Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


MÜAVIYƏ QƏBILƏ ŞEYXLƏRINDƏN VƏ SADƏLÖVH ZAHIDLƏRDƏN KÖMƏK ISTƏYIR



Yüklə 249,24 Kb.
səhifə11/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   7   8   9   10   11   12   13   14   ...   162

MÜAVIYƏ QƏBILƏ ŞEYXLƏRINDƏN VƏ SADƏLÖVH ZAHIDLƏRDƏN KÖMƏK ISTƏYIR


Qəbilə daxilində təşkil olunan yığıncaqlarda qəbilə başçısının qərar qəbul etməkdə tam ixtiyarı vardır, onun hər hansı bir cinaha tərəf meyl etməsi o qəbilənin hamısının, yaxud bir hissəsinin həmin tərəfə meyl etməsinə səbəb olur. Əslində onun şəxsi rəyi–xüsusilə əgər qəbilə rəisi zahiri müqəddəsliyə malik olsa–bütün qəbilədəki rəy və fikirləri təmsil edəcəkdir.

Müaviyə Şam əhalisini və orada yaşayan yəmənli mühacirləri səfərbər etmək üçün belə şəxsiyyətlərin rəğbətini qazanmalıydı. Onun "bədənindən ayrılmış olan ağlı" Əmr As da onu bu işə vadar etdi.26 Şamda (Həmsdə) yaşayan Şərhbil hər iki şərtə malik idi: O həm müqəddəs və hörmətli bir ağsaqqal idi, həm də yəmənli mühacirlərin böyüyü sayılırdı. Onun nəzər-diqqətini cəlb etməklə ümumxalq fikrində Əli (ə)-a qarşı əsaslı dəyişiklik yaranacaqdı. Elə buna görə də Müaviyə məktub yazaraq, onu Şama dəvət etdi, Şərhbilin etimad göstərdiyi adamlara göstəriş verdi ki, onunla müntəzəm surətdə əlaqədə olsunlar, Əli (ə)-ı Osmanın qatili kimi tanıtdıraraq onun (Şərhbilin) beynini yusunlar ki, Imamın qatil olmasından savayı başqa bir şey fikirləşə bilməsin.

O, Həmsdən Şama gəldi, hamı ona hörmət göstərdi. Müaviyə onunla söhbət edərək belə dedi:–Cərir ibni Əbdüllah Bəcli Iraqdan gəlib bizi Əli ilə beyət etməyə çağırır. Əli çox yaxşı adamdır, lakin Osmanın qatilidir. Mən hələlik heç bir qərara gəlməmişəm, çünki mən Şam əhalisindən biriyəm, onların rəy verdikləri şeyə rəy verirəm, pis saydıqları şeyi də xoşlamıram."

Şərhbil öz fikrini aşkar etmədən dedi:–Gərək məsələni araşdıram, sonra isə fikrimi deyəm."

Buna görə də məclisi tərk etdi və araşdırma aparmağa başladı.27 Onun beynini doldurmaq üçün Müaviyə tərəfindən əvvəlcədən məmur olunan şəxslər müxtəlif yollarla onunla əlaqə yaradaraq Imam (ə)-ın qatil olmasını təsdiq edir, Əli (ə) barəsində onun qəlbinə şəkk-şübhə toxumu səpirdilər. Bu zəhərli təbliğatlar sadəlövh zahidin fikrini dəyişdirdi və onu "oddan da yandırıcı bir kasa", "anadan da mehriban bir dayə" surətinə saldı. Buna görə də Müaviyə ilə ikinci dəfə söhbət edəndə dedi:–Mən camaatdan Əlinin qatil olmasından başqa bir şey eşitmədim. Buna görə də onunla beyət etməyə haqqın yoxdur; əks halda ya səni Şamdan çıxardarıq, ya da öldürərik!28

Müaviyə bu sözləri eşitdikdə dedi:–Mən də Şam əhalisinin bir üzvüyəm, heç vaxt sizinlə müxalifət etmərəm.

Şərhbil Müaviyənin yanından çıxıb Həsin ibni Nümeyrin yanına getdi, ona dedi ki, Imam (ə)-ın nümayəndəsi olan Cəririn dalınca bir adam göndərsin ki, onunla da müzakirə etsin.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin