Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


QƏBUL ETDIRILƏN DÖRDÜNCÜ IŞ



Yüklə 249,24 Kb.
səhifə105/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   101   102   103   104   105   106   107   108   ...   162

QƏBUL ETDIRILƏN DÖRDÜNCÜ IŞ


Imam (ə)-ın nadan "dostları" bu dəfə dördüncü bir işi o həzrətə qəbul etdirərək elə həmin gün həkəmiyyət müqaviləsini qüvvədən salmasını tələb edirdilər. Lakin bu dəfə Imam (ə) tam ciddi şəkildə müqavimət göstərdi, onların üstünə fəryad edib dedi:–Vay olsun sizə, indi də belə deyirsiniz?! Indi ki, razı olub əhdnaməni imzaladıq, yenidən müharibəyə başlayaq?! Məgər Allah-Taala "Ilahi əhd-peymanlara, onları bağladığınız vaxt vəfa edin və andları möhkəmlədəndən sonra sındırmayın, halbuki, Allahı öz işlərinizə zamin seçirsiniz. Allah gördüyünüz işlərdən agahdır." - deyə buyurmamışdırmı?!216

Amma Imam (ə)-ın sözləri onlara təsir qoymadı, o həzrətə itaət etməkdən boyun qaçırdılar, həkəmiyyəti zəlalət və azğınlıq sayaraq Imam (ə)-dan bezarlıq elan etdilər və tarixdə islam tayfaları arasında ən təhlükəli firqə olan "xəvaric" adı ilə məşhurlaşdılar. Bunlar tarix boyu heç bir hökumətlə razılaşmamış, özlərinə məxsus olan bir yol seçmişlər. Biz "mariqin" fəslində onların ideoloji səhvlərini ətraflı şəkildə açıqlayıb qeyd edəcəyik ki, həkəmiyyət dedikdə məqsəd "kişilərin Allah dinində hakimiyyəti" deyil, tərəflərin ixtilaflı olduğu məsələdə Quranın və Peyğəmbər (s) sünnəsinin hökm etməsi idi. Bu hökm, o cür böhranlı bir şəraitdə Əmr As tərəfindən irəli sürülməsinə, hiylə və məkrlə yanaşı olmasına baxmayaraq, çox düzgün və məntiqi bir iş idi. Imam (ə) özü bu barədə buyururdu: "Biz Allah dinində adamları deyil, Quranı hakim etmişik. Bu Quran da iki cildin arasında yerləşən, dil açıb söz danışmayan bir xətdir. Onu bəyan edən bir nəfər hökmən lazımdır. Bəyan edənlər ondan söz açırlar. Şamlılar bizə "Gəlin Quranı hakim seçək" deyəndə, biz ondan üz çevirmədik. Çünki, Allah-Taala Quranda buyurur: "Əgər bir şeydə ixtilafınız olsa, Allaha və Onun Peyğəmbərinə müraciət edin." Allaha müraciət etmək Qurana, Peyğəmbərə müraciət etmək isə onun sünnəsinə qayıtmaq deməkdir."

Imam (ə)-ın bu xütbədə diqqət yetiriləsi bir cümləsi vardır. O həzrət buyurmuşdu: "Əgər həqiqətdə Allahın Kitabı əsasında hökm olunsa, ümmət içində biz ona qarşı ən ləyaqətli adamlarıq; əgər Peyğəmbərin sünnəsi əsasında qəzavət olunsa, yenə də biz ona qarşı ən səlahiyyətli adamıq."

Beləliklə Siffeyn döyüşü belə bir gündə, Imam (ə)-ın və onun dostlarının qiymətli vaxtını aylarla tutandan sonra sona çatdı. Bundan sonra qoşunlar bir-birindən aralanıb öz yerlərinə qayıtdılar. (Imam (ə)-ın ordusundan 20-21 min nəfər şəhid edilmişdi, şamlılardan isə 40-50 min, başqa rəvayətə görə 90 min nəfər öldürülmüşdü.)



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin