IMAM (ə)-IN HƏRBI SƏRKƏRDƏSININ ƏBU-MUSA ILƏ SÖHBƏTI
Imam (ə) öz sərkərdəsi Şüreyh ibni Hanini dörd yüz nəfərlə birlikdə Dümətül-Cəndələ göndərdi. O, Əbu Musanın əlindən tutub dedi:–Sən çox ağır bir məsuliyyətin altına girmisən. Bu elə bir işdir ki, xəsarət dəysə, heç vaxt bərpa olunmaz. Əgər Müaviyə Iraqa hakim olsa, artıq yer üzündə Iraq adlı bir yer mövcud olmayacaqdır. Amma əgər Əli Şama hakim olsa, şamlılar üçün heç bir çətinlik qarşıya çıxmaz. Sən Imam (ə)-ın xilafətinin əvvəllərindən ona qarşı laqeydlik göstərmisən. Əgər yenə də belə bir iş görsən, güman yəqinə, ümid məyusluğa dönəcək.
Əbu Musa cavabda dedi:–Mənə töhmət vuranlara yaraşmaz ki, məni qəzavət işinə seçələr, mən də batili onlardan dəf edib haqqı bərqərar edəm.226
Imam (ə)-ın qoşunundakı tanınmış şair və Əbu Musanın qədim dostu Nəcaşi bir şer qoşaraq onu haqq-ədalət əsasında əməl etməyə çağırdı. O şeri Əbu Musaya oxuduqdan sonra Əbu Musa dedi:–Allahdan istəyirəm ki, üfüqlər aydınlaşsın və mən də öz vəzifəmi Allahın razılığı əsasında yerinə yetirəm.227
Dostları ilə paylaş: |