiyası daim yeniləşdirilmişdir

  • Portalın müxtəlif göstəriciləri üzrə statistikası aparılmışdır



2010-cu il üçün www.science.gov.az portalının
“Xəbərlər” bölməsinin statistikası



Konfranslar, iclaslar

174

Nəşrlər

196

Elanlar

109

Mühüm hadisələr

58

Maraqlı məlumatlar

92

Mədəniyyət

21

Yubileylər

41

Görüşlər

28

Rəsmi sənədlər

36

AMEA-nın rəsmi sənədləri

5

Dissertasiyalar

564

Cəmi

1324


2005-2010-cu illər ərzində www.science.gov.az

portalına müraciətlərin dinamikası








Yüklə 8,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin