Imam (ə) Siffeyndən Kufəyə qayıtdıqdan sonra da həkəmiyyətdən qafil qalmır, müntəzəm surətdə Ibni Abbasa lazım olan tövsiyələri edirdi. (Ibni Abbas 400 nəfərə başçılıq edərək o məntəqəyə göndərilmişdi).
Müaviyə də oraya 400 nəfər göndərmişdi.
Imam (ə)-ın dostları ilə Müaviyənin adamları arasında olan fərq bu idi ki, şamlılar öz başçılarına kor-koranə və qeydsiz-şərtsiz itaət edirdilər, Müaviyədən bir məktub gələndə heç vaxt "Müaviyə nə yazıb?" - deyə soruşmazdılar. Halbuki Imam (ə)-dan Ibni Abbasa bir məktub gəldikdə, hamının nəzər-diqqəti ona yönəlirdi ki, görsünlər Imam (ə) ona nə göstərişlər verir. Buna görə də Ibni Abbas onları danlayıb dedi:–"Nə vaxt Imamdan bir xəbər çatsa, soruşursunuz ki, nə yazmışdır. Əgər gizlətsəm, deyəcəksiniz ki, nə üçün gizlətdin; açıb desəm də sirrimiz açılar, heç bir şey gizli qalmaz."218
Dostları ilə paylaş: |