Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


"Nə oldu ki, Əli tökülən qanlar qarşısında həkəmiyyətə razı oldu?!



Yüklə 249,24 Kb.
səhifə104/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   100   101   102   103   104   105   106   107   ...   162
"Nə oldu ki, Əli tökülən qanlar qarşısında həkəmiyyətə razı oldu?!

Halbuki əgər əhzabla (Müaviyə və onun həmfikirləri ilə) vuruşsaydı, onun işində heç bir nöqsan olmazdı."

Əşəs Bəni-Təmimin bayraqlarının yanında dayanıb əhdnaməni onlara təqdim edəndə onlardan həmin şüar eşidildi. Onların içindən Ürvə Təmimi dedi:–Kişiləri Allah dinindən qabağa salaraq onları qazi seçirsiniz?! Hökm və qəzavət yalnız Allaha məxsusdur. Ey Əşəs, bəs bizdən öldürülənlərin taleyi necə oldu? (Yəni onlar haqq yolda öldürülüblər, yoxsa batil yolda?")214

Bunu deyib qılıncla Əşəsə hücum etdi, lakin onun vurduğu zərbə Əşəsin atına dəyib onu atdan yerə yıxdı. Əgər Əşəsin köməyinə gəlməsəydilər, o, Ürvənin əli ilə öldürüləcəkdi. Əşəs Iraq ordusunun arasında sonra gəzib Imam (ə)-ın hüzuruna gəldi, öz işini elə qələmə verdi ki, guya Imam (ə)-ın dostlarının əksəriyyəti həkəmiyyət əhdnaməsinə razıdır və bir-iki qrupdan başqa heç kim onunla müxalifət etmir. Amma çox keçmədən hər iki tərəfdən "Hökm yalnız Allaha məxsusdur", "Ya Əli, hökm Allahındır, sənin yox!" kimi şüarlar ucalmağa başladı. Onlar deyirdilər: "Biz kişilərin Allah dinində hakim olmasına (və Allahın hökmünü dəyişməsinə) heç vaxt icazə vermərik! Allah fərman vermişdir ki, Müaviyə və onun dostları ya öldürülsün, ya da tutulub bizə təhvil verilsinlər. Həkəmiyyət məsələsi bizim buraxdığımız bir xəta idi. Biz bundan qayıdıb tövbə etdik. Sən də tövbə et, əks təqdirdə səndən də bezarlıq elan edəcəyik.215


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin