Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə) XuBBAB IBNI ƏRRƏTIN QƏBRI QARŞISINDA



Yüklə 249,24 Kb.
səhifə111/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   107   108   109   110   111   112   113   114   ...   162

IMAM (ə) XuBBAB IBNI ƏRRƏTIN QƏBRI QARŞISINDA


Imam (ə) öz seyrini davam etdirərək, Bəni-Ovf qəbiləsinin evlərinin qabağında dayandı. Yolun sağ tərəfində uca bir yerdə yeddi-səkkiz qəbir görünürdü. Imam (ə) orada kimlərin dəfn olunduğunu xəbər aldıqda Qüdatə ibni Əclan Əzdi cavab verib dedi:–Siz Siffeynə yola düşəndən sonra Xubbab ibni Ərrət vəfat etdi və ölməmişdən vəsiyyət etdi ki, onu uca bir yerdə dəfn etsinlər. O dəfn olunduqdan sonra başqaları da öz ölülərini gətirib burada dəfn etməyə başladılar.

Imam (ə) Xubbaba rəhmət göndərəndən sonra onun barəsində belə buyurdu:–O, islamı səmimi qəlbdən qəbul etmiş, tam meyl və rəğbət üzündən hicrət etmişdi. O, bir ömür cihad etdi, axırda cismi zəiflədi. Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz. (Sonra orada dəfn edilənlərin ruhlarına xitabən buyurdu:) Salam olsun sizə, ey vəhşətli, susuz və ot-ələfsiz yerlərin müsəlman sakinləri! Siz bizdən qabağa keçdiniz, biz də sizin arxanızca gələcəyik, az bir müddətdən sonra sizə qoşulacağıq. Ilahi, bizi də, onları da bağışla, bizim və onların günahlarından, xətalarından keç. (Sonra buyurdu:) Allaha şükür olsun ki, yeri ölülər və dirilər üçün yığışmaq yeri etdi. Allaha şükür olsun ki, hamını ondan (torpaqdan) yaratdı və bizi ona qaytaracaq, ondan da dirildəcək. Xoş o kəslərin halına ki, axirəti yada salar, hesab günü üçün iş görər və kafi miqdarla qənaətlənərlər.222

Imam (ə) bunu deyib yoluna davam etdi. Həmdan qəbilələrinin evlərinin yanından keçəndə qadınların nalə və şivən səslərini eşitdi. Onlar Siffeyndə öldürülən adamlarına ağlayırdılar. Imam (ə) Şərhbili çağırıb dedi:–Arvadlarınıza tövsiyə edin, özlərini ələ alsınlar. Haray-həşir salmasınlar.

O cavab verib dedi:–Əgər bu iş bir neçə evlə qurtarsaydı, bu sözə əməl etmək mümkün idi. Lakin elə bu şaxədən yüz səksən nəfər öldürülmüşdür. Elə bir ev yoxdur ki, orada ağlaşma, şivən səsi olmasın. Amma biz kişilər heç vaxt ağlamırıq, üstəlik onların şəhadətindən xoşhalıq da.

Imam (ə) onların ölənlərinə rəhmət göndərdi. Şərhbil Imam (ə)-ı (ata mindiyi halda) yola salmaq istədikdə o həzrət buyurdu:–Qayıt, çünki bu cür müşayiət etmək valinin qürurlanmasına, möminlərin zillətinə səbəb olar.223

O həzrət Kufəyə daxil olanda həkəmiyyətə nəzarət etmək məqsədilə dörd yüz nəfər seçdi, Şüreyhi hərbi sərkərdə, Ibni Abbası isə onların dini rəhbəri təyin etdi. Bundan sonra artıq zorla qəbul elətdirilən nümayəndəsini–Əbu Musa Əşərini göndərməyin vaxtı gəlib çatmışdı.224

Imam (ə) öz xilafətinin əvvəllərindən Əşərinin o həzrətin rəhbərliyinə qarşı laqeyd olduğunu bilirdi. Camaat da onun sadəliyindən, əqlinin zəifliyindən xəbərdar idilər. Buna görə də o yola düşəndə Imam (ə) və bir dəstə adam onunla söhbət etdi. O söhbətin bir hissəsini nəql edirik.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin