Müqavilə sənədinin kağızları yazılıb imza edildikdən və hamıya paylandıqdan sonra Əmirəl-möminin Əli (ə) düşmən tərəfdən tutulan bütün əsirləri birtərəfli olaraq azad etdi. Halbuki şamlı əsirlər azad olunmazdan qabaq Əmr As, Müaviyənin Imam (ə) tərəfdən tutulan əsirləri edam etməsini israr edirdi. Müaviyə Imam (ə)-ın bu alicənablığını görəndə bədəni əsməyə başladı, Əmr Asa dedi:–Əgər biz əsirləri öldürsəydik, dost-düşmən içində rüsvay olardıq.
Müharibə boyu Imam (ə)-ın əsirlərlə olan rəftarı belə idi: əgər bir nəfər heç kəsi öldürmədən əsir düşsəydi, onu azad edirdi, lakin əsir düşən şəxs adam öldürmüş olsaydı, ondan qisas alınır və öldürülürdü. Əgər azad olunmuş əsir yenidən əsir düşsəydi, sorğu-sualsız edam olunurdu. Çünki düşmən ordusuna qayıtması onun mənfur niyyətini göstərirdi.217
Dostları ilə paylaş: |